Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə51/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   47   48   49   50   51   52   53   54   ...   209

142        

MƏSS-MEYYİT QÜSLÜ 

 

Məsələ 584: Ehtiyat-vacibə əsasən, kəfən üçün istifadə olunan 

hər  üç  parça,  meyyitin  bədəni  onun  altından  görünəcək  qədər 

nazik olmamalıdır.  

Məsələ 585: Əgər başqa bir şey tapılmasa da, meyyiti murdar 

heyvanın dərisi və qəsbi şeylə kəfənə bükmək caiz deyildir. Əgər 

meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, hətta onu 

dəfn  etmiş  olsalar  belə,  gərək  kəfəni  onun  bədənindən 

çıxarsınlar. 

Məsələ  586:  Nəcis,  xalis  ipək  parça  və  qızıl  ilə  toxunmuş 

parça ilə  meyyiti  kəfən etmək icazəli deyil,  amma çarəsiz  halda 

eybi  yoxdur.  Əgər  nəcis, xalis ipək, qızıl ilə  toxunmuş parça və 

əti  haram  olan  heyvanların  bədən  üzvü  olsa  çarəsiz  halda  əti 

haram olan heyvanların bədən üzvü ilə kəfənləsinlər. 

Məsələ 587: Meyyiti, əti haram olan heyvanların yunundan və 

yə  tükündən toxunmuş parça ilə  kəfənə bükmək, ixtiyar  halında 

caiz deyildir. Ehtiyat-vacibə görə, şəri göstərişə əsasən, kəsilmiş, 

əti  halal  olan  heyvanın  dərisi  ilə  də  kəfən  etməsinlər.  Amma 

kəfən,  əti  halal  olan  heyvanın  tükündən  və  yunundan 

hazırlanıbsa, eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bu 

ikisi ilə də kəfənə bükməsinlər. 

Məsələ  588:  Əgər  meyyitin  kəfəni,  onun  öz  nəcisi,  yaxud 

başqa bir nəcasətlə nəcis olsa, bu halda kəfən zay olmazsa, qəbrə 

qoymuş olsalar belə, gərək nəcis miqdarı yuyub, yaxud kəssinlər. 

Əgər onu yumaq və ya kəsmək mümkün olmazsa, dəyişdirilməsi 

mümkün olan halda, gərək dəyişdirsinlər. 

Məsələ  589:  Həcc,  yaxud  ümrə  üçün  ehram  bağlayan  şəxs 

ölsə,  gərək  başqaları  kimi  kəfən  olunsun,  başını  və  üzünü 

örtməyin eybi yoxdur. 

Məsələ 590: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu 

hazırlaması müstəhəbdir. 




İzahlı şəriət hökmləri

       143 

 

HƏNUTUN HÖKMLƏRİ 

Məsələ  591:  Qüsldən  sonra  vacibdir  ki,  meyyitə  hənut 

vursunlar,  yəni  alnına,  əllərinin  içinə,  dizlərinin  başına, 

ayaqlarının  iki  baş  barmaqlarının  ucuna  kafur  sürtsünlər. 

Müstəhəbdir  ki,  meyyitin  burnunun  ucuna  da  kafur  sürtsünlər. 

Gərək kafur təzə və əzilmiş olsun. Əgər köhnəlmək səbəbilə ətri 

getsə, kifayət deyildir. 



Məsələ  592: Ehtiyat-vacib budur ki, kafuru əvvəlcə  meyyitin 

alnına sürtsünlər, amma başqa yerlərdə tərtib şərt deyildir. 



Məsələ  593:  Daha  yaxşı  olar  ki,  kəfənə  bükməmişdən  əvvəl, 

meyyitə  hənut  vursunlar.  Amma  kəfənə  bükmə  əsnasında  və 

ondan sonra da vurmağın maneəsi yoxdur. 

Məsələ  594:  Həcc  və  ya  ümrə  üçün  ehram  bağlayan  şəxs 

ölərsə,  onu  hənut  etmək  icazəli  deyildir.  Əgər  həcc  üçün  ehram 

bağlayan şəxs, səfa ilə mərvə arasında “səy” əməlindən sonra və 

ümrədə  “həlq”  və  ya  “təqsir”  əməlindən  sonra  ölsə,  ona  hənut 

vurmaq lazımdır. 

Məsələ  595:  Etikaf  bağlayan  və  əri  ölüb,  iddəsi  tamam 

olmayan qadın özünü ətirləməsinin haram olmasına baxmayaraq, 

ölərsə, ona hənut vurmaq vacibdir. 

Məsələ 596: Ehtiyat-vacib budur ki, meyyitə müşk, ənbər, ud 

və 


sair  xoş  ətirlər  vurmasınlar.  Bunları  kafurla  da 

qarışdırmasınlar. 



Məsələ  597:  Müstəhəbdir  ki,  həzrət  Seyyidüş-şühədanın 

(ələyhis-səlam)  türbətindən  bir  qədər  kafura  qarışdırsınlar. 

Amma  gərək  o  kafurdan  ehtiramsızlıq  olan  bədən  üzvlərinə 

vurmasınlar.  Həmçinin,  gərək  türbət  o  qədər  çox  olmasin  ki, 

kafurla qarışanda daha ona kafur deyilməsin. 



Məsələ  598:  Əgər  kafur  tapılmazsa  və  ya  təkcə  qüsl 

miqdarında olarsa, hənut lazım deyil. Əgər qüslə istifadə olunan 

miqdardan  çox  olarsa,  amma  yeddi  üzvün  hənutuna  çatmasa, 



144        

MƏSS-MEYYİT QÜSLÜ 

 

gərək əvvəlcə alnına vursunlar.  Əgər çox qalarsa, başqa üzvlərə 



vursunlar. 

Məsələ  599:  İki  ədəd  yaş  və  təzə  çubuğu  meyyitlə  birlikdə 

qəbrə qoymaq müstəhəbdir. 



MEYYİT NAMAZININ HÖKMLƏRİ 

Məsələ  600:  Müsəlman  meyyitə,  hətta  uşaq  da  olsa  belə 

namaz  qılmaq  vacibdir,  amma  gərək  uşağın  ata-anası,  yaxud 

onlardan biri müsəlman olsun və altı yaşı da tamam olmuş olsun. 

Məsələ  601: Altı yaşı tamam olmayan uşağa namaz qılmağın 

müstəhəb  olması  məlum  deyil.  Əgər  namaz  qılsalar  səhihdir. 

Amma  ölü  dünyaya  gəlmiş  uşağa  namaz  qılmaq  qəti  şəkildə 

müstəhəb deyil. 



Məsələ  602:  Meyyit  namazı  qüsl,  hənut  və  kəfəndən  sonra 

qılınmalıdır.  Əgər  bunlardan  qabaq  və  ya  bu  əməlləri  yerinə 

yetirərkən qılınsa  məsələni bilməmək və  ya unutqanlıq  üzündən 

olsa belə, kifayət deyildir. 



Məsələ  603:  Meyyit  namazı  qılmaq  istəyən  şəxsin  dəstəmaz, 

qusl, yaxud təyəmmüm alması üçün, bədəninin, yaxud paltarının 

pak  olması  lazım  deyil.  Hətta  onun  paltarı  qəsbi  də  olsa,  eybi 

yoxdur.  Amma  ehtiyat-müstəhəbə  görə  sair  namazlarda  riayət 

olunmalı məsələlər bunda da riayət olunsun;  

Məsələ  604:  Meyyitə  namaz  qılan  şəxs,  gərək  üzü  qibləyə 

dayansın.  Həmçinin  vacibdir  ki,  meyyiti  onun  qarşısında  arxası 

üstə elə uzatsınlar ki, başı namaz qılanın sağ tərəfində, ayağı isə 

sol tərəfində olsun. 



Məsələ  605:  Namaz  qılanın  məkanı  ehtiyata  əsasən  gərək 

qəsbi olmasın. Həmçinin meyyitin qoyulduğu yerdən alçaq və ya 

uca olmasin. Amma azacıq alçaq və ya uca olsa, eybi yoxdur. 

Məsələ  606:  Namaz  qılan  şəxs  meyyitdən  uzaq  olmamalıdır. 

Amma  meyyit  namazını  camaatla  qılan  şəxs,  meyyitdən  uzaq 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə