Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə54/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   50   51   52   53   54   55   56   57   ...   209

148        

MƏSS-MEYYİT QÜSLÜ 

 

Məsələ 616: Meyyit namazının təkbirləri və duaları elə ardıcıl 

oxunmalıdır ki, gərək namaz, öz surətindən çıxmasın. 



Məsələ  617:  Meyyit  namazını  camaatla  birlikdə  qılan  şəxs 

gərək təkbirləri və duaları oxusun.  



MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI 

Məsələ 618: Bir neçə şey meyyit namazında müstəhəbdir: 

1-Meyyit  namazını  qılan  şəxs,  dəstəmaz  yaxud  qusl  və  ya 

təyəmmüm  almış  olsun;  ehtiyat-müstəhəbə  görə,  o  vaxt 

təyəmmüm  almalıdır  ki,  dəstəmaz  və  qüsl  almaq  mümkün 

olmasın,  yaxud  dəstəmaz  və  ya  qüsl  alacağı  təqdirdə  meyyit 

namazına çata bilməsin. 

2-Əgər  meyyit  kişidirsə,  camaata  imamlıq  edən,  yaxud  ona 

namazı  təklikdə  qılan  şəxs,  cənazənin  orta  hissəsinin;  və  əgər 

meyyit qadındırsa, sinəsinin müqabilində dursun; 

3-Ayaqyalın namaz qılsın;  

4-Hər təkbiri deyəndə iki əlini qaldırsın; 

5-Onunla  meyyitin  arasındakı  məsafə  çox  az  olsun;  belə  ki, 

əgər külək onun paltarını hərəkət etdirsə, cənazəyə toxunsun; 

6-Meyyit namazı camaatla qılınsın; 

7-Meyyit  namazına  imamlıq  edən  şəxs,  təkbiri  və  duaları 

ucadan, onunla birlikdə namaz qılanlar isə astadan desinlər

8-Meyyit  namazı,  camaatla  qılınanda,  hətta  iqtida  edən 

(məmum) bir nəfər olsa da, imamın arxasında dayansın; 

9-Namaz qılan şəxs meyyitə və möminlərə çoxlu dua etsin

10-Namazdan qabaq üç dəfə “əs-səlat” desin; 

11-Namazı, camaatın əksərən meyyit namazını qılqıları yerdə 

qılsın; 


12-Haiz  qadın  camaat  namazına  dayansa,  bir  cərgədə  tək 

dayansın. 



Məsələ 

619: 

Meyyit  namazını  məscidlərdə  qılmaq 

məkruhdur, amma Məscidül-həramda məkruh deyildir. 



İzahlı şəriət hökmləri

       149 

 

DƏFNİN HÖKMLƏRİ 

Məsələ  620:  Vacibdir ki, meyyit elə dəfn edilsin ki, onun iyi 

çölə  gəlməsin  və  yırtıcı  heyvanlar  onun  bədənini  çölə  çıxara 

bilməsin. 

Amma 


yırtıcı 

heyvanların 

onun 

bədənini 



çıxarmasından  qorxu  yaransa,  gərək  qəbri  kərpic  və  s.  kimi 

şeylərlə möhkəmlətsinlər. 



Məsələ  621:  Əgər  meyyiti  torpaqda  dəfn  etmək  mümkün 

olmazsa,  dəfn  etmək  yerinə,  onu  binada  və  ya  tabuta  qoymaq 

lazımdır.  

Məsələ  622:  Gərək  meyyiti  qəbirdə  sağ  çiyni  üstə  elə 

uzatsinlar ki, bədəninin qabağı üzü qibləyə olsun. 



Məsələ  623:  Əgər  bir  şəxs  gəmidə  ölsə,  bu  halda  cəsədi 

çürüməzsə  və  gəmidə  qalmasının  maneəsi  olmazsa,  gərək 

gözləsinlər ki, gəmi quruya çatsın və onu torpaqda dəfn etsinlər. 

Əks halda  gərək, gəmidə  qüsl verib, hənut-kəfən etməli, namaz 

qıldıqdan  sonra  onu  böyük  bir  xumrəyə

1

 qoyub  ağzını  bağlayıb 



dənizə  atsınlar  yaxud  ağır  bir  şeyi  ayağına  bağlayıb  dənizə 

atmalıdırlar.  Mümkün  olsa,  elə  yerdə  atsınlar  ki,  dərhal 

heyvanlara yem olmasın.  

Məsələ 624: Əgər düşmən, qəbri açıb meyyiti çıxaracağından 

və  sonra  qulağını,  burnunu  və  ya  başqa  üzvlərini  kəsəcəyindən 

qorxsalar,  onda  mümkün  olan  surətdə,  gərək  əvvəlki  məsələdə 

deyildiyi qaydada, onu dənizə atsınlar. 



Məsələ  625:  Meyyitin  dəryaya  atılmasının  və  ya  qəbrinin 

möhkəmləndirilməsinin  xərcləri  lazım  olan  surətdə  gərək 

meyyitin malının əslindən götürülsün. 

Məsələ  626:  Əgər  kafir  bir  qadın  ölsə  və  onun  bətnindəki 

uşaq  da  ölmüş  olsa  və  ya  hələ  ruh  onun  bədəninə  daxil 

olmayıbsa,  uşağın  atası  müsəlman  olduğu  surətdə,  gərək  qadını 

                                              

1

Küp. 



150        

MƏSS-MEYYİT QÜSLÜ 

 

qəbirdə  sol  böyrü  üstə  arxası  qibləyə  tərəf  elə  uzatsınlar  ki, 



uşağın üzü qibləyə olsun.  

Məsələ  627:  Müsəlmanın  kafir,  kafirin  də  müsəlman 

qəbiristanlığında dəfn edilməsi caiz deyildir. 



Məsələ  628:  Müsəlmanı,  ehtiramsızlıq  olacağı  yerlərdə; 

məsələn:  toz-torpaq  və  zibil  tökülən  yerlərdə  dəfn  etmək  caiz 

deyildir. 

Məsələ  629:  Meyyit,  qəsbi  yerdə  dəfn  olunmamalıdır. 

Meyyiti,  dəfndən  qeyri  işlər  üçün  (vəqf  olunan  məscid  kimi) 

yerlərdə dəfn etmək, caiz deyildir.  

Məsələ  630:  Bir  meyyiti  başqa  bir  meyyitin  qəbrində  dəfn 

etmək  caiz  deyildir.  Amma  qəbir  çox  köhnələrsə  və  əvvəlki 

meyyit çürüyüb aradan getmiş olarsa bu halda dəfn etmək olar.  

Məsələ  631:  Meyyitdən  ayrılan  şeylər,  hətta  tük,  dırnaq,  diş 

kimi olsa da belə, gərək onunla dəfn olunsun. İnsanın sağlığında 

ondan ayrılan dırnağı və dişi yerə basdırmaq müstəhəbdir. 

Məsələ  632:  Əgər  bir  şəxs  quyuya  düşüb  ölsə  və  onu 

çıxarmaq  mümkün  olmasa,  gərək  quyunun  ağzını  bağlayıb  o 

quyu onun üçün qəbir edilsin.  

Məsələ  633:  Əgər  uşaq,  ana  bətnində  ölsə  və  onun  bətndə 

qalması  ana  üçün  təhlükə  doğursa,  gərək  onu  ən  asan  yolla 

çıxartsınlar.  Əgər  onu  doğrayıb  çıxarmağa  naçar  olsalar,  eybi 

yoxdur.  Amma  ərinin  vasitəsi  ilə  (əgər  əri  bu  sahədə 

mütəxəssisdirsə),  yaxud  mütəxəssis  qadının  vasitəsi  ilə  çölə 

çıxarılmalıdır.  Əgər  bu  da  mümkün  olmasa,  mütəxəssis  olan 

məhrəm  kişilər,  bu  da  mümkün  olmasa,  mütəxəssis  olan 

naməhrəm kişi, onu çölə çıxarmalıdır. Bu da mümkün olmasa və 

mütəxəssis  tapılmazsa,  mütəxəssis  olmayan  bir  şəxs  də  uşağı 

çölə çıxara bilər. 



Məsələ  634:  Hər  vaxt  əgər  ana  ölsə  və  uşaq  onun  bətnində 

diri olsa, hətta onun (çıxarılmasından sonra) sağ qalmasına ümid 

olmasa da, gərək əvvəlki məsələdə deyilən şəxslərin vasitəsi ilə, 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə