TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə59/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   55   56   57   58   59   60   61   62   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      123 
Sonralar  isə  onun  yerində  Məscid  tikirlər".
284
 əl-Əziz  -  adını,  əl-Uzza  ilə 
dəyişdirmişdilər.  İbn  Cərir    deyir:  "Məkkə  ilə  Taif  arasında,  Nəxl  adlanan 
yerdə ağac adı idi". İbn Hişam  deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid 
 oranı dağıdır. Xalid  oranı dağıtdıqdan sonra Peyğəmbərin  yanına gəlir. 
Peyğəmbər  :  "Qayıt  ora,  çünki  sən  heç  bir  şey  etməmisən"-  deyə  buyurur. 
Xalid    ora  qayıtdıqda  keşikçilər  dağa  tərəf  qaçaraq:  "Ey  Uzza!  Ey  Uzza!"- 
deyə  qışqırmağa  başladılar.  Xalid    bütün  yanına  yaxınlaşdıqda  saçları 
üzərinə  tökülmüş  lüt  bir  qadın  gördü.  Qılıncı  ilə  vurub  onu  öldürdü  və 
Peyğəmbərin    yanına  qayıdaraq  başına  gələnləri  danışdı.  Peyğəmbər  :  "O, 
Uzza  idi!"-  deyə  buyurdu”.
285
 əl-Mənnan  -  adını,  əl-Manat  adı  ilı 
dəyişdirmişdilər. Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. 
Aişə  deyir: "Əli  Məkkənin fəthi günü oranı dağıdır".
286
 "Bir deyin görək 
Lat  və  Uzza  nəyə  qadirdir.  Digəri  üçüncüsü  olan  Manat  da  həmçinin…  O, 
bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah 
onlara dair bir dəlil endirməmişdir". (ən-Nəcm 19-23). "Allahdan başqa ibadət 
etdikləriniz  sizin  və  atalarnızın  qoyduğu  adlardan  başqa  bir  şey  deyildir. 
Allah  isə  heç  bir  dəlil  endirməmişdir.  Hökm  ancaq  Allahındır.  O,  sizi  yalnız 
Onun özünə ibadət etməyə çağırır". (Yusuf 40).  
Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Mən  gördüm  ki, 
Amr  ibn  Luhey  bağırsaqlarını  sürükləyərək  Cəhənnəmdədir.  O,  İsmailin   
dinini  dəyişdirən  ilk  kimsə  idi.  Bəzi  ev  heyvanlarını  müqəddəsləşdirmək 
adətini o  gətirdi. "Bahirə,  Saibə,  Vəsilə  və  Haminin heç  birisini  Allah qanuni 
buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar". (əl-maidə 103). 
İbn İshaq   deyir:  "Saibə  –  doqquz  dənə  erkək dəvə  doğan  dişi  dəvənin  adı 
idi.  Ərəblər  belə  bir  dəvənin üzərində oturmaz, onunla yük  daşımaz,  tükünü 
qırxmazdılar  və  onun  südündən  yalnız  qonaq  içə  bilərdi.  Əgər  dəvə  bu 
doqquz erkək dəvədən sonra bir dənə dişi doğardısa onu da anası ilə bərabər 
müqəddəsləşdirərdilər  və  ona  Bahirə  –  Saibənin  qızı  deyərdilər.  Vəsilə  – 
qoyun  idi.  Beş  hamiləlik  müddətində  doqquz  dişi  qoyun  doğdu-ğuna  görə 
belə adlanırdı. Hami – erkək dəvə idi; “Onlar: "Bu mal-qaranın qarınlarındakı 
balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır"– deyirlər. Əgər o bala 
ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə 
cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir”. (əl-Ənam 139)".
287
  
Əbu Vaqid əl-Leysi  rəvayət edir ki, Peyğəmbər  ilə birlikdə Məkkədən 
Huneynə  tərəf  yola  çıxmışdıq.  Biz,  o  vaxtlar  təzə  müsəlmanlardan  idik  və 
                                                        
284
 İbn Hişam 1/ 85-86, İbn Kəsir "əl-Bidayə  vən-Nihəyə" 5/ 32, İbn Məcə 743, Əbu Davud 450, İbn  Qeyyim 
"Zədul-Məad" 3/ 499.  
285
 İbn Kəsir 7/ 429-430, ən-Nəsai "Sunənul-Kubra", "Tuxfa əl-Əşraf" 4/ 235.  
286
 əl-Buxari.  
287
 əl-Buxari 4623, Muslim, Əhməd 2/257, İbn Hişam 1/76.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      124 
küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir 
Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və 
o,  ağacı  "Zətu  Ənvat"  deyə  çağırırdılar.  Biz  də  bu  böyük  bir  Sidr  ağacının 
yanından  keçdikdə:  "Ey  Allahı  Rəsulu!  Onların  "Zətu  Ənvatı"  olduğu  kimi 
bizim  üçün  də  "Zətu  Əənvat"  düzəlt"-  dedik.  Peyğəmbər    dedi:  "Allahu 
Əkbər!  Şübhəsiz  ki,  bunlar  hamısı  keçmiş  adət  ən-ənələrdir.  Nəfsim  Əlində 
Olana  and  olsun  ki,  siz  İsrail  oğullarının  Musadan  istədikləri  şeyin  eynisini 
məndən istədiniz: "…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" 
(əl-Əraf  138).  Həqiqətən  siz  əvvəlkilərin  adət  ən-ənəsi  ilə  gedəcəksiniz”.
288
 
Gördüyünüz  kimi  günümüzdə  də  belə  şeylərin  şahidi  ola  bilərik.  İnsanlar 
ölmüş  kimsələrin  adlarını  pirlərə,  ocaqlara  qoyaraq  "filankəsin  piri", 
"filankəsin  ocağı"  və  s.  həmçinin  dağlara,  ağaclara  da  ad  verərək  oraları  da 
Allahdan  qeyrisinə  ibadət  olunan  yerlərə  çevirirlər;  "O,  bütlər  sizin  və 
atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir 
dəlil endirməmişdir". Onlara - Allahdan qorxun! Belə yerlərə getməyin, Allaha 
ibadət  edin,  bir şey  istədikdə  Allahdan istəyin!  deyildikdə  hələ  bir  sənə:  "Biz 
ata-babalarımızı  bu  yol  üzrə  görmüşük,  sən  dünənki  uşaq,  gəlmisən  bizə 
İslamı öyrədirsən?!" Subhənəllah! Biz sizə İslamı öyrətmirik. İslam on dörd əsr 
bundan  qabaq  Allah  və  Onun  Rəsulu    tərəfindən  necə  qoyulubsa,  o  cür  də 
davam edir. İslamı dəyişən biz deyilik, sizsiniz. Öz ağıllarınıza uyğun şəkildə 
istədiyiniz kimi Allaha ibadət edirsiniz. Sizi doğru yola çağıranlara, Rəbbimiz 
tək olan Allahdır, Ona heç bir şeyi şərik qoşmayın - deyənlərə də dil uzadaraq: 
"Bunlar  ağıllarını  itirərək  dəli  olmuşlar.  Onlara  qulaq  asmayın"  deyərək  hələ 
bir  tənə  də  edirsiniz;  “Cənnət  əhli  Od  sakinlərini  səsləyib  deyəcəklər:  "Biz 
Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə 
vəd  etdiyinin  doğru  olduğunu  gördünüzmü?"  Onlar:  "Bəli!"–  deyəcəklər.  Bu 
zaman  onların  arasında  bir  carçı  səsləyib  deyəcəkdir:  "Allahın  lənəti  olsun 
zalımlara!”  (əl-Əraf  44).  "Həqiqətən  günahkarlar  iman  gətirmiş  kimsələrə 
(dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədi ilə) 
bir-birinə göz-qaş edirdilər. Ailələrinin yanına qayıtdıqda isə (onları doladıqları 
üçün)  kefləri  kök  qayıdardılar.  Möminləri  gördükdə:  "Doğrusu  bunlar  (haqq 
yoldan)  azanlardır!"-  deyərdilər.  Halbuki  onlar  möminlərə  nəzarətçi 
göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcəklər". (əl-Mutəffifin 29-
34).  Lakin  biz  Allahın  qoyduğu  qaydada,  Peyğəmbərimizin    buyurduğu 
şəkildə Allaha ibadət edirik. Ata-babalarımızın qoyduğu şəkildə yox; “Onlara: 
"Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın 
tutduğu yolu  tutacağıq!"– deyirlər.  Bəs ataları  bir  şey  anlamayıb  doğru yola 
yönəlməyiblərsə  necə?”  (əl-Bəqərə  170,  əl-Maidə  104).  "(Ya  Muhəmməd!)  Biz 
                                                        
288
 ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani səhih. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə