TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə42/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   38   39   40   41   42   43   44   45   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      89 
insanların  bu  saleh  kimsəni  ucaldaraq  Allaha  ibadət  etməsi  üçün  qəbri 
üzərindən  asardılar.  Peyğəmbər    Ummu  Sələməyə    başa  saldı  ki,  bu 
kimsələr  Allah  dərgahında  ən  şərli  insanlardır.  Onlar  kimlərdir?  Salehlərin 
qəbirləri  üzərində  məscidlər  tikərək  onları  ucaldanlar  və  onların  surətlərini 
çəkənlərdir.  Onlar  iki  fitnəni  birləşdirmişlər:  Fitnətul-Qubur,  Fitnətul-Sura
Bununla  da  onlar  ən  şərli  məxluqdurlardır.  Bu  bizim  üçün  bir  hədədir  ki, 
salehlərin  qəbirləri  üzərində  ibadətgah  tikilməsin.  Qəbr  olan  məsciddə  səcdə 
edənin halı budursa, onda qəbrə səcdə edənin halı necə olar?  
Hədisdə  onların  ibadət  etmələri  barəsində  heç  bir  söz  deyilmir.  Onlar 
sadəcə  şəkillərini  çəkib  onları  ucaldardılar.  Lakin  bu  iki  əməl  insanları 
dinlərində fitnəyə məruz qoyduğu üçün qadağan edilmişdir. Qəbirləri məscid 
halına gətirməyin  üç halı  vardır:  1)  Əgər  bir  kimsə səcdəni qəbrin  qarşısında 
edirsə;  Bu  növ  ən çox  yayılmış  və  çirkin  bir  əməldir.  İbn  Həcər   deyir:  "Bu 
hədis  saleh  kimsələrin  qəbirləri  üzərində  məscid  inşa  etməyi  və  salehlərin 
surətini  çəkməyin  haram  olduğunu  göstərir.  Bunların  hər  birinin  haram 
olmasında  şübhə yoxdur.  Həm  Adəm oğullarının  rəsmlərini  çəkmək,  həm  də 
qəbir  üzərində  məscid  ucaltmaq  haramdır.  Bərəkət  və  şəfaətlərini  ummaq 
üçün  Peyğəmbərlərin  və  salehlərin  rəsmlərini  çəkmək  İslama  görə  haramdır. 
Bu  bütlərə  tapınmağa  bənzəyir.  Peyğəmbər    onların  Qiyamət  günü  Allah 
qatında  insanların  ən  şərliləri  olacağını  bildirmişdir.  Seyr  etmək,  təsəlli 
tapmaq,  vaxt  keçirmək,  əylənmək  üçün  rəsm  çəkmək  haramdır.  Bu  böyük 
günahlardandır.  Rəsm  çəkənlər  Qiyamət  günü  ən  şiddətli  əzaba  məruz 
qalanlar olacaqlar. Çünki, Allahdan başqa heç kimsənin etməyə qadir olmadığı 
Allahın  fellərindən  bənzərini  etməyə  qalxan  bir  zalımdır.  Zatı,  sifətləri  və 
fellərində  Ona  bənzər  heç  bir  şey  yoxdur".
172
 İbn  Məsud    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Ən  şərli  insanlar  Qiyamət  qopduğu  vaxt  həyatda 
olanlar və qəbirləri məscid halına gətirən kimsələrdir".
173
 2) Əgər insan qəbirin 
qarşısında duraraq namaz qılırsa; Üzü ilə qəbirə tərəf yönələrək, alçalmış, zəlil 
bir  şəkildə  qəbirləri  məscid  halına  gətirmişdir.  Peyğəmbər    qəbirlərə  doğru 
namaz  qılmağı  qadağan  etmişdir.  Peyğəmbər    buyurdu:  "Heç  bir  qəbirə 
doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın".
174
 Ənəs  
rəvayət  edir  ki,  Peyğəmbər    qəbirlərə  doğru  namaz  qılmağı  qadağan 
etmişdir".
175
 3) Əgər bir kimsə qəbiri məscid edirsə və ya qəbiri məscidin içinə 
salırsa artıq qəbirləri məscid halına gətirmişdir. Kitab Əhli öz Peyğəmbərlərini 
dəfn  etdikdən sonra  üzərlərində  ibadətgah  inşa  edərdilər.  Artıq Allah Rəsulu 
  peyğəmbərlərin  qəbirlərini  səcdəgaha  çevirənləri  lənətləmişdir.  Əgər 
                                                        
172
 İbn Həcər "Fəthul-Bəri".  
173
 İbn Xuzeymə "Sahih" 1/ 92, İbn Hibban 340, 341, Əhməd 3844, 4143, Əbu Yala "Musnəd" 257/ a.  
174
 ət-Tabərani "Mucəmul-Kəbir" 3/ 145, 150, əl-Buxari "Tarixus-Sağir" 163. 
175
 İbn Hibban 343.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      90 
qəbrləri  səcdəgaha  çevirənlər  lənətlənmişsə  onda  onlara  bir  başa  ibadət 
edənlərin,  dua  edənlərin,  kömək  istəyənlərin,  şəfa,  övlad  istəyənləri,  ora 
gedərək qurban kəsənlərin halı necə olacaqdır. Cündəb ibn Abdullah əl-Bəcəli 
 rəvayət edir ki, Peyğəmbər  ölümündən beş gün qabaq buyurdu: "Nə badə 
məndən  sonra  əvvəlkilər  kimi  Peyğəmbərlərin  qəbirlərini  ibadətgaha 
çevirəsiniz. Mən bunu sizə qadağan edirəm".
176
 Əbu Hureyra  rəvayət edir ki, 
Peyğəmbər    buyurdu:  "Allahummə!  Mənim  qəbrimi  ibadət  olunan  büt 
(vasan) etmə. Öz Peyğəmbərlərinin qəbirlərini məscidlərə (ibadət olunan yerə) 
çevirən  bir  qövmə  Allahın  şiddətli  əzabı  gələr".
177
 İbn  Abul-Bərr    deyir: 
"Mənim  qəbrimi  namaz  qılınan,  səcdə  edilən  və  beləcə  ona  ibadət  edilən  bir 
büt  halına  gətirməyin.  Çünki,  Allah  bu  cür  iş  edənlərə  şiddətli  qəzəb  edər. 
Peyğəmbər    isə  səhabələrini  və  ümmətini  əvvəlkilərin  etdikləri  kimi 
Peyğəmbərlərinin qəbirlərinə doğru namaz qılan, oraları qiblə və məscid edən 
digər ümmətlərin etdikləri pis işdən çəkindirmişdir. Çünki, bütpərəstlər səcdə 
etdikləri  və  ucaltdıqları  bütlərinə  qarşı  belə  hərəkət  edirlər.  Bu  da  ən  böyük 
şirkdir.  Peyğəmbər    bu işin Allahı  nə  qədər qəzəbləndirdiyini  və  Onun  razı 
olmadığı  işlərdən  bir  iş  olduğunu  bildirir.  Çünki  ümmətinin  də  əvvəlki 
ümmətlərin  yolunu  izləməsindən  qorxurdu.  O,  həm  Kitab  Əhlinə,  həm  də 
kafirlərə  müxalif  olmağı  sevərdi.  Ümmətinin  isə  onlara  tabe  olmasından 
qorxurdu. Peyğəmbərin  bu sözlərinə diqqət edin: "Həqiqətən siz əvvəlkilərin 
(sünnəsi  –  yolu)  adət-ənənələri  ilə  gedəcəksiniz.  Hər  bir  şeydə  onlara  qarış-
qarış  oxşamağa  çalışacaqsınız.  O,  dərəcəyə  qədər  ki,  onlardan  biri  kərtənkələ 
yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz". Biz: "Ya Rəsulullah! Sən 
Yəhudi  və  Xristianları  (Başqa  rəvayətdə:  Farslar  və  Rumluları)  nəzərdə 
tutursan?"-  deyə  soruşduq.  Peyğəmbər    buyurdu:  "Onlardan  başqa  kimlər 
olacaq”.
178
  
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu:  "Allah Yəhudilərə 
lənət etsin! Onlar Peyğəmbərlərinin qəbrlərini məscid halına gətirdilər".
179
 Aişə 
 rəvayət edir ki, Peyğəmbər  (vəfatından öncə) xəstələndiyi vaxt buyurdu: 
"Allah  yəhudilərə  və  xristianlara  lənət  etsin!  Çünki,  onlar  Peyğəmbərlərinin 
qəbirlərini  ibadətgaha  (məscidlərə)  çeviriblər".
180
 Aişə    deyir:  "Əgər  belə 
omasaydı Peyğəmbərin  qəbri çölə çıxardılardı. Yalnız onun qəbrinin məscid 
halına gətirilməsindən qorxurduq"
181
. Aişə  ilə, İbn Abbas  rəvayət edir ki, 
                                                        
176
 Muslim 532. 
177
 İmam Məlik, Əhməd 7352, İbn Sad 2/ 241-242, Əbu Yala "Musnəd" 312/ a, Əbu Nuaym "Hilyə" 6/ 317.  
178
 əl-Buxari, Muslim, İbn Həcər "Fəthul-Bəri" 65/ 90/ b.  
179
 əl-Buxari 2/ 422, Muslim, Əbu Davud 2/ 71, Əhməd 2/ 284, 366, 453, 518. 
180
 əl-Buxari 4443, Muslim 529. 
181
 Aişənin  sözləri açıq bir şəkildə Peyğəmbərin  evində dəfn edilməsinin səbəbini ortaya qoyur. Bu da 
irəlidə  qəbir  üzərində  məscid  tikən  kimsələrin  önündə  yolu  bağlamaqdır.  Məqsəd  Peyğəmbərin    qəbrini 
məscid  etməmək  idi.  Aişə    deyir:  "Səhabələr  Peyğəmbərin    harada  dəfn  edilməsi  barəsində  ixtilaf 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə