TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə38/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   34   35   36   37   38   39   40   41   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      81 
cavab  veriləcəkdir.  Allah  buyurur:  “Haqq  çağırış  yalnız  Onadır.  Müşriklərin 
Ondan  başqa  çağırdıqları  isə,  onlara  heç  bir  şeylə  cavab  vermirlər”.  Allah 
Ondan qeyrisinə dua edənlərin halını bizə misal olaraq başa salır ki, biz qullar 
bunu daha yaxşı başa düşək. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu 
suya  açan  kimsəyə  bənzəyirlər”.  Elə  bil  ki,  sən  evlənməmisən,  lakin  övlad 
olmasını  istəyirsən  (gözləyirsən).  Məgər  bu  mümkündür?  Əlbəttə  ki,  yox. 
Eynilə qəbir ətrafında duraraq qəbir sahibindən istəyənin halı da belədir. Hətta 
bəzən  görürsən  ki,  Allahdan  qeyrisinə  dua  edənlər  qəbrin  ətrafında 
yalvararaq,  göz yaşı  tökərək  ağlayırlar.  Halbuki, Allah üçün  bəlkə  də  heç  bir 
dəfə də olsun göz yaşı tökməyiblər.  
Dua  İbadətdir  – Çünki,  dua özündə  Tövhidin  üç  qismini  də əhatə  edir.  O, 
kəs  ki,  Allahı  çağırır  və  Allahdan  qeyrisini  çağırmır  artıq  o,  kimsə  ibadətin 
bütün  növlərini  yerinə  yetirmişdir.  O,  insan  bilir  ki,  Allah  onun  Rəbbidir  və 
onun istədiyini yalnız Rəbbi verəcəkdir. Əgər ruzi istəyirsə etiraf edir ki, Allah 
ruzi verəndir. Əgər şəfa istəyirsə bilir ki, Allahın  əş-Şəfi ismi vardır və şəfanı 
da yalnız O, verəcəkdir. Bu da Rububiyyət tövhididir. Bununla o insan Allahın 
ad və sifətlərini də etiraf edir. Etiraf edir ki, Allah eşidir. Dua edən insan bilir 
ki, Allah  əs-Səmi eşidəndir. İstənilən yerdə, vəziyyətdə və şəraitdə onu görür 
və eşidir. Allah onun etdiyi duanı ona verməyə qadirdir. Allah onun duasına 
cavab verir. Bununla bərabər qətiyyətlə, təzim edərək Allahdan istəyir. Əgər o 
insan  bisəydi  ki,  Allah  onu  eşitmir  və  ona  cavab  verməyəcəkdir,  onda  o, 
Allaha  dua  etməzdi.  Buradan  da  Allahdan  qeyrisini  çağırmaq,  Allahdan 
qeyrisindən Peyğəmbərdən , övliyadan, seyyiddən, pirdən, ocaqdan, daşdan, 
ağacdan  qəbr  sahibindən  istəmək  şirk  olur.  Nəyə  görə?  Çünki,  o  insan  dua 
etdikdə  o  qəbr  sahibinin  eşitdiyinə  etiqad  edir.  Əgər  etiqad  edirsə  deməli 
Allaha  xas  olan  sifətlərdən  birini  o  kimsəyə  vermiş  olur.  Allaha  xas  olan 
sifətlərdən birini məxluqa vermək də şirkdir. Buna görə də Allahdan qeyrisinə 
dua  böyük  şirkdir  və  insanı  İslamdan  çıxardaraq  bütün  yaxşı  əməllərini  puç 
edir. Çünki, sən dua etdikdə artıq o, ölən şəxsin sənə ruzi verə bilməsinə, sənin 
dualarını  eşitməsinə  və  sənə  cavab  verməsinə  inanaraq  bunu  edirsən.  Artıq 
insan  tək  olan  Allaha  dua  edərsə,  o  kimsə  Allahın  Rəbb  olmasını, 
Rububiyyətini, İsim və Sifətlərini də etiqad etmiş olur. Uluhiyyətə gəldikdə isə 
Allahın  qarşısında  zəlil  olmaqla,  özünün  möhtac  olduğunu  bildirməklə, 
yalvarmaqla,  Allahı  çağırmaqla  artıq  Uluhiyyət  tövhidini  etiqad  etmiş  olur. 
Buna  görə  də  dua  ən  böyük  ibadətdir  və  bu  duanı  Allahdan  başqasına 
yönəltmək  olmaz.  “Allahı  qoyub  Qiyamət  gününədək  özünə  cavab  verə 
bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki 

bütlər 
onların 
yalvarışından 
xəbərsizdirlər. 
İnsanlar 
bir 
yerə 
toplanılacaqları  zaman  bütlər  onlara  düşmən  kəsiləcək  və  onların  ibadətini 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      82 
inkar  edəcəklər”.  (əl-Əhqaf  5-6).  “Darda  qalan  kimsə  yalvardığı  zaman  ona 
cavab  verən,  şəri  sovuşduran  və  sizi  yer  üzünün  varisləri  edən  kimdir?  Heç 
Allahla  yanaşı  başqa  bir  məbudmu  var?  Siz  necə  də  az  düşünürsünüz”.    (ən-
Nəml 62). 
Belə bir sual verə bilərsiniz ki, “məgər o ölən insanlar saleh qullar deyillər? 
Allaha  ibadətlərilə yaxınlaşan övliyalar  deyillər?”  Bəli,  bu  kimi şeyləri  biz  də 
inkar  etmirik.  Biz  də  deyirik  ki,  onlar  əməli  saleh  qullar  olublar.  Sağ  ikən 
onların  yanlarına  xəstə  gələn  insanlar  üçün  əllərini  qaldıraraq  Allaha  dua 
edərdilər və Allah da onların dualarını qəbul edərək xəstəyə şəfa verirdi. Lakin 
bütün  bunlar  onların  sağlığında  mümkün  idi.  Artıq  öldükdən  sonra  onların 
əməl  dəftərləri  bağlanmışdır.  Artıq  onların  sizin  dualarınıza  ehtiyacı  vardır. 
Baxın – Allah öz şərəfli, yer üzərində insanlar içərisində ən hörmətli və Allaha 
ən  sevimli  olan  qulları  haqqında  nə  buyurur.  Allah  onları  insanların  ən 
şərfliləri,  hörmətliləri  olduqlarını  qeyd  etməklə  yanaşı  onların  bütün 
yaradılmışlar  kimi Allahın  qulu olduqlarını  da  qeyd  edir;  “Aləmləri  xəbərdar 
etməsindən  ötrü  Öz  quluna  Furqanı  (Quranı)  nazil  edən  Allah  necə  də 
xeyirxahdır!”  (əl-Furqan  1).  "O,  (Məryəm  oğlu  İsa)  ancaq  nemət  verdiyimiz  və 
İsrail  oğullarına  ibrət  dərsi  etdiyimiz  bir  quldur".  (əz-Zuxruf  59).  “Nə  İsa 
Məsih  Allahın  qulu  olmağı özünə  ar bilər,  nə də  Allaha yaxın  olan  mələklər. 
Allah  Ona  ibadət  etməyi  özlərinə  ar  bilənlərin  və  təkəbbürlük  göstərənlərin 
hamısını  Öz  hüzuruna  toplayacaqdır”.  (ən-Nisa  172).  Bəli,  xəstəlik,  ölüm, 
yemək  və  içmək  kimi  şeylərə  ehtiyac  duyduğunuz  kimi  onlar  da  bu  kimi 
şeylərə  ehtiyac  duyurlar;  "Məni  yaradan  və  məni  doru  yola  yönəldən  Odur! 
Məni  yedirdən  də,  içirdən də  Odur!  Xəstələndiyim  zaman  mənə  yalnız  O  şəfa 
verir.  Məni  öldürəcək  sonra  dirildəcək  də  Odur  və  Qiyamət  günü  xətamı 
bağışlayacağına  ümüd  etdiyim  də  Odur!"  (əş-Şuəra  78-82).  Aişə    rəvayət 
edir  ki,  Peyğəmbər    buyurdu:  "Əgər  sənə  desələr  Muhəmməd  sabah  nə 
olduğunu  bilir,  inanma".
161
 İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Mən  ancaq  sizin  kimi  bir  insanam.  Unutduğunuz  kimi  unuduram. 
Unutduğum  zaman  yadıma  salın".
162
 Həmçinin  də  şəhadət  kəlməsinn  mənası 
da  buna  dəlalət  edir:  "Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa  ibadətə  layiq 
heç  bir  haqq  ilah  yoxdur  və  Muhəmməd  Onun  qulu  və  Rəsuludur". 
Gördüyünüz kimi əvvəlcə biz onu qul, sonra rəsul adlandırdıq. Buna görə də 
onları  Allahın  onlar  haqqında  buyurduğundan  artıq  vəsf  etmək,  şişirtmək 
olmaz.  Onlar  Allahın  quludurlar,  onlara  ibadət  olunmaz.  Peyğəmbərlərin 
Rububiyyətdə,  kainatın  idarə  edilməsində  və  ya  ibadətdə  haqq  sahibi 
olduğuna heç bir şəkildə inanmamalıyıq. Əksinə onlar quldular, onlara ibadət 
                                                        
161
 əl-Buxari. 
162
 əl-Buxari, Muslim.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə