TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə40/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   36   37   38   39   40   41   42   43   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      85 
xeyirxah,  yaxud  günahkar  adamlar  qaldıqda,  aləmlərin  Rəbbi  onların  yanına 
bildikləri ən yaxın surətdə
165
 gələcək. Sonra onlara deyiləcək: “Nə gözləyirsiniz?! 
Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: 
“Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla 
birlikdə  olmadıq.  İndi  isə  biz  ibadət  etdiyimiz  Rəbbimizi  gözləyirik”.  Onda 
Allah  buyuracaq:  “Mən  sizin  Rəbbinizəm!”  Onlar  iki  və  ya  üç  dəfə:  “Biz  heç 
nəyi  Allaha  şərik  qoşmuruq!”-  deyəcəklər”.
166
 “Yəhudilər:  "Üzeyr  Allahın 
oğludur"–  dedilər.  Xaçpərəstlər  də:  "Məsih  Allahın  oğludur"–  dedilər.  Bu 
onların  ağızlarından  çıxan  sözlərdir.  Bu,  daha  əvvəlki  kafirlərin  sözlərinə 
oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər"!” (ət-Tövbə 
30).  
Görün  Məsih  İsa    Xristianların  ibadətindən  necə  də  imtina  edir.  Sənin 
buyurduqlarını  onlara  çatdırıb  dedim  ki,  mənim  də  sizin  də  Rəbbiniz  olan 
Allaha  ibadət  edin.  Allah  bilir  ki,  Məsih  özünə  ibadət  etməyi  onlara  əmr 
etməmişdir. Buna heç bir zaman razılıq verməmişdir. Lakin Allah bu ayələrlə 
bəşəriyətə bəyan edir ki, Peyğəmbərlərdən heç kəsə ibadət etmək olmaz. Əgər 
Peyğəmbərlərə  ibadət  etmək  olmazsa,  bəs  onda  onlardan  fəzilətcə  aşağı  olan 
imam,  seyyid,  övliya,  daş,  ağacdan,  qəbr  sahiblərinə  necə  ibadət  etmək  olar? 
Yollarını  azmışlar  Allahın  öz  Peyğəmbərinə  bu  sözləri  buyurduğunu 
oxumurlarmı:  "Allah  sənə bir  zərər yetirmiş  olsa  səni  ondan  Allahdan  başqa 
heç kəs qurtara bilməz". (Yunus 107). Əgər Allah Peyğəmbərin özünə bir zərər 
yetiribsə  o,  özünü  bundan  qoruya  bilməz.  Bəs  onda  Peyğəmbərdən  sonra 
gələn imam, övliya başqasına baş verən zərəri necə dəf edə bilər?  
İbadət  –  İnsanların  əksəriyyəti  ibadət  deyildikdə  yalnız  namaz  başa 
düşürlər. Ona görə də görürsən ki, etiraz edərək deyirlər ki, biz onlara namaz 
(ibadət)  etmirik?  Lakin  bu  səhf  bir  fikirdir.  Çünki,  ibadətin  mənası  genişdir. 
Zəlillik, qulluq, itaətkarlıq deməkdir. Alimlər ibadət kəliməsinə bir çox təriflər 
vermişdilər. Lakin ən gözəl tərifi İbn Teymiyyə  deyir: “Bura Allahın sevdiyi 
və razı qaldığı zahiri və batini hər bir söz və əməl (namaz, oruc, dua, qurban, 
nəzir, məhəbbət, qorxu, niyyət və s.) daxildir”. İbadət üç şeylə olur: Dil - Qəlb - 
Əməl və bu ibadətlər üç şeyin üzərində qurulur: Məhəbbət - Ümüd - Qorxu. 
İbadət –  Toqifidir.  Yəni, insanların  istək  və ağılları  ilə  deyil,  Allah  və  Onun 
Rəsulu  tərəfindən təyin edilir; "O, sizə mələkləri və peyğəmbərləri özünüzə 
Rəbb  qəbul  etməyi  əmr  etməz.  O,  sizə  müsəlman  olduqdan  sonra,  özünüzü 
Allaha  təslim  etdikdən  sonra  kafir  olmağı  heç  əmr  edərmi".  (Ali  İmran  80). 
Subhənəllah!  Heç  Allah  bizə  müsəlman  olduqdan  sonra  imamlara,  övliyara, 
                                                        
165
 Yəni  Allahın  isim  və  sifətlərinə  dair  Quran  və  sünnədə  varid  olan  dəlillərdən  bildikləri  vəsflərə  uyğun 
surətdə gələcək.
  
166
 əl-Buxari 4581. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      86 
pirlərə, qəbir sahiblərinə ibadət etməyi əmr edərmi? Həqəqətən də bu ayələrdə 
ağıl sahibləri, düşünən insanlar üçün ibrətlər vardır. 
"Ey  insanlar!  Çəkilən  məsələ  qulaq  asın.  Dua  edilən  Allahdan  başqa 
qeyriləri  hamılıqla  toplansalar  belə  bir  milçək  də  yarada  bilməzlər.  Əgər 
milçək  onlardan  bir  şeyi  aparsa  onlar  onu  geri  qaytara  bilməzlər.  İstəyən  də 
aciz,  istənilən  də".  (əl-Həcc  73).  "Sizin  Ondan  qeyri  dua  etdikləriniz  bir 
çəyirdək  qabığına  da  sahib  deyillər.  Əgər  siz  onlara  dua  etsəniz  onlar  sizin 
dualarınızı  eşitməzlər.  Eşitsələr  də  belə  cavab  verməzlər".  (Fatir 13-14). "Dua 
edilən  Allahdan  qeyriləri  heç  bir  şey  yarada  bilməzlər.  Onlar  özləri 
yaradılıblar.  Onlar  ölüdürlər,  diri  deyillər  və  nə  vaxt  diriləcəklərini  də 
bilmirlər".  (ən-Nəhl  21).  “Onlar  Allahı  qoyub,  yalnız  qadın  adlarını  daşıyan 
bütlərə  yalvarır  və  yalnız  üsyankar  şeytana  sitayiş  edirlər.  Allah  şeytana 
lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ 
alacağam”. (ən-Nisa 117-118). Bəli, bu da şeytanın vədidir və şeytan da Allahın 
qullarından bir qismini Allahdan qeyrisinə dua etməyə yönəldərək alır. Lakin 
biz Allahın  Kitabını oxusaq və Peyğəmbərin  sünnəsinə tabe olsaq  bu azğın 
şeytanın yoluna heç vaxt düşmərik. 
 
QƏBİR ZİYARƏTLƏRİ 
 
Böyük səadətin, dünya və axirətdə kəramətin ancaq Peyğəmbərin  yolu ilə 
getməklə mümkün olduğu məlumdur. Lakin şeytan insan üçün açıq-aydın bir 
düşməndir.  Min  cür  hiylələri  ilə  Adəm  övladlarını  doğru  yoldan  azdırmağa, 
onları  böyük  günahlara  düşməyə  çağırır  ki,  Cəhənnəm  əhlindən  olsunlar. 
Şeytanın  insanı  sürüklədiyi  fitnələrin  başında  qəbir  fitnəsi  gəlir.  Şeytanın  bu 
hiyləsi  nəticəsində  insanlar  Allahdan  başqa  rəblər  qəbul  etdilər.  Onların 
qəbirlərinə  tapınaraq  onları  bütləşdirdilər.  Qəbirlərin  üzərində  heykəllər 
düzəldərək  orada  yatanların  surətlərini  üzərlərinə  çəkdilər.  Ölmüş  vəlilərin 
ehtiyaclara  cavab  verdiyinə,  sıxıntıları  apardığına  inanmaq,  onlardan  yardım 
və  kömək  diləməyə  başladılar.  Bəziləri  hətta  ayağa  qalxanda,  oturanda, 
büdrəyəndə,  çətinlikdə,  sıxıntıda  və  s.  müqəddəs  saydığı  insanların  adlarını 
dilinə  gətirərək  onlardan  kömək  istəyir.  "Ya  Filankəsin  Cəddi",  "Ya  Filankəs" 
və  s.  "Allahdan  başqa  ibadət  etdiyiniz  bütlər  də  sizin  kimi  bəndələrdir".  (əl-
Əraf  194).  Bəziləri  qəbirlərin  ətrafında  Kəbəyə  təvaf  edildiyi  kimi  təvaf  edir, 
bəziləri də sürünərək təvaf edirlər. Əllərini qəbirlərə sürtür, onların ocaqlarını 
öpür, təmizləyir, oranın toz-torpağını üzünə, bədəninə sürtür. Qəbir gördükdə 
boynunu  bükür,  səcdə  edir,  özünü  qəbirin  yanında  aşağı  sayaraq  zəlil  olur, 
xəstəsinin şəfa tapması, uşağının olması ya da bir işinin asanlıqla baş verməsi 
üçün istək və arzularını bildirərək: "Ey ağam! Uzaqdan gəlmişəm, ümüdlərimi 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə