TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə35/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   31   32   33   34   35   36   37   38   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      75 
Xalid    bütün  yanına  yaxınlaşdıqda  saçları  üzərinə  tökülmüş  lüt  bir  qadın 
gördü.  Qılıncı  ilə  vurub  onu  öldürdü  və  Peyğəmbərin    yanına  qayıdaraq 
başına gələnləri danışdı. Peyğəmbər : "O, Uzza idi!"- deyə buyurdu”.
149
  
əl-Mənnan  -  adını,  əl-Manat  –  qan  axıdılan  yer  deməkdir.  Mina  da  bu 
addan  götrülüb.  Cahiliyyədə  orada  çoxlu  qurbanlar  kəsilirdi.  Cahiliyyə 
müşrikləri  elə  zənn  edirdilər  ki,  onların  bütləri  hansısa  bir  zərər  vermək 
gücünə sahibdilər. Buna görə də onlar üçün qurbanlar kəsir, nəzir deyirdilər. 
Məkkə  ilə  Mədinə  arasında,  Hudeydə  adlanan  yerin  adı  idi.  Aişə    deyir: 
"Əli    Məkkənin  fəthi  günü  oranı  dağıdır".
150
 "Bir  deyin  görək  Lat  və  Uzza 
nəyə  qadirdir.  Digəri  üçüncüsü  olan  Manat  da  həmçinin…  O,  bütlər  sizin  və 
atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir 
dəlil  endirməmişdir".  (ən-Nəcm  19-23).  "Allahdan  başqa  ibadət  etdikləriniz 
sizin və atalarnızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah isə heç bir 
dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O, sizi yalnız Onun özünə ibadət 
etməyə çağırır". (Yusuf 40).  
2.  Allaha    layiq olmayan  adı  vermək.  Məs:  Ata, oğul  və  bizim  dilimizdə 
işlənən  “o  kişiyə  qurban  olum”  və  s.  sözü  söyləyənlər  kimi:  "Şübhəsiz  ki, 
Allah  Məryəm  oğlu  Məsihdir"–  deyənlər  artıq  kafir  oldular.  Məsih  isə 
demişdir:  "Ey  İsrail  oğulları!  Rəbbim  və  Rəbbiniz  olan  Allaha  ibadət  edin!”
 
(əl-Maidə 72).  
3.  Allaha   naqis sifətlər  vermək. Məs:  Allah  xəsisdir,  göyləri  və yeri xəlq 
etdikdən  sonra  dincəldi  və  s.  deyənlər  kimi:  “Yəhudilər  dedilər:  "Allahın  Əli 
bağlıdır!"  Onların  öz  əlləri  bağlandı  və  dedikləri  sözə  görə  lənətə  gəldilər. 
Əksinə,  Onun hər  iki  Əli  açıqdır  və  O,  Öz  lütfündən  istədiyi kimi  sərf  edir”.
 
(əl-Maidə  64).  "O,  nə  mürgü  nə  də  yuxu  bilər".  (əl-Bəqərə  255).  Finhas  adlı  bir 
yəhudi Əbu Bəkr  onu İslama dəvət etdikdə demişdir: "Allaha and olsun ki, 
ey Əbu Bəkr! Biz fəqir (kasıb) olmadığımızdan Allaha ehtiyacımız yoxdur. O, 
isə fəqir birisidir. Əgər möhtac olmayan bir varlıq olmasaydı bizdən borc tələb 
etməzdi".  "Allah  kasıbdır,  biz  isə  varlıyıq!"–  deyənlərin  sözünü  Allah  eşitdi. 
Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq 
və  onlara  deyəcəyik:  "Dadın  yandırıb-yaxan  Odun  əzabını!”  (Ali  İmran 
181)”.
151
 Allah bütün bu deyilənlərdən uca və uzaqdır.  
4.  Allahın    Sifətlərinə  keyfiyyət  isnad  edib,  Onun  Sifətlərini  Allahın 
yaratdıqlarına bənzədən – Müşəbbihlər (bənzədənlər). Bunlar müşriklərdən də 
pisdirlər.  Müşriklər  yerdəkiləri  Allaha  şərik  qoşurlar,  müşəbbihlər 
(bənzədənlər)  isə  Allahı  yaratdıqlarına  bənzədirlər;  "Allah  ona  aid  etdikləri 
                                                        
149
 İbn Kəsir 7/ 429-430, ən-Nəsai "Sunənul-Kubra", "Tuxfa əl-Əşraf" 4/ 235.  
150
 əl-Buxari. 
151
 İbn Cərir ət-Təbəri təfsir kitabında. Sənədi zəifdir. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      76 
sifətlərdən  uzaqdır".  (əs-Saffət  159).  “Ona  bənzər  heç  bir  şey  yoxdur.  O,  (hər 
şeyi)  eşidəndir,  (hər  şeyi)  görəndir!”.  (əş-Şura  11).  “Heç  yaradan  (Allah) 
yaratmayana  bənzəyərmi?!  Məgər  düşünmürsünüz?!”.  (ən-Nəhl  17).  “O, 
göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət 
et  və  Onun  ibadətinə  səbirli  ol!  Heç  (Allahın  özündən  başqa)  Ona  bənzərini 
(Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi 
desələr də, heç zaman onlara Allah adını verməzlər)”. (Məryəm 65).  
5.  Allahın    İsim  və  Sifətlərini  qismən  və  ya  tamamilə  inkar  edən  – 
Muattila.  Onların  iddialarına  görə  Allahın  İsim  və  Sifətlərini  qəbul  etmək 
Allahı yaratdıqlarına bənzətmək deməkdir. Bunlar da iki qismdirlər. 1) Allahın 
İsimlərini  qəbul  edərək  mənasız olduğunu  qeyd edirlər.  Bütün  bunlara  Sifəti 
Səlbiyyə  –  Uca  Allahın  zatına  və  varlığına  yaraşmayan,  uca  Allah  haqqında 
mümkün  olmayan  vəsflərdir.  Səlb  Etmək  –  qaldırmaq,  uzaqlaşdırmaq 
mənasındadır. Bunlar da Sifəti Səlbiyyə və Sifəti Subutiyyə
152
 başlıqları altında 
sayılan  on  dört  sifətin  ziddidir.  Bunlar  Adəm  (yoxluq),  Hudus  (sonradan  var 
olmaq),  Fəna  (varlığının  sonu  olması,  bəlli  bir  müddətdən  sonra  yox  olub 
getməsi),  Təaddüt  (ortağı,  şəriki,  köməkçiləri  olması),  Muşabəhət  (sonradan 
yaradılmış  bir  şeyə  bənzəməsi,  bənzəri  və oxşarı  olması),  başqalarına  möhtac 
olmaq,  ölü  və  ya  cansız  olmaq,  Cahil  (elmsiz,  biliksiz),  Aciz  (gücsüz  olmaq), 
iradəsiz  olmaq,  görməmək,  kor  olmaq,  eşitməmək,  kar  olmaq,  danışmamaq, 
yaratmamaq.  2)  Bütün  İsim  və  Sifətləri  inkar  edənlər.  Əvvəla  bütün  bunlar 
batil  fikirlərdir.  Çünki  Allah  Qurani-Kərimdə  bir  çox  ayələrdə  İsim  və 
Sifətlərinin  olduğunu  buyurduğu  halda,  digər  ayələrdə  heç  bir  şeyin  İsim  və 
Sifətlərində  ona  bənzəmədiyini  buyurmuşdu.  Əgər  bu  İsim  və  Sifətləri  qəbul 
etmək, onu yaratdıqlarına bənzətməyi irəli sürmüş olsaydı, Allahın ayələrinin 
bir  qisminin  digərini  yalanladığını  qəbul  etməli  olardıq.  Allahın  Səmi  – 
(eşidən)  olduğunu  bilirik.  Eşitmək  isə  məna  etibarı  ilə  səsləri  qəbul  (idrak) 
etmək deməkdir. Lakin Allahın eşitməsinin həqiqi mənası bizim tərəfimizdən 
bilinməzdir.  Çünki  biz  iki  şəxs  gördükdə:  Bu  ikisinin  insanlıq  xüsusiyətləri 
olan  eşitmək,  görmək  və  danışmaq  kimi  xüsusiyətlərinin  eyni  olduğunu 
fikirləşmirik. Məs: İnsanın ayağı, əli olduğu kimi hər hansısa bir heyvanın da 
əli,  ayağı  vardır.  İnsanın  da  gücü  var,  heyvanında,  İnsanında  eşitmə,  görmə 
orqanı  var,  heyvanında.  Bu  sifətlər  eyni  adı  daşıyırlar.  Lakin  keyfiyyət  və 
forma cəhətdən bir-birindən çox fərqlənirlər. Bundan da belə bir nəticə çıxır ki, 
adların  eyni  olması,  onların  keyfiyyət  və  formalarının  eyni  olması  demək 
deyildir.
 
Çarpayının  üstünə  istiva  etmək  ilə  dəvənin  üstünə  istiva  etmək 
                                                        
152
 Sifəti  Səlbiyyə  –  Qidəm  (qədimlik),  Bəqa  (əbədilik),  Vahdəniyyə,  Muxalifə  Lil-Xəlq  Vəl-Həvədis,  Ğinə 
(Qiyamu Bin-Nəs). Sifəti Subutiyyə – Uca Allahın zatına yaraşan və zatından ayrılmayan, əzəli və əbədi olan 
vacib  sifətlərdir.  Allah  bu  sifətlərlə  əzəldən  bəri  vəsflənmişdir.  Bu  sifətlərin  heç  biri  sonradan  qazanılmış 
sifətlər deyildir. Bu sifətlər – Həyat, Elm, İradə, Qüdrət, Bəsir, Səmi, Kəlam, Təkvin (yoxdan var etməsi).  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə