Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə47/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   43   44   45   46   47   48   49   50   ...   209

İzahlı şəriət hökmləri

       129 

 

istihazənin  əlamətləri  olan  qan  görsə  və  yenidən  üç  gün  heyz 



əlamətləri olan qan görsə, gərək (heyzin əlamətləri olan) birinci 

və axırıncı qanları heyz hesab etsin. 



Məsələ  511:  Əgər  qadın  on  gündən  qabaq  pak  olsa  və 

batinində qan qalmadığını bilsə, hətta on gün tamam olmamışdan 

qabaq yenidən qan görəcəyinə gümanı olsa da, öz ibadətləri üçün 

gərək  qüsl  etsin.  Amma  on  gün  tamam  olmamışdan  qabaq 

yenidən qan görəcəyinə yəqini olsa, gərək qüsl etməsin.  

Məsələ  512:  Əgər  qadın  on  gündən  qabaq  pak  olsa  və 

batinində qan olmasına ehtimal versə, gərək bir miqdar pambığı 

övrətinin  daxilinə  qoysun,  bir  az  gözləyib  sonra  çıxartsın;  əgər 

pak olsa, qüsl edib ibadətlərini yerinə yetirsin. Əgər pak deyilsə, 

sarı  rəngli  suya  bulaşmış  olsa  da,  bu  halda  heyzində  adəti 

yoxdursa  və  ya  adəti  on  gündürsə,  gərək  gözləsin;  əgər  on 

gündən  tez  pak  olsa  qüsl  etsin.  Əgər  onuncu  günün  tamam 

olduğu  vaxt  pak  olsa,  yaxud  qanı  on  gündən  keçsə,  on  günün 

tamam olduğu vaxt qüsl etsin. Əgər adəti on gündən azdırsa və 

ya on günü tamam olmamışdan qabaq, yaxud tamam olduğu vaxt 

pak  olacağını  bilsə,  gərək  qüsl  etməsin.  Əgər  qanın  on  gündən 

keçəcəyini  ehtimal  versə,  gərək  bir  gün  ibadətlərini  tərk  etsin. 

Əgər  qan  dayanmadı  ikinci  gün  də  ibadətləri  tərk  etsin,  bu 

ardıcıllıq ilə on gün tamam olana qədər davam edir. Deməli, on 

gün  başa  çatmazdan,  yaxud  on  günün  başlanğıcınadək  qandan 

paklansa,  bütün  bu  müddət  heyz  olmuşdur.  Əgər  on  gündən 

keçsə, gərək öz adətini heyz sayıb, qalanını istihazə qəbul etsin. 

Adət  günlərindən  sonra  yerinə  yetirmədiyi  ibadətlərini  qəza 

etsin.  

Məsələ  513:  Əgər  qadın  bir  neçə  günü  heyz  sayıb,  ibadət 

etməzsə  və  sonradan  o  zaman  heyz  olmadığını  başa  düşərsə,  o 

günlərdə  yerinə  yetirmədiyi  namaz  və  orucları  qəza  etməlidir. 

Əgər  bir  neçə  günü  də  “heyz  deyil”  gumaniylə  ibadət  edib 




130        

VACİB QÜSLLƏR 

 

sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə oruc 



tutmuşdursa, onları qəza etməlidir. 

NİFAS 

Məsələ  514:  Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan 

etibarən, qadından gələn, on gündən qabaq, yaxud on gün tamam 

olan  müddətdə  kəsilən  hər  qan  nifas  qanıdır.  Nifas  halında  olan 

qadına nəfsa deyilir. 



Məsələ  515: Qadından, uşağın ilk üzvünün çölə gəlməsindən 

qabaq gördüyü qan, nifas qanı deyildir. 



Məsələ  516:  (Qanın  nifas  sayılmasında)  uşağın  xilqətinin 

kamil  olması  şərt  deyil;  hətta  natamam  da  olsa,  ona  “doğulub” 

demək olarsa on gün müddətində gördüyü qan nifas qanıdır. 

Məsələ  517:  Nifas  qanı,  bir  anlıqdan  artıq  gəlməyə  bilər. 

Amma on gündən də artıq ola bilməz. 



Məsələ 518: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində 

şəkk  etsə,  yaxud  düşən  şeyin  uşaq  olub-olmadığında  şəkk  etsə, 

araşdırmağı lazım deyil və ondan xaric olan qan nifas qanı deyil. 

Məsələ  519:  Haizə  haram  olan  işlər,  o  cümlədən  məsciddə 

dayanmaq, bədənin hər hansı yerini Quranın yazısına vurmaq və 

s.  kimi  işlər,  nifaslı  qadına  da  haramdır.  Haiz  qadına  vacib, 

müstəhəb və məkruh olan əməllər, eynilə nifaslı qadına da vacib, 

müstəhəb və məkruhdur. 

Məsələ  520:  Nifas  halında  olan  qadına  verilən  təlaq  batil  və 

bu  halda  yaxınlıq  etmək  haramdır.  Əgər  əri  onunla  (nifas 

halında)  yaxınlıq  etsə,  ehtiyat-müstəhəbbə  görə,  heyz 

bölməsində deyilənlərə uyğun olaraq kəffarə versin. 



Məsələ  521:  Qadın,  nifas  qanından  pak  olduqda,  gərək  qüsl 

edib,  öz  ibadətlərini  yerinə  yetirsin.  Əgər  yenidən  qan  görsə  və 

onun  qan  görüb  pak  olduğu  günlər  üst-üstə  on  gün,  yaxud  on 

gündən  az  olarsa,  o  günlərin  hamısı  nifas  sayılır.  Əgər  pak 

olduğu günlərdə oruc tutmuş olsa, qəzasını yerinə yetirsin. 



İzahlı şəriət hökmləri

       131 

 

Məsələ  522:  Əgər  qadın  nifas  qanından  pak  olub,  batinində 

qan qalmasına ehtimal versə, gərək bir miqdar pambığı övrətinə 

daxil  edib  bir  az  gözləsin.  Sonra  çıxarıb  baxmalıdır;  əgər 

pakdırsa, öz ibadətləri üçün qüsl etsin.  



Məsələ  523:  Əgər  qadının  nifas  qanı,  on  gündən  keçsə,  bu 

halda  heyzdə  adəti  varsa,  adətlərinin  günü  qədər  nifas, 

qalanlarını  isə  istihazə  hesab  etsin.  Amma  heyzdə  adəti 

yoxdursa,  on  günə  qədər  nifas,  qalanları  isə  istihazə  sayılır. 

Ehtiyat-müstəhəb  budur  ki,  adəti  olan  şəxs  adətindən  sonrakı 

gündən,  adəti  olmayan  isə  doğuşun  onuncu  günündən  sonrakı 

gündən  (başlayaraq),  on  səkkizici  gününə  qədər  istihazənin 

əməllərini yerinə yetirsin, nifaslı qadına haram olan işləri işə tərk 

etsin.  

Məsələ 524: Bir qadın ki, heyz adətinin müddəti on gündən az 

olsa,  əgər  adət  günündən  artıq  nifas  qanı  görsə,  gərək  adət 

günləri miqdarını nifas qanı saysın. Ehtiyat-vacibə əsasən, ondan 

sonra  bir  gün  ibadəti  tərk  etsin,  əgər  qan  kəsilməzsə  ikinci 

günüdə  ibadəti  tərk  etsin,  habelə  on  gün  tamam  olana  qədər 

ibadəti  tərk  etməklə  kifayətlənə  bilər.  Əgər  on  günü  keçərsə 

istihazədir, gərək on günə kimi adət miqdarından sonrakı günləri 

istihazə hesab etsin və o günlərdə tərk etdiyi ibadətlərin qəzasını 

yerinə yetirsin.  

Məsələ  525:  Heyzdə  adət  müddəti  olan  bir  qadın,  əgər  uşaq 

dünyaya gətirdikdən sonra bir və  ya bir  aydan artıq  müddətində 

davamlı olaraq qan görərsə, adət günü miqdarı nifas sayılacaqdır 

və  nifasdan  sonrakı  on  gün  gördüyü  qan,  baxmayaraq  ki,  aylıq 

adət  günlərinə  düşsün,  istihazə  qanıdır.  Misal  olaraq;  əgər  bir 

qadın ki, aylıq adət günü, hər ayın iyirmisindən iyirmi yeddisinə 

qədərdir,  ayın  onunda  azad  olsa  və  bir  ay  və  ya  bundan  çox 

davamlı olaraq qan görsə, on yeddinci günə kimi nifas qanı və on 

yeddisindən sonra on gün müdətinə gördüyü qan, baxmayaraq ki

öz  aylıq  adət  günlərində  olsa  (yəni  20-  dən  27-ə  dək)  istihazə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə