TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 121
və ya səhər vaxtlarında dua etməkdən daha sevimli göstərərək insana hiylə
qurur. Allah Qorusun!
BU BÜTLƏR SİZİN VƏ ATALARINIZIN QOYDUĞU
ADLARDAN BAŞQA BİR ŞEY DEYİLDİR
“Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir.
Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir”.
(ən-Nəcm 19-23). Onlar
Rəblərinin Kitabı və Nəbilərinin sünnəsindən uzaqlaşdıqları üçün öz ağıllarına
və nəfsi istəklərinə uydular. Sıratal-Mustəqimdən ayrıldıqca azmağa
başladılar. Allah və Onun Rəsulunun hökmünün önünə keçdilər. Beləcə də
nəsildən-nəsilə zəlalətə düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn
Teymiyyə deyir ki: "Kim nübuvət cizgisindən ayrılarsa şirkə və digər
günahlar içərisinə düşər. İnsanların inanclarında şirk yox idi. Adəm və
uşaqları Allahı tövhid etmək inancında idilər. İnsanlar tək bir ümmət idilər
sonra ixtilafa düşdülər; "İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir
dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar". (Yunus 19).
"İnsanlar tək bir ümmət idilər". (əl-Bəqərə 213). İbn Abbas deyir: "Adəm ilə
Nuh arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövrdə yaşayan
insanların hamısı da Allahın şəriətində idilər. Onların hamısı İslam dinində
idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə tabe olmağı tərk
etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan Rəsullar
göndərdi. Göndərilən ilk Rəsul isə Nuh idi".
278
Peyğəmbər Uca
Rəbbindən buyurur: "Mən qullarımı həniflər (doğru inanc sahibləri) olaraq
yaratdım. Lakin şeytanlar gələrək onları dinlərindən uzaqlaşdırdılar. Halal
qıldığım şeyləri onlara haram qıldılar. Haqqında bir dəlil endirmədiyim şeyləri
Mənə şirk qoşmalarını əmr etdilər".
279
Peyğəmbər buyurdu: "Hər bir doğulan
uşaq fitrət üzrə doğulur. Bundan sonra ana və atası (yəhudi isə) onu yəhudi,
(xristian isə) onu Xristian, (məcusi isə) onu məcusi edirlər…”. Bundan sonra
Əbu Hureyra dedi: İstəsəniz: “Sən bir hənif kimi üzünü dinə tərəf çevir!
Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur.
Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin
insanların çoxu bunu bilmir”. (ər-Rum 30).
280
"Və (öz tabeçiliyində olanlara)
dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu
və Nəsri atmayın". (Nuh 23). İbn Abbas rəvayət edir ki, bunlar Nuhun
qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların
278
İbn Kəsir 1/ 250, Məcmuul-Fətava 20/ 106.
279
Muslim 8/ 159, Əhməd 4/ 162, İbn Əsakir 15/ 328/ 1.
280
əl-Buxari 11/ 418, Muslim 18/ 52, əl-Albani "İrva" 1220.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 122
yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə
heykəllərini ucaltsınlar və onların adlarını həmin heykəllərə versinlər. Onlar
da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara
ibadət olunmadı. (Uzun müddət keçdikdən sonara) elm unudulduqda o,
heykəllərə ibadət etməyə başladılar.
281
Abd ibn Humeyd, Əbu Mutahhardan
rəvayət edir ki, Əbu Cəfər (Bəkirin) yanında Yezid ibn Muhəlləbdən bəhs
edildi. Əbu Cəfər: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü”-
dedi. Sonra Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü
tərəfindən sevilirdi. O, ölüncə Babil torpaqlarında qəbrinin ətrafında
toplandılar və onun ölümünə üzüldülər. İblis onların Vəddə üzüldüklərini
gördükdə dedi: "Sizin buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir
surətini çəkməmi istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və
onun sayəsində Vəddi xatırlayacaqsınız". Onlar da: “Bəli, çək”- dedilər. İblis
onlara Vəddin bir surətini çəkdi. Onlar da onun surətini toplandıqları yerə
qoydular və onu xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını
gördükdə bu dəfə dedi: "Sizin hər birinizin evində belə bir heykəl
düzəltməyimə nə deyirsiniz? Beləcə bundan sizin hər birinizin evində olacaq
və onu xatırlayacaqsınız". Onlar: "Bəli, olar"- dedilər. Hər ev əhlinə onun kimi
bir heykəl düzəltdi. Onlar da bu heykələ yönəldilər. Heykəl vasitəsilə Vəddi
xatırlamağa başladılar. Onların uşaqları böyüdü. Atalarının bu heykəllə nə cür
davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub
getdi. Sonda isə onu Allahdan başqa ilah halına gətirdilər. Allahdan başqa yer
üzündə ilk ibadət edilən şey Vəddin adı verilən Vədd bütüdür".
282
Bu cür
kimsələr ölmüş insanlara göstərdikləri qayğını sağ olanlara göstərdiklərindən
də çox edirlər. Buna görə də şair deyir ki: "Ölülərə qibtə edirəm, kaş ki, onlara
çəkilən xərc mənə çəkilərdi".
Allahın isimlərini bütlərə qoymaq. əl-Lat,
283
əl-Uzza və Manat ərəb
bütpərəstlərinin əsas bütləri idi. əl-Lata Səqif qəbiləsi, əl-Uzzaya Qureyş və
Bəni Kinanə qəbilələri, Manata Bəni Hilal, Əus və Xəzrəc qəbilələri ibadət
edirdilər. Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə
qoymuşdular. əl-Lat – Taif şəhərində ağ dağın adı idi. Səqif qəbiləsindən
olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam deyir: "Peyğəmbərin əmri
ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb onu yandırıb dağıdırlar.
281
əl-Buxari 4920.
282
Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibu Dərari" 6/ 112/ 2.
283
İbn Cərir ət-Təbəri Sufyan əs-Sourinin Mənsura istinadla Mucahiddən etdiyi rəvayətdə Mucahidin: "Bir
deyin görək Lat və Uzza nəyə qadirdir"- ayəsinin şərhində deyir ki: "O (Lat, Uzza), həmişə onlar üçün sıyıq
bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". İbn Abbas deyir ki: "O, ziyarətçilər
üçün sıyıq hazırlayardı".
Dostları ilə paylaş: |