Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə39/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   35   36   37   38   39   40   41   42   ...   209

İzahlı şəriət hökmləri

       105 

 

Məsələ 398: Heyz və nifas hallarından başqa vaxtlar qadından 

gələn qan istihazə qanıdır, bakirəlik və cinsi orqanın yara olması 

ilə də heç bir əlaqəsi  yoxdur. Adətən istihazə qanı rəngi açıq və 

soyuq  olur,  təzyiqsiz,  yandırıcı  olmadan  xaricə  gəlir  və  qatı 

olmur.  Deməli  hər  qanın  heyz  və  ya  nifas  olmasına  hökm 

olnmasa,  bakirəlik  və  cinsi  orqanın  yara  olması  ilə  də  heç  bir 

əlaqəsi yoxdursa istihazə qanıdır. 

Məsələ 399: İstihazə üç qismdir:  

1- Qəlilə (az). 

2- Mütəvəssitə (orta). 

3- Kəsirə (çox). 

Qəlilə  istihazə  budur  ki,  qan,  qadının  övrətinin  daxilinə 

qoyduğu  pambığın  bir  tərəfindən  keçib  o  biri  tərəfində  zahir 

olmasın. 

Mütəvəssitə  istihazə  odur  ki,  qan  qadının  övrətinə  qoyduğu 

pambığa hopub o biri tərəfindən zahir  olsun. Amma qadınların, 

adətən,  qanaxmanın  qarşısını  almaq  üçün  qoyduqları  dəsmala 

çatmasın. 

Kəsirə  istihazə  budur  ki,  qan  ora  qoyulan  pambıqdan  keçib 

dəsmala da çatsın. 

İSTİHAZƏNİN HÖKMLƏRİ

 

Məsələ  400:  Qəlilə  istihazədə  qadın  hər  namaz  üçün  bir 

dəstəmaz  almalı,  əgər  övrətinin  zahirinə  qan  dəyərsə  suya 

çəkməlidir. Ehtiyat-vacibə görə qoyduğu pambığı dəyişməlidir. 

Məsələ  401: Mütəvəssitə istihazədə gərək qadın sübh namazı 

üçün  qüsl  etsin.  Sonrakı  sübh  namazına  qədər  hər  namaz  üçün 

dəstəmaz alsın. Hətta ehtiyat edib sübh namazı üçün dəstəmazda 

alsın.  Əgər  övrətinin  zahiri  bulanarsa  yumalıdır.  Ehtiyat-vacib 

budur ki, panbığı dəyişsin və ya yusun. Amma bilərəkdən, yaxud 

unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, zöhr və əsr 

namazları üçün qüsl etməlidir. Əgər onun üçün də qüsl etməsə, 



106        

VACİB QÜSLLƏR 

 

gərək  məğrib  və  işa  namazlarından  qabaq  qüsl  edsin;  İstər  qan 



gəlsin ya kəsilmiş olsun.  

Məsələ  402:  Kəsirə  istihazədə  mütəvəssitə  istihazəsinin 

işlərindən  əlavə  keçən  məsələdə  qeyd  olunduğu  kimi,  ehtiyata 

əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli, 

ya da suya çəkməlidir. Bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl 

də  məğrib  və  işa  namazı  üçün  yerinə  yetirməlidir.  Zöhr  və  əsr, 

məğrib  və  işa  namazları  arasında  gərək  fasilə  salmasın.  Əgər 

fasilə  salsa,  gərək  əsr  və  işa  namazları  üçün  ikinci  dəfə  qüsl 

etsin.  


Məsələ 403: Əgər istihazə qanı namaz vaxtından əvvəl gəlsə, 

qadın  o  qan  üçün  dəstəmaz  və  ya  qüsl,  yerinə  yetirməsə,  gərək 

namaz vaxtı dəstəmaz və qüsl yerinə yetirsin.  

Məsələ  404:  Dəstəmaz  və  qüsl  almağın  vacib  olduğu 

mütəvəssitə  qanı  olan  qadın,  qüsl  və  dəstəmazdan  hər  hansını 

əvvəl  yerinə  yetirsə  səhihdir.  Amma  daha  yaxşı  olar  ki,  əvvəl 

dəstəmaz  alsın.  Amma  kəsirə  istihazəli  qadın  dəstəmaz  almaq 

istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır. 

Məsələ  405:  Əgər  qadının  qəlilə  istihazəsi  sübh  azanından 

sonra  müvəssitə  olsa,  gərək  zöhr  və  əsr  namazı  üçün  qüsl  etsin. 

Əgər  zöhr  və  əsr  namazından  sonra  mütəvəssitə  olsa,  gərək 

məğrib və işa namazı üçün qüsl etsin. 



Məsələ  406:  Əgər  qadının  qəlilə  və  yaxud  mütəvəssitə 

istihazəsi  sübh  namazından  sonra  kəsirə  olsa,  gərək  zöhr  və  əsr 

namazları  üçün  bir  qüsl,  məğrib  və  işa  namazı  üçün  başqa  bir 

qüsl  almalıdır.  Əgər  zöhr  və  əsr  namazından  sonra  kəsirə  olsa, 

gərək məğrib və işa namazı üçün qüsl etsin. 

Məsələ  407:  Kəsirə  və  ya  mütəvəssitə  qanı  olan  qadın,  əgər 

vaxtın daxil olmasından əvvəl namaz üçün qüsl etsə, onun qüslü 

batildir. Hətta əgər sübh namazının vaxtına yaxın olan vaxtlarda 

gecə  namazı  üçün  qüsl  edib,  gecə  namazı  qılsa,  namaz  vaxtı 




İzahlı şəriət hökmləri

       107 

 

daxil  olandan  sonra  ehtiyata  əsasən  sübh  namazı  üçün  yenidən 



qüsl etsin. 

Məsələ  408:  Qəlilə  və  mütəvəssitə  istihazəsi  olan  qadın  istər 

vacib  olsun,  istərsə  də  müstəhəbb,  hər  namaz  üçün  dəstəmaz 

almalıdır.  Amma  əgər  qıldığı  gündəlik  namazını  ehtiyatən 

yenidən  qılmaq  istəyərsə  və  ya  fürada  (təklikdə)  qıldığı  namazı 

yenidən  camaat  ilə  qılmaq  istəyərsə,  istihazə  üçün  qeyd  olunan 

bütün  işləri  yerinə  yetirməlidir.  Amma  namazdan  dərhal  sonra 

yerinə  yetirdiyi  təqdirdə,  ehtiyat  namazını,  unudulan  səcdə  və 

təşəhhüdü  və  həmçinin  bütün  hallarda  səcdeyi-səhv  yerinə 

yetirmək üçün, istihazə işlərini görməsi lazım deyildir. 

Məsələ 409: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı 

yalnız  birinci  namaz  üçün  gərək  istihazənin  işlərini  yerinə 

yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir. 

Məsələ  410:  İstihazəsinin  hansı  növdən  olduğunu  bilməyən 

qadın,  namaz  qılmaq  istədiyi  zaman,  özünü  yoxlamalıdır. 

Məsələn,  fərcinə  bir  qədər  pambıq  daxil  edərək,  bir  az  səbr 

etdikdən  sonra  çıxarır  və  istihazənin  üç  növdən  hansı  birinin 

olduğunu  bildikdən  sonra,  o  növə  aid  olan  işləri  yerinə  yetirir. 

Amma 


əgər  namaz  qılacağı  vaxta  qədər  istihazənin 

dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan da özünü 

yoxlaya bilər. 

Məsələ  411:  İstihazəli  qadın  özünü  yoxlamamışdan  əvvəl 

namaza başlasa, belə ki, qürbət qəsdi ilə öz vəzifəsinə əməl etmiş 

olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə istihazəsinin 

vəzifəsinə  əməl  etmiş  olsa,  onun  namazı  səhihdir.  Əgər  qürbət 

qəsdi  ilə  olmasa  və  ya  əməl  vəzifəsinə  uyğun  olmasa,  məsələn, 

istihazəsi  mütəvəssitə  olduğu  halda  qəlilənin  vəzifəsinə  əməl 

etsə, namazı batildir. 

Məsələ  412:  Əgər  müstəhazə  qadın  özünü  yoxlaya  bilməsə, 

gərək  məlum  olan  vəzifəsinə  əməl  etsin;  məsələn:  əgər 

istihazəsinin  qəlilə,  yaxud  mütəvəssitə  olmasını  bilməsə,  gərək 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə