Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə49/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   45   46   47   48   49   50   51   52   ...   209

136        

MƏSS-MEYYİT QÜSLÜ 

 

“Ayətəl-kürsi”,  həmçinin  “Əraf”  surəsinin  54-cü  yəni  “İnnə 



rəbbəkumul-ləzi xələqəs-səmavati vəl-ərzə” ayəsini və  “Bəqərə” 

surəsinin axırıncı üç ayəsini oxusunlar. Ümumiyyətlə, Qurandan 

mümkün olan qədər oxusunlar. 

Məsələ  546:  Can  verən  şəxsi  tək  qoymaq,  onun  qarnının 

üstünə bir şey qoymaq, cənabətli, heyzli şəxslərin onun  yanında 

olması,  həmçinin  onun  yanında  çox  danışmaq,  ağlamaq, 

qadınları can verənin yanında tək qoymaq məkruhdur. 



ÖLÜMDƏN SONRANIN HÖKMLƏRİ 

 

Məsələ 547: Ölümdən sonra müstəhəbdir ki, meyyitin ağzını, 

gözlərini,  çənəsini  bağlasınlar,  əllərini  və  ayaqlarını  uzatsınlar, 

onun  üstünə  parça  çəksinlər.  Əgər  gecə  ölübsə,  öldüyü  yerdə 

çıraq  yandırsınlar  və  onu  dəfn  etmək  üçün  möminlərə  xəbər 

versinlər.  Onu  dəfn  etməkdə  tələssinlər.  Amma  onun  ölümünə 

yəqinlikləri  olmasa,  gərək  gözləsinlər  ki,  məlum  olsun.  Əgər 

meyyit hamilə olsa və qarnındakı uşaq diri olsa, gərək dəfn işini 

o  qədər  təxirə  salsınlar  ki,  onun    sol  böyrünü  yarıb  uşağı  çölə 

çıxartsınlar, sonra yarılan yeri tiksinlər. 

MEYYİTİN QÜSL, KƏFƏN, NAMAZ VƏ DƏFNİNİN 

VACİBATI 

Məsələ  548:  Müsəlman  şəxsə,  hətta  on  iki  İmama  inanan  şiə 

olmasa belə, qüsl verib, kəfənə bükmək, namaz qılıb, dəfn etmək 

hər  bir  mükəlləf  şəxsə  vacibdir.  Əgər  bir  neçə  nəfər  bu  işləri 

yerinə  yetirsə,  başqalarının  öhdəsindən  götürlər.  Amma  heç  bir 

şəxs bu işi öhdəsinə götürməsə, hamı günah etmişdir. 

Məsələ  549:  Əgər  bir  şəxs  meyyitin  işləri  ilə  məşğul  olsa, 

başqasına  bu  işlə  məşğul  olmaq  vacib  deyildir.  Amma  əgər  o 

əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər. 

Məsələ  550:  Əgər  insan,  başqa  birisinin  meyyitin  işləri  ilə 

məşğul  olduğuna  əmindirsə,  meyyitin  işləri  ilə  məşğul  olması 




İzahlı şəriət hökmləri

       137 

 

ona vacib deyildir. Amma əgər şəkk və  ya guman edərsə, gərək 



məşğul olsun. 

Məsələ  551:  Bir  şəxs  meyyitin  qüsl,  kəfən,  namaz  və  ya 

dəfninin  batil  şəkildə  yerinə  yetirildiyini  bilərsə,  yenidən  yerinə 

yetirməlidir.  Amma  əgər  batil  olduğunu  guman  edərsə  və  ya 

düzgün  olub-olmadığında  şəkk  edərsə,  məşğul  olması  lazım 

deyildir. 

Məsələ 552: Meyyitin qüsl, kəfən, namaz və dəfni üçün gərək 

onun vəlisindən icazə alınsın. 



Məsələ  553:  Qadının  vəlisi  onun  əridir.  Bundan  başqa 

hallarda  isə,  irsin  təbəqələrində  deyildiyi  kimi,  varis  meyyitin 

vəlisidir,  irs  aparan  kişilər,  aralarındakı  tərtibə  əsasən, 

qadınlardan qabaqdırlar. Əgər sayları çox olarsa ehtiyata əsasən 

hamısından icazə alınsın. 

Məsələ  554:  Əgər  bir  şəxs  “mən  meyyitin  vəlisiyəm”  və  ya 

“meyyitin  vəlisi  mənə,  meyyitin  qüsl,  kəfən  və  dəfn  işlərini 

yerinə  yetirmək  üçün  izn  vermişdir”  və  yaxud  “meyyitin  bütün 

işlərini  tədarük  görməydə  mən  onun  vəsisiyəm”  deyərsə,  bu 

halda  əgər  ona  xatircəmlik  hasil  olarsa,  yaxud  meyyit  onun 

ixtiyarında olsa və yaxud da iki adil şəxs, hətta etibarlı onun bir 

şəxs  onun  dediyi  sözün  doğruluğuna  şəhadət  verərlərsə,  onun 

sözü qəbul edilməlidir. 



Məsələ 555: Əgər meyyit özünün qüsl, kəfən, dəfn və namazı 

üçün  vəlisindən  qeyrisini  təyin  edərsə,  bu  işləri  yerinə 

yetirmənin  vilayəti  ona  aiddir.  Meyyitin  bu  işləri  yerinə 

yetirməsinə  vəsiyyət  etdiyi  şəxsin  bu  vəsiyyəti  qəbul  etməsi 

lazım deyildir. Amma əgər qəbul edərsə, gərək ona əməl etsin. 

MEYYİTİN QÜSLÜNÜN QAYDASI 

Məsələ 556: Meyyitə üç qüsl vermək vacibdir: 

1. Sidr ilə qarışmış su ilə; 

2. Kafur ilə qarışmış su ilə; 



138        

MƏSS-MEYYİT QÜSLÜ 

 

3. Xalis su ilə; 



Məsələ  557:  Sidr  və  kafur,  gərək  suyu  müzaf  edəcək  qədər 

çox olmasin; habelə, həddindən artıq az da olmamalıdır ki, “ona 

sidr və kafur qatılmayıb” deməsinlər. 

Məsələ  558:  Əgər  lazım  olan  miqdarda  sidr  və  kafur 

tapılmasa, ehtiyat-vacib budur ki, tapılan miqdarı suya töksünlər. 



Məsələ 559: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl 

verilməz,  onun  əvəzində  xalis  su  ilə  qüsl  verilməlidir.  Amma 

onun  ehramı  təməttö-həcci  ehramıdırsa  və  səyi  tamamlanmışsa, 

yaxud  da  müfrədə  ehramının  ümrəsindədirsə  həlq



1

 və  ya  təqsir 

əməlini  etmişsə,  bu  iki  halda  ona  kafurlu  su  ilə  qüsl  verilməsi 

lazımdır. 



Məsələ  560:  Əgər  sidr  və  kafur,  yaxud  ikisindən  biri 

tapılmasa,  yaxud  istifadəsi  caiz  olmasa;  məsələn:  qəsbi  olsa, 

gərək  mümkün  olmayan  hər  birinin  yerinə  meyyitə  xalis  su  ilə 

qüsl versinlər. 



Məsələ 561: Meyyitə qüsl verən, aqil, müsəlman, on iki imam 

şiəsi və baliğ olmalıdır, qüslüdə düzgün yerinə yetirməlidir. Əgər 

on  iki  imamın  məzhəbindən  olmayan  müsəlman  meyyitə  öz 

həmməzhəbi,  məzhəbinin  qaydası  üzrə  qüsl  versə,  təklif  on  iki 

imam məzhəbindən olanın müsəlmanın öhdəsindən götürülür.  

Məsələ 562: Meyyitə qüsül verən şəxs, gərək qürbət qəsdi ilə, 

yəni Allahın əmrini yerinə yetirmək niyyəti ilə yerinə yetirsin və 

ikinci  və  üçüncü  qüslün  əvvəlində  də  əgər  öz  niyyətində  sabit 

qalarsa, niyyətini təzələməsi lazım deyil. 



Məsələ  563:  Müsəlman  uşağına  qüsl  vermək,  hətta  zinadan 

doğulmuş  olsa  belə,  vacibdir.  Kafirin  və  onun  övladının  qüsl, 

kəfən  və  dəfni  icazəli  deyildir.  Uşaqlıqdan  dəli  olub,  bu  halda 

baliğ  olan  şəxsin,  ata-anası    və  ya  onlardan  biri  müsəlmandırsa 

                                              

1

 Başı keçəl qırxmaq. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə