TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə37/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   33   34   35   36   37   38   39   40   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      79 
kəsin  əhvalatını bilmirsənmi?  İbrahim:  "Mənim Rəbbim  həm  dirildir, həm  də 
öldürür!"–  dedikdə  padşah:  "Mən  də  həm  dirildir,  həm  də  öldürürəm!"– 
demişdi.  İbrahim:  "Allah  günəşi  məşriqdən  gətirir.  Sən  də  onu  məğribdən 
gətir!"–  dedikdə,  o  kafir  çaşıb  qalmışdı.  Allah  zalım  qövmü  doğru  yola 
yönəltməz”.  (əl-Bəqərə 258).  Bu  insan  artıq  özünü  öldürməkdə  və  diriltməkdə 
Allaha şərik qoşmuşdur. Onda İbrahim  onu başqa bir dəlillə bağlayır. Artıq 
kafir  susdu  və  bağlandı.  Həmçinin  də  bura  ulduzları,  bürcləri  şərik  qoşanlar 
daxildir.  Məs; oğlaq,  buğa  və s.  bürclər.  Onları  bu  aləmdə  işləri  düzüb-qoşan 
Rəblər  qəbul  etmişlər.  Həmçinin  günəşə,  oda  ibadət  edənlərin  də  şirki  bura 
daxildir.  
 
DUADA ŞİRK 
 
Xəstəliklərdən  şəfa,  müsibətdən  qorunmaq,  ruzinin  genişliyi,  övlad 
diləməkdə və s. kimi ancaq Allahın qadir olduğu xüsuslarda istər peyğəmbər 
olsun, istər alim olsun, istər övliya olsun, istər saleh bir qul olsun (ya filankəsin 
cəddi, ya filankəsin ruhu) deyərək məxluqdan istəmək və Allaha edilən duada 
onları  vasitəçi  etmək  duada  şirk  sayılır.  Dua  da  ibadət  olduğu  üçün  digər 
ibadətlər  kimi  yalnız  Allaha  edilməlidir.  Allaha  ibadətdə  heç  bir  şey,  heç  bir 
kimsə şərik olunmaz.  
Şeyx  Useymin    "Kəşfuş-Şubuhət"  kitabının  şərhində  deyir:  “Dua  iki 
növdür:  
1.  Savabı  ümüd  edərək,  cəzasından  qorxaraq  dua  edilənə  ibadət  niyyətilə 
edilən ibadət duası. İbadət duası isə qulun dua etdiyi zatın savabını istəyərək 
və  onun  cəzasından  qorxaraq  dua  ilə  ibadətə  yönəlməsi  deməkdir.  Bunun 
Allahdan  qeyrisinə  edilməsi  doğru  deyildir.  Allahdan  qeyrisinə  edilməsi 
dindən çıxardan böyük bir şirkdir; “Mənə dua edin, Mən də sizə cavab verim. 
Həqiqətən,  Mənə  ibadət  etməyə  təkəbbür  göstərənlər  Cəhənnəmə  zəlil  olaraq 
girəcəklər".  (əl-Mumin  60).  Rəsulullah    buyurdu:  "Dua  ibadətdir".
157
 
Rəsulullah    buyurdu:  "Allaha  dua  edin  və  əmin  olun  ki,  O  sizə  cavab 
verəcəkdir".
158
 Rəsulullah    buyurdu:  "Allah  Ondan  istəməyənə 
qəzəblənir".
159
  
2.  İstək  duası  –  Bu  da  istək  və  ya  ehtiyacların  qarşılanması  üçün  edilən 
duadır.  Bu  da  üç  qismdir.  1)  Uca  Allaha  dua  etmək.  Bu  uca  Allaha  olan  bir 
ibadətdir.  Allahdan  başqa  heç  bir  kimsənin  yerinə  yetirməyə  gücü  çatmadığı 
hər hansı bir şeyi Allahdan başqasına dua edərək istəyən bir kimsə, dua etdiyi 
                                                        
157
 əl-Buxari "Ədəbul Mufrad" 714. əl-Albani səhih deyib.  
158
 ət-Tirmizi 3474.  
159
 əl-Buxari "Ədəbul Mufrad" 658, ət-Tirmizi 3770, İbn Məcə 3827. əl-Albani həsən deyib.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      80 
istər  diri  olsun,  istər  də  ölü  olsun  müşrik  və  kafir  olur.  2)  Həyatda  olan  bir 
kimsədən  gücü  çata  biləcəyi  şeyləri  istəyərək  dua  etmək.  Məs:  “Ey  filankəs 
mənə su ver”- demək kimi. Fayda – Saleh olduğunu bildiyin bir insanın yanına 
gedərək  ondan  sənin  üçün  Allaha  dua  etməsini  istəməyində  bir  qəbahət 
yoxdur.  Bu  doğrudur.  Lakin  bir  kimsənin  bunu  adət  halına  gətirməməsi 
lazımdır.  Saleh  bir  kimsə  gördüyü  hər  dəfə  Mənim  üçün  Allaha  dua  et  – 
deməməlidir.  Çünki  belə  etmək  Sələfin  adəti  deyildir. Digər  tərəfdən  belə  bir 
hal  başqasının  duasına  bel  bağlamağa  gətirib  çıxarır.  İnsan  Rəbbinə  dua 
edəcək olarsa bu onun üçün daha xeyirlidir. O, özünü Allaha yaxınlaşdıracaq 
bir ibadət  etmiş olar.  Həmçinin özü  dua  etdiyi  zaman  duanın  əcrini  də  almış 
olar.  Həmçinin  zərərin  dəf  edilməsində,  xeyrin  hasil  olmasında  da  Allaha 
güvənmiş  olur.  Lakin  başqasından  dua  etməyi  tələb  edən  kimsədə  bu  şeylər 
olmur.  Bəlkə  də  ona  daha  çox  bağlanır,  nəinki  Allaha.  Bu  da  təhlükəli  bir 
haldır
160
.  3)  Ölü  və  hal-hazırda  olmayan  (qeybdə)  olan  bir  kimsədən  bu  kimi 
şeyləri istəmək. Bu da şirkdir. Çünki, ölü və qeybdə olan bir kimsənin bu kimi 
şeyləri  yerinə  yetirmək  imkanı  yoxdur.  Bu  istəklə  bir  kimsəyə  dua  etməsi  o, 
varlığın  kainatda  hansısa  bir  gücə  sahib  olduğuna  inandığını  göstərir.  Buna 
görə də o kimsə müşrik birisidir.  
İndi isə gəlin baxaq görək ki, Allah Ondan qeyrisinə dua edənlər haqqında 
nə  buyurur:  “Allahdan  savayı  çağırdıqlarınız  da  sizin  kimi  qullardır.  Əgər 
doğru  deyirsinizsə,  çağırın  onları,  sizə  cavab  versinlər”.  (əl-Əraf  194). 
Subhənəllah!  Allah  bizə  buyurur  ki,  Allahdan  qeyri  dua  etdikləriniz  də  sizin 
kimi  insanlardır.  Sizin  kimi  yeyirlər,  içirlər,  gəzirlər,  evlənirlər,  işləyirlər  və 
ölürlər. Onlar da ehtiyac vaxtı övlad dilədikdə, şəfa istədikdə, müsibət anında 
əllərini göyə tərəf qaldıraraq Allaha dua edərirlər. Onlar da hər bir şeydə sizin 
kimi  Allaha  möhtac  idilər.  Əgər  möhtac  olmasaydılar  əvvəlcə  özlərinə 
xəstələnməmək  və  ölməmək  üçün  kömək  edərdilər;  “Ondan  savayı 
çağırdıqlarınız  nə  sizə  yardım  edə  bilər,  nə  də özlərinə  köməkçi  ola  bilərlər". 
(əl-Əraf  197).  Gördünüzmü!  Sizin  Allahdan  qeyri  dua  etdikləriniz  nə  sizə,  nə 
də  özlərinə  kömək  edə  bilərlər;  "Allahdan  başqa  sənə  nə  bir  xeyir,  nə  də  bir 
zərər  verə  bilənə  dua  etmə.  Əgər  belə  etsən  özünə  zülm  edənlərdən  olarsan". 
(Yunus  105).  “Haqq  çağırış  yalnız  Onadır.  Müşriklərin  Ondan  başqa 
çağırdıqları  isə,  onlara  heç  bir  şeylə  cavab vermirlər.  Onlar ağzına  su  çatsın 
deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu 
ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası 
azğınlıqdan  başqa  bir  şey  deyildir”.  (ər-Rəd  14).  Allah    bu  ayədə  istisna 
qoymadı ki, siz peyğəmbərdən, seyyiddən, övliyadan və ya filankəsin cəddinə, 
ruhuna  və  ya  ağaca,  daşa,  pirə  dua  edərək  kömək  diləsəniz  sizin  duanıza 
                                                        
160
 Şeyx Useymin “Kəşfu Şubuhət”.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə