Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə36/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   32   33   34   35   36   37   38   39   ...   209

94        

DƏSTƏMAZ 

 

bu  da  mümkün  olmasa,  ehtiyat-vacib  budur  ki,  dəstəmaz  alıb 



təyəmmüm də etsin. 

Məsələ  336:  Əgər  cəbirə  üzün,  yaxud  əllərdən  birinin  və  ya 

hər ikisinin hər  yerini tutmüş olsa, gərək cəbirə dəstəmazı alsın. 

Ehtiyat-vacibə görə, təyəmmüm də etsin. 

Məsələ  337:  Əgər  cəbirə,  dəstəmaz  üzvlərinin  hamısını 

tutmuş olsa, təyəmmüm etmək kifayətdir.  



Məsələ  338:  Əgər  bir  şəxsin  əlinin  içində  və  barmaqlarında 

cəbirə olsa, dəstəmaz alan zaman yaş əl ilə onun üstünə çəkibsə, 

gərək başına  və ayaqlarına da həmin rütubətlə  məsh etsin. Əgər 

əlinin  içində  nəmlik  olmasa  əlinin  üstündən  və  ya  qolundan 

nəmlik götürsün. 

Məsələ  339:  Cəbirə  ayağın  üzərinin  hamısını  eninə  əhatə 

etmiş  olduğu  halda  barmaq  tərəfindən  və  ayağın  üst  tərəfindən 

bir  qədər  açıq  qalmışsa,  açıq  olan  yerlərdə  ayağın  üstünə  və 

cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir. 



Məsələ  340:  Əgər  üzdə  və  ya  əllərdə  bir  neçə  cəbirə  olsa, 

gərək  onların  arasını  yusun  və  əgər  cəbirələr  başda  və  ya 

ayaqların  üstündədirsə,  gərək  onların  arasına  məsh  çəksin  və 

cəbirə olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin. 



Məsələ  341:  Əgər  cəbirə,  yaranın  ətrafını  adi  qaydadan  artıq 

tutsa  və  onu  götürmək  mümkün  olmasa,  gərək  cəbirənin 

göstərişlərinə  əməl  etsin.  Ehtiyat-vacibə  əsasən  təyəmmüm  də 

almalıdır. Əgər cəbirəni götürmək mümkün olsa, gərək cəbirəni 

götürsün.  Deməli,  yara  üzdə  və  əllərdə  olarsa,  onun  ətrafını 

yumalıdır; başda və yaxud ayaqların üstündə olsa, onun ətrafına 

məsh  çəkməli,  yara  olan  yer  üçün  cəbirə  göstərişlərinə  əməl 

etməlidir. 



Məsələ  342:  Əgər  dəstəmazın  yerində  yara  yaxud  sınıqlıq 

yoxdursa,  amma  başqa  səbəblərə  görə  suyun  ona  zərəri  olsa, 

gərək  təyəmmüm  etsin.  Ehtiyat-müstəhəb  budur  ki,  cəbirə 

dəstamazı da alsın. 




İzahlı şəriət hökmləri

       95 

 

Məsələ  343:  Əgər  dəstəmaz  üzvlərinin  bir  yerinin  damarı 

kəsilibsə və onu suya çəkmək mümkün deyilsə, yaxud suyun ona 

zərəri varsa, gərək cəbirə qaydalarına əməl etsin.  

Məsələ  344:  Əgər  dəstəmaz  və  qüsl  yerlərinə  qoparılması 

mümkün  olmayan,  yaxud  qoparılması  dözülməz  dərəcədə 

məşəqqətli  olsa,  gərək  cəbirə  göstərişinə  əməl  etsin.  Ehtiyat-

vacibə əsasən təyəmmüm də etməlidir. 



Məsələ  345:  Cəbirə  qüslü,  cəbirə  dəstəmazı  kimidir,  gərək 

onu tərtiblə yerinə yetirsinlər. 



Məsələ  346:  Vəzifəsi  təyəmmüm  etmək  olan  bir  şəxsin 

təyəmmüm üzvlərinin bəzisində yara, çiban, yaxud sınıqlıq olsa, 

gərək  cəbirə  dəstəmazının  qaydalarına  uyğun  olaraq  cəbirə 

təyəmmümü etsin. 



Məsələ  347:  Cəbirə  qüslü  və  ya  dəstəmazı  ilə  namaz  qılmalı 

olan  şəxs,  əgər  vaxtın  sonuna  qədər  üzrünün  aradan 

qalxmayacağını  bilirsə,  vaxtın  əvvəlində  namazını  qıla  bilər. 

Amma  vaxtın  axırına  qədər  üzrünün  aradan  qalxacağına 

ümidvardırsa,  ehtiyat-vacib  budur  ki,  səbr  etsin.  Əgər  üzrü 

aradan  qalxmazsa,  vaxtın  sonunda  namazını  cəbirə  qüslü  və  ya 

dəstəmazı ilə qılsın.  

Məsələ  348:  Əgər  insan,  gözündə  olan  xəstəliyə  görə 

kipriklərini  yapışdırmalı  olsa,  gərək  təyəmmüm  etsin.  Ehtiyata 

əsasən dəstəmaz da alsın. 

Məsələ  349:  Vəzifəsi  təyəmmüm  və  ya  cəbirə  dəstəmazı 

olmasını bilməyən şəxs əgər məsələnin əslini bilməzsə gərək öz 

mərcəi-təqlidinə  müraciət  etsin  və  ya  hər  ikisini  yerinə  yetirsin. 

Əgər onun bilməməsi mövzunun xüsusiyyətini bilmədiyinə görə 

olsa gərək hər ikisini yerinə yetirsin. 

Məsələ  350:  İnsanın  cəbirə  dəstəmazı  ilə  qıldığı  namazlar 

əgər üzrü vaxtın sonuna qədər qalıbsa, Əgər üzrü aradan qalxıbsa 

ehtiyat  budur  ki,  adi  qaydada  dəstəmaz  alıb  namazı  yenidən 

qılsın. Sonrakı namazlar üçün də dəstəmaz lazımdır. 




96        

DƏSTƏMAZ 

 

 

 




İzahlı şəriət hökmləri

       97 

 

VACİB QÜSLLƏR 

Vacib qüsllər səkkizdir: 

1. Cənabət qüslü. 

2. Heyz qüslü. 

3. Nifas qüslü. 

4. İstihazə qüslü. 

5. Məssi-meyyit qüslü. 

6. Meyyit qüslü. 



7. Nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər. 

8.  Günəş  və  ya  Ay  kamil  şəkildə  tutularsa  və  mükəlləf 

bilərəkdən ayət namazını qılmayıb qəzaya verərsə ehtiyat-vacibə 

əsasən  onun  qəzasını  qılmaq  üçün  gərək  qüsl  etsin.  Qüsülsiz 

qılınan qəza namazı batildir. 

CƏNABƏTİN HÖKMLƏRİ 

Məsələ 351: İnsan iki yolla cünub olur: 

1. Cima (cinsi əlaqə) ilə; 

2.  Məninin  xaric  olması  ilə;  istər  yuxuda  olsun,  istərsə 

ayıqlıqda,  istər  az  olsun,  istərsə  çox,  istər  şəhvətli  olsun,  istər 

şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız. 

Məsələ  352:  Əgər  insandan  bir  rütubət  xaric  olsa  və  onun 

bövl,  məni  və  ya  başqa  şey  olmasını  bilməsə,  bu  halda  əgər 

şəhvətlə, sıçrayışla çölə gəlsə və gələndən sonra bədən süstləşsə, 

o  rütubət  məni  hökmündədir.  Əgər  onda  bu  üç  əlamətdən  heç 

biri,  yaxud  bəzisi  olmasa,  məni  hökmündə  deyil.  Qadınlardan 

şəhvətlə gələn su məni hökmündədir. Digər iki əlamətin olması 

lazım  deyil.  Amma  xəstəyə  şəhvət  gəlib  və  su  gələrsə  o  suyun 

məni  olduğuna  ehtimal  verdiyi  təqdirdə  məni  hökmündədir. 

Sıçrayışla gəlməsi lazım deyil.  

Məsələ 353: Əgər bir şəxsdən, su xaric olsa, onun məni yaxud 

sidik olduğunu bilməsə əvvəlki məsələdə deyildiyi yollarla təyin 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə