TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə31/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   27   28   29   30   31   32   33   34   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      67 
ibadəti ixlasla yalnız Ona aid etmirdilər. Çünki bu sadəcə Rububiyyətin qəbul 
edilməsidir. Bərabərində Uluhiyyəti qəbul edib bir və tək olaraq Allaha ibadət 
edilmədikcə  Rububiyyətin  qəbul  edilməsinin  faydası  yoxdur.  Bunu  bilin  ki, 
Rububiyyəti qəbul etmək, Uluhiyyəti qəbul etməyi vacib edir, uluhiyyəti qəbul 
etməkdə eyni zamanda Rububiyyəti qəbul etməyi əhatə edir. 1) Rububiyyətin 
qəbul  edilməsi  bağlayıcı  bir  qəbuldur.  Belə  ki,  Rububiyyətin  qəbul  edilməsi 
Rəbb  deyə  qəbul  etdiyi  kimsənin  Uluhiyyətini  də  qəbul  etməsi  üçün  bir 
dəlildir.  Çünki  Tək  olan  yaradıcı,  bütün  işləri  düzüb-qoşan,  hət  bir  şeyin 
hökmü  əlində  olan  yalnız  Uca  Allahdırsa  o,  halda  ibadətin  də  Ona  edilməsi 
lazımdır,  başqasına  deyil.  2)  Uluhiyyətin  qəbulu  Rububiyyətin  də  qəbulunu 
əhatə  edər.  Çünki  Tək  olan  yaradıcı,  bütün  işləri  düzüb-qoşan  olduğuna 
inanılan o, Uca Rəbbindən başqa heç bir kimsə İlah olaraq qəbul edilməz.  
“Onların  çoxu  ancaq  şərik  qoşaraq  Allaha  iman  gətirir”.  (Yusuf  106).  İbn 
Abbas    deyir  ki:  “Onların  imanı ondan ibarətdir  ki,  əgər onlardan  soruşsan 
“göyü,  yeri,  dağları  kim  yaratmışdır?”  Onlar:  “Allah”-  deyərlər.  Bununla 
yanaşı  onlar  Allaha  şərik  qoşardılar”.  İkrimə    deyir  ki:  “Əgər  onlardan 
soruşsan “sizi, göyləri, yerləri kim yaratmışdır?” Onlar: “Allah”- deyərlər. Bax 
onların  imanı  bundan  ibarət  idi.  Lakin  onlar  tək  olan  Allaha  ibadət 
etməzdilər”. Mucahid   deyir ki: “Onların iman etdikləri sozləri: “Allah bizi 
yaratmış,  bizi  ruziləndirmiş,  bizi öldürən  (dirildəndir)”.  Bu onların imanı idi. 
Lakin ibadətdə onlar Allaha şəriklər qoşardılar”. Abdur-Rahmən ibn Zeyd ibn 
Asim    deyir  ki:  “Allaha  şərik  qoşanlar  içərisində  elə  bir  kimsə  yoxdur  ki, 
Allaha  iman  etmiş  olmasın.  Allahın  –  Rəbb  olduğunu,  Yaradan  olduğunu, 
Ruzi  verən olduğunu  bilməsin.  Lakin  buna  baxmayaraq onlar  Allaha  şəriklər 
qoşurlar.  Məgər  İbrahimin    sözünü  eşitmədin:  “O  dedi:  "Siz  nəyə  ibadət 
etdiyinizi  görürsünüzmü  –  həm  siz,  həm  də  ulu  babalarınız?  Aləmlərin 
Rəbbindən  başqa,  onların  hamısı  mənim  düşmənimdir”.  (əş-Şuəra  75-77).  Heç 
şübhəsiz ki, onlar aləmlərin Rəbbi ilə yanaşı başqa ilahlara da ibadət edirdilər. 
Müşriklr  arasında  elə  bir  kimsə  yoxdur  ki,  Ona  inanmış  olmasın.  Məgər 
Ərəbləri  necə  Təlbiyə  (Həcc  zamanı  söylənilən  dua)  etdiyini  eşitməmisən? 
Onlar:  “Mən  Sənin  qarşındayam,  Ey  Rəbbim!  Mən  Sənin  qarşındayam,  Mən 
Sənin  qarşındayam,  Sənin  şərikin  yoxdur  Sənə  məxsus  olanlardan  başqa. 
Onlara sahib olan Sənsən, onlar isə heç bir şeyə sahib deyillər”.
135
 “İndi siz də 
Allaha  (Onun heç  bir oxşarı və bənzəri olmadığını)  bilə-bilə  şəriklər  qoşmayın!” 
(əl-Bəqərə 22). İbn Abbas  deyir ki: “Allahdan başqa yedirdən, içirdən heç bir 
Rəbbiniz  olmadığını  bildiyiniz  halda,  heç  bir  zərər  və  fayda  verə  bilməyən 
şeyləri  Allaha  şərik  qoşmayın.  Peyğəmbərin    sizi  Tövhidə  dəvət  etdiyinin 
                                                        
135
 Camiul-Bəyan 8/ 77-79.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      68 
haqq  və  heç  bir  şübhə  olmadığı  sizə  məlumdur”.
136
 Qatədə    deyir:  “Siz 
göyləri  və  yerləri  (və  onlar  arasında  olan  hər  bir  şeyi)  Allahın  yaratdığını 
bildiyiniz  halda  yenə  də  Ona  şərik  qoşursunuz”.
137
 İbn  Qeyyim    deyir: 
“Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu 
dəlillərdən  sonra  kafir  olanlar  hələ  də  bütləri  öz  Rəbbinə  tay  tuturlar”.  (əl-
Ənam  1).  İbn  Abbas    deyir:  “Allah  buyurdu:  “Onlar  Mənim  Rəbbliyimi  və 
Rəhmətimi  qəbul  etdikləri  halda,  xəlq  etdiyim  daşları  və  bütləri  Mənə  tay 
tuturlar”.
138
  
Muhəmməd  ibn  Abdul-Vahhab    deyir:  “Bizim  günümüzdə  şirk  edən 
kimsələr  Peyğəmbərin   dövründə olan  müşriklərdən  beş cəhətdən pisdir:  1) 
Qüreyş müşrikləri (ərəblər) öz bütlərinə rahatçılıqda yaxınlaşıb dua edərdilər. 
Çətinlikdə  isə  Allaha  dua  edərdilər.  Günümüzdə  olan  müşriklər  isə  həm 
rahatçılıqda, həm də çətinlikdə öz pirlərinə, övliyalarına ibadət edirlər. 2) Əbu 
Ləhəbin  və  Əbu  Cəhlin  dövründə  olan  müşriklərin  ibadət  etdikləri  qəbir 
sahibləri saleh kimsələr idi. Məs: Lat, Uzza və ya Xristianların ibadət etdikləri 
İsa  peyğəmbər idi. Günümüzdə Allahdan qeyrisinə ibadət edənlər isi saleh 
olmayan  və  ya  saleh  olduğu  məlum  olmayanlara  ibadət  edirlər.  3)  Ərəb 
müşrikləri  deyirdilər  ki:  “Rububiyyət  bütünlüklə  Allaha  məxsusdur”. 
Günümüzdə  Allahdan  qeyrisinə  ibadət  edənlər  deyirlər  ki:  “Yer  üzünü  - 
dənizi, suyu, dağları, Qütbləri (şeyxlər), imamlar idarə edirlər. 4) Müşriklər Lə 
İləhə İlləllah kəlməsinin mənasını çox gözəl bilib başa düşürdülər. Peyğəmbər 
  onları  dəvət  etdikdə  onlar:  “O,  bütün  məbudları  bir  məbudmu  etdi? 
Həqiqətən,  bu,  əcaib  bir  şeydir".  (Sad  5). İndikilər  desələr  də  başa  düşmürlər 
(İxvanul  Muslimin  –  camaatının  liderlərindən  biri  Seyyid  Qutub  Lə  İləhə 
İlləllahın  –  mənasını  bilmirdi,  qaldı  ki  cahil  cəmaat).  5)  Qureyş  müşrikləri 
Rahmən  İsmindən  başqa  (Onlar  deyirdilər  ki:  Rahmən  Yəməndən  olan 
sehrbazdır ki, Peyğəmbəri öyrədir) Allahın İsim və Sifətlərini inkar etmirdilər. 
İndiki  özünü  müsəlman  sayan  Əşarilər,  Mətrudilər,  bütün  İsimləri  inkar 
edirlər”.
139
 Kim  yalnız  desə  Lə  İləhə  -  Allahsızdır,  kim  yalnız  təsdiq  edərsə 
İlləllah – müşrikdir, kim həm inkar, həm də təsdiq edirəsə Muvahhiddir.  
Həmçinin  də  ruzinin  artması,  bərəkətin  çoxalması  kimi  şeyləri  də  qəbr 
sahiblərindən  istəmək  Allaha  rububiyyətində  şərik  qoşmaqdır.  Çünki,  ruzini 
verən  də  Allahdır;  "Mən  onlardan  ruzi  istəmirəm,  mən  onlardan  məni 
yedirtmələrini  də  istəmirəm!  Şübhəsiz  ki,  ruzi  verən  də,  yenilməz  qüvvət  və 
hikmət  sahibi  olan  Allahdır".  (əz-Zariyyat 57-58). "De  ki,  göylərdən  və yerdən 
sizə  ruzi  verən  kimdir?  (əgər  onlar  sənə  bilmirik  deyə  cavab  versələr)  de  ki, 
                                                        
136
 İbn Cərir “Təfsir” 1/ 164.  
137
 İbn Cərir “Təfsir” 1/ 164.  
138
 İbn Qeyyim “İğasətul-Ləhfan” 2/ 226.  
139
 “Qavaidul-Ərbəə”.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə