TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə49/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   45   46   47   48   49   50   51   52   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      103 
danacaqlar.  Heç  kəs  sizə  hər  şeydən  xəbərdar  olan  Allah  kimi  xəbər  verə 
bilməz". (Fatir 13-14). Bəra ibn Azib  rəvayət edir ki, bir gün Peyğəmbər  ilə 
birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə 
yaxınlaşdıq,  oranı  hələ  də  qazırdılar.  Peyğəmbər    üzünü  Məkkəyə  tərəf 
çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan 
çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya 
üç  dəfə:  "Qəbr  əzabından  qorunmaq  üçün  Allaha  sığının!"-  dedi  və  sözünə 
davam edərək: “...Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının 
dönüb  geri  getdikləri  zaman  ayaq  səslərini  eşidir...”.
238
 Peyğəmbər    Bədr 
döyüşündə  öldürülən  kafirlərin  cəsədləri  üzərində  duraraq  buyurdu:  “Biz 
həqiqətən  də  Rəbbimizin  bizə  vəd  etdiyinin  haqq  olduğunu  gördük.  Bəs  siz 
necə  Rəbbinizin  sizə  vəd  etdiyinin  haqq  olduğunu  gördünüzmü?” 
Peyğəmbərin    arxasında  dayanmış  Ömər  dedi:  “Ey  Allahın  Rəsulu!  Sən 
cansız  cəsədlərəmi xitab  edirsən?”  Peyğəmbər  :  “Muhəmmədin canı  Əlində 
Olana  and  olsun  ki,  siz  mənim  dediklərimi  onlardan  daha  yaxşı  eşidə 
bilməzsiniz!  Lakin  onlar  cavab  verməyə  qadir  deyillər”.  Onlar  sizdən  pis 
eşitmirlər  (indi,  bu  an).  Alimlər  deyir  ki:  “Eşitsələr  də  belə  sənə  cavab  verə 
bilməzlər. Həmçinin eşitsələr də Allah onlara müəyyən şeyləri eşitdirir. Sanki 
sən  iflic  olmuş  bir  kimsədən  su  istəyirsən.  Səni  eşitsədə  sənə  vermək 
iqtidarında deyildir. Həmçinin, adi insanlar bunu anlaya bilməzlər ki, o eşidir 
yoxsa  eşitmir.  Çünki,  səhabələrə  Peyğəmbər    xəbər  vermişdi.  Həmçinin 
eşitsələr  də  belə  müxaliflərin  dediyi  kimi:  “Evində  oturub  yüz-min  kilometr 
məsafədən çağırsan eşidəcəklər”. Bu artıq ölülərə Allahın sifətlərini verməkdir. 
Adi  insan  müəyyən  məsafədən  sonra  eşitmir,  qaldı  ki,  iki  metr  yerin 
dərinliyində  olan  çürümüş  cəsəd.  Həmçinin  –  müxtəlif  dillərdə  olan 
müraciətləri  anlamazlar,  bunları  təsdiq  etmək  ki,  onlar  anlayırlar,  bu  artıq 
onlara  ilahi  keyfiyyətləri  verməkdir”.  Peyğəmbərin    qəbri  başında  duraraq 
hər bir millət öz dilində ona müraciət edir, elə zənn edirlər ki, onları eşidir və 
başa  düşür;  "Qiyamət  gününə  qədər  ona  cavab  verə  bilməyən  Allahdan 
qeyrisinə  müraciət  edəndən  də  artıq  yolunu  azmış  kim  ola  bilər!  Bunlar  isə 
onların  müraciətini  eşidə  bilməzlər.  İnsanlar  bir  yerə  toplandıqda  bunlar 
onlara  düşmən  kəsiləcəklər,  onların  ibadətlərini  inkar  edəcəklər".  (əl-Əhqaf 5-
6). İnsan ölünü nə üçün çağırır? 1) Etiqad edir ki, eşidir. 2) Etiqad edir ki, onun 
istəyini (ruzi, övlad) verə bilər.  
Həmçinin  –  Qadınların  qəbristanlıqları  tez-tez  ziyarət  etmələri,  orada  şam 
yandırmaları  qadağan  edilmişdir.  Əbu  Səid    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Sizə  qəbir  ziyarətlərini  qadağan  etmişdim.  İndi  isə  kim  ziyarət 
                                                        
238
 əl-Albani "Əhkəmul Cənaiz" s. 202, Əhməd 4/ 287, 295-296, Əbu Davud 4753. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      104 
etmək  istəyirsə  ziyarət  etsin.  Lakin  çirkin  söz  söyləməsin".
239
 əl-Albani   
deyir:  “Bunun  içərisinə  qadınlar  da  daxil  olan  ümumi  icazədir.  Müstəhəblik 
baxımından kişi və qadınlar da eynidir. Çünki, Peyğəmbərin  qadağan etməsi 
həm kişilərə, həm də qadınlara aid idi”. Abdullah ibn Muleykə rəvayət edir ki: 
Aişə    bir  gün  qəbristanlıqdan  gəlirdi”.  Mən:  “Ey  möminlərin  anası, 
haradan  gəlirsən?”-  deyə  soruşdum.  O:  “Qardaşım  Abdur-Rahmən  ibn  Əbu 
Bəkrin qəbrini (ziyarətdən)”- dedi. Mən dedim: “Məgər Peyğəmbər  qəbirləri 
ziyarət  etməyi  qadağan  etməmişdirmi?”  O:  “Bəli,  sonra  onları  ziyarət  etməyi 
əmr  etdi”-  dedi”.
240
 Aişə    rəvayət  edir  ki:  “Sizə  Peyğəmbərdən    və 
özümdən  danışımmı?”  Biz:  “Bəli!”-  dedik.  Aişə:  "Peyğəmbər    mənim 
növbəm  olan  gecə  yanıma  gəldi.  Gələn  kimi  də  ridasını  yerə  qoydu, 
ayaqqabılarını  çıxarıb  ayaqlarının  yanında  qoydu.  İzarının  bir  tərəfini  açıb 
döşəyin  üstünə  sərərək  uzandı.  Sonra  mənim  yuxuya gedəcəyimi  zənn  etdiyi 
ana  qədər  gözləyərək  sakitcə  libasını  götürdü.  Qapını  yavaşca  açaraq  evdən 
çıxdı  və  onu  sakitcə  örtdü.  Paltarımı  başımdan  keçirərək  büründüm,  izarımı 
da  geyinib  onun  ardınca  getdim.  Nəhayət  Peyğəmbər    Bəqi  qəbristanlığına 
çataraq,  ayaq  üstə  bir  xeyli  duraraq  əllərini  üç  dəfə  yuxarı  qaldırdı.  Sonra 
geriyə döndü və mən də döndüm. O, sürətlə gedirdi, mən də surəti artırdım. 
O, qaçmağa başladı, mən də qaçdım. Axırda mən ondan irəli keçib evə girdim. 
Mən yatana  yaxın o  da  evə  daxil oldu və:  "Ey  Aişə,  nə olub  tənginəfəssən?”- 
deyə  soruşdu.  Mən:  "Bir  şey  olmayıb"-  dedim.  O:  "Ya  nə  olduğunu  mənə 
deyəcəksən,  ya  da  Lütfkar,  Xəbər  verən  Allah  mənə  onsuz  da  xəbər 
verəcəkdir"-  deyə  buyurdu.  Mən:  "Ey  Allahın  Rəsulu!  Atam-anam  sənə  fəda 
olsun”-  dedim  və  əhvalatı  ona  danışdım.  O:  "Önümdə  gördüyüm  insan 
qaraltısı  sənmi  idin?"-  deyə  soruşdu.  “Bəli”-  dedim.  Buna  görə  də  məni 
köksümdən  bir  dəfə itələdi  və  bu  hərəkəti ilə  məni  sarsıtdı.  Sonra:  “Allah  və 
Onun  Peyğəmbərinin  sənə  zülm  edəcəyinimi  zənn  etdin?”-  deyə  soruşdu. 
“Bəli”-  dedim.  Aişə  :  "İnsanların  gizlətdiyi  hər  şeyi  Allah  bilirmi?"-  deyə 
soruşdum.  O:  "Bəli"-  dedi”.
241
 Ənəs  ibn  Malik    rəvayət  edir  ki,  (bir  dəfə) 
Peyğəmbər    bir  qəbrin  başında  durub  ağlayan  qadının  yanından  keçərkən 
(ona)  buyurdu  ki:  “Allahdan  qorx  və  səbir  et!”  Qadın  onun  kim  olduğunu 
bilməyib  dedi:  “Əl  çək  məndən!  Mənim  başıma  gələn  müsibət  sənin  başına 
gəlməyib.”  Qadına:  “Bu,  Peyğəmbər    idi”–  dedilər.  Bundan  sonra  o, 
Peyğəmbərin    qapısının  yanına  gəldi,  lakin  orada  gözətçilərə  rast  gəlmədi. 
Qadın  (üzrxahlıq  edib):  “Mən  səni  tanımamışam”–  dedi.  Peyğəmbər   
buyurdu: “İlk sarsıntı anında səbir etmək lazım idi!”
242
  
                                                        
239
 Əhməd 3/ 38, əl-Heysəmi 3/ 57, ən-Nəsai 4/89.  
240
 əl-Həkim 1/ 376, əl-Beyhəqi 4/ 78, əl-Albani “Cənazə”.  
241
 Muslim 974/ 103, ən-Nəsai 3973, Əhməd 6/ 221, əl-Albani "Cənaiz" 231.  
242
 əl-Buxari 1283, Muslim 926.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə