TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə56/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   52   53   54   55   56   57   58   59   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      117 
Əgər  bizə  sual  verilsə  ki:  Peyğəmbərə    şəfaət  etmək  verilmişdir.  Mən  də 
ondan  Allahın  verdiyindən  istəyirəm?  -  ona  belə  cavab  verərik;  Allah 
Peyğəmbərə  şəfaəti vermişdir, lakin sənə də Allaha dua edərkən Ona şərik 
qoşmağı  qadağan  etmişdir;  "Şübhəsiz  ki,  bütün  məscidlər  Allaha  məxsusdur. 
Allahla yanaşı heç kəsə ibadət (dua) etməyin". (əl-Cinn 18). Allah Peyğəmbərə 
  şəfaət  etmək  əmrini  verməklə  yanaşı  o    Allah  izn  vermədikcə  şəfaət  də 
etməz,  Allahın  razı  olacağı  kimsələrdən  başqasına  da  şəfaət  etməz.  Müşrik 
olan bir kimsədən də əlbəttə ki, Allah razı olmaz və ona şəfaət də edilməz və 
sən də hardan biləsən ki, Allah səndən razıdır? "Onun razı olduğu kimsələrdən 
başqasına şəfaət etməzlər". (əl-Ənbiya 28).  
Əgər o: "Mən Allaha şərik qoşmuram deyərsə, ona - yaxşı onda Allaha şərik 
qoşmaq  nə  deməkdir,  bir  məni  başa  sal?  Allaha  şərik  qoşmaq  bütlərə  ibadət 
etməkdir deyərsə - onda ona de: Onda bütlərə ibadət etmək nə deməkdir (nə 
cür  olur?),  bunu  da  bir  izah  et?  Əgər  o  kimsə  Allahdan  başqasına  ibadət 
etmədiyini  irəli  sürərsə  sən  ona  tək  Allaha  ibadət  etmək  nə  mənasına  gəlir  - 
deyə soruş.  
Çətin  və  müsibət  anlarında  insan  Allahdan  qeyri  ibadət  etdiklərini 
unudaraq  Allaha  dua  edir  və  onu  çağırır.  “De:  "Doğru  danışanlarsınızsa, 
deyin görüm,  əgər  sizə  Allahın  əzabı  gəlsə  və  ya həmin  Saat  sizi  haqlayarsa, 
Allahdan  başqasınımı  çağıracaqsınız?"  Xeyr!  Siz  yalnız  Onu  çağıracaqsınız. 
Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan 
qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız”. (əl-Ənam 40-41). "İnsana bir 
zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra Allah öz dərgahından 
ona  bir  nemət  əta  etsə,  əvvəlcə  kimə  dua  etmiş  olduğunu  unudar  və  (xalqı) 
Allahın yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. De ki: “Hələ küfrünlə bir 
müddət dövran sür. Şübhəsiz ki, sən Cəhənnəm əhlindənsən!" (əz-Zumər 8).  
Səkkizinci Şübhə Və Cavabı - Görürsən ki, biri on il Allahdan övlad itəyir. 
Ya Rəbbim, mənə övlad ver, Ya Rəbbim, mənə övlad ver. Lakin övladı olmur. 
Bundan  sonra  gedir  hansısa  pirdən  istəyir  və  övladı  olur.  Övladın  adını  da 
qoyur pirverdi, pirqulu. Belə bir sual ortaya çıxır. Doğurdanmı ona övladı pir 
verdi? Cavab: on il verməyən və on birincı il verən də Allahın  Özüdür. Allah 
hər  bir  bəndəsini  imtahan  edir;  "İnsanlar  yalnız  iman  gətirdik  deməkləri  ilə 
onlardan  əl  çəkib  imtahan  olunmayacaqlarınımı  sanırlar?  Biz  onlardan 
əvvəlkiləri  də  imtahana  çəkmişdik.  Şübhəsiz  ki,  Allah  düz  danışanları  da 
yalançıları da gözəl tanıyır". (əl-Ənkəbut 2-3). Kimə iman etdin? İlahın kimdir? 
Dində sabitsən? Yoxsa çətinliyə düşən kimi namazı tərk edirsən? O kimsə dua 
edirdi. Onun duası eşidilirdi, yoxsa yox? Cavab olaraq deyirik ki: Allah zülmət 
bir  gecədə,  zülmət  bir  meşədə,  qara  daşın  üzərində  gəzən  qara  qarışqanın 
addımlarını görür və ayaq səslərini eşidir. Yaxşı o, dua edənin on il etdiyi dua 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      118 
əbəs  yerəmi  idi?  Xeyr,  Eşidən  və  Görən  yazırdı.  Qulum  Mənə  dua  etdi. 
Məndən  övlad  istəyirdi.  Çünki,  dua  üç  yerdən  birinə  gedər.  Ya  Allah  onu 
qəbul edib cavab verər, ya dünyada ikən sənin başına gələcək bir bəlanı o dua 
vasitəsilə  götürər,  ya  da  duanı  sənin  lehinə  axirətə  saxlayar,  bu  dünyada  isə 
itaətinə görə verər. Deməli dua əbəs yerə getmir. On il dua edən səbr etdikdən 
sonra  ilahını  dəyişir.  Mənə  belə  Allah  lazım  deyil.  O,  mənə  heç  nə  vermədi. 
Özünə başqa Rəbb seçərək: Ey filankəs! Mənə övlad ver və Allah da ona övlad 
verir. O da elə zənn edir ki, övladı Allah yox, məzh o qəbir sahibi vermişdir. 
Beləliklə  də  o,  kimsə  imtahandan  çıxmış  olmur  və  dünyasını  da,  axirətini  də 
ziyana  uğradanlardan  olur;  "İnsanlardan  eləsi  də  vardır  ki,  Allaha  şəkklə 
(məqsədlə) ibadət edərlər. Əgər ona bir xeyr toxunsa (dini barəsində) arxayın olar 
(İslamdan möhkəm yapışar). Yox əgər ona bir bəla, müsibət üz versə (İslamdan üz 
döndərib)  yenə  küfrə  qayıdar.  Beləsi  dünyanı  da  əldən  verər,  axirəti  də.  Açıq-
aşkar  ziyan  budur,  bu!  O,  Allahı  buraxıb  özünə  nə  xeyir,  nə  də  zərər  verən 
bütlərə  tapınır.  Haqq  yoldan  azıb  uzaq  düşmək  də  budur!  Özü  də  zərəri 
xeyrindən daha  çox  olana  ibadət  edər.  O  (büt) nə  pis  bir köməkçi, necə  də  pis 
bir  yoldaşdır".  (əl-Həcc  11-13).  Qurani-Kərimdə  qaydadır  ki,  Yəsəlunəkə   
“soruşanda” sözü gəldikdə Qul – “de ki”, sözü işlədilir. Məs: "(Ey Muhəmməd!) 
Səndən  qənimətlər  barəsində  soruşurlar.  De  ki:  “Qənimətlər  Allaha  və  Onun 
Peyğəmbərinə  aiddir".  (ən-Ənfal  1).  "Səndən  şərab  və  qumar  haqqında 
soruşurlar.  De  ki:…".  (əl-Bəqərə 219). "(Ey Muhəmməd!) Səndən  heyz  barəsində 
soruşurlar. De ki:…". (əl-Bəqərə 222). "Səndən yetimlər haqqında soruşurlar. De 
ki:…". (əl-Bəqərə 220). "Səndən nələrin halal olduğunu soruşurlar. De ki:…". (əl-
Maidə 4). Lakin bu ayədə Allah istisna edərək Peyğəmbərə  gələn vəhydə "De 
ki"  kəlməsini  zikr  etməmişdir.  Ey  Muhəmməd!  Qullarım  səndən  mənim 
barəmdə  soruşsalar  mən  onlara  yaxınam.  Ondan  istəyənin  duasını  qəbul 
edərəm.  Dua  etmək  üçün  kiminsə  qəbrinə,  pirinə  getmək  lazım  deyil;  "Əgər 
bəndələrim səndən Mənim barəmdə soruşsalar Mən onlara yaxınam. Dua edən 
Məni çağırsa onun duasına cavab verərəm". (əl-Bəqərə 185). "Rəbbiniz buyurdu: 
“Mənə  dua  edin,  mən  də  sizə  cavab  verim!"  (əl-Mumin  60).  Allah  demir  ki, 
övliyaları  çağırın, onlara  dua  edin  və ya Mənim saleh  bəndələrimdən  kömək 
diləyin;  "Müşriklər  (Allaha  qoşduqları)  şəriklərini  gördükdə:  Ey  Rəbbimiz! 
Bunlar  bizim  Səninlə  yanaşı  (bizi  Sənə  yaxınlaşdırmaq  məqsədilə)  ibadət 
etdiyimiz şəriklərimizdir  – deyəcəklər. Bütlər də onlara: Siz yalançısınız!  (Biz 
sizi Allahı tərk edib bizə tapınmağa dəvət etməmişdik) – deyə cavab verəcəklər". (ən-
Nəhl  86).  "(Qiyamət  günü)  hamı  Allahın  hüzurunda  peyda  olacaqdır.  Zəiflər, 
acizlər  (iman  gətirməyi)  özlərinə  sığışdırmayan  (başçılarına)  deyəcəklər:  “Biz 
sizə  tabe  idik.  İndi  Allahın  əzabını,  azacıq  da  olsa  bizdən  dəf  edə 
bilərsinizmi?”  Onlar  belə  cavab  verəcəklər:  “Əgər  Allah  bizə  doğru  yolu 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə