Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə62/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   58   59   60   61   62   63   64   65   ...   209

168        

TƏYƏMMÜM 

 

şeyi  oraya  qoysa  onun  təyəmmümü  batildir.  Əgər  o  mülkün 



fəzasında təyəmmüm etsə, batil deyil.  

Məsələ  705:  Qəsbi  yerdə  məhbus  olan bir  şəxs, o  yerin  suyu 

və torpağı qəsbi olarsa, təyəmmümlə namaz qılsın. 



Məsələ 706: Ehtiyat-vacib budur ki, üstünə təyəmmüm edilən 

şeyin  tozu  olsun  ki,  əllərdə  qalsın.  Əlləri  ona  vurduqdan  sonra 

müstəhəbdir ki, bir az hərəkət etdirsin, tozları tökülsün. 

Məsələ  707:  Çuxur  yerə,  yolların  torpağına,  üzərini  duz 

örtməyən  şoran  yerə  təyəmmüm  etmək  məkruhdur.  Amma  duz 

onun üstünü tutmuş olsa, batildir. 

TƏYƏMMÜMÜN QAYDASI 

Məsələ 708: Təyəmmümdə dörd şey vacibdir: 

1-Niyyət; 

2-Hər  iki  əlin  içini  birlikdə,  təyəmmümün  səhih  olduğu  şeyə 

vurmaq;  

3-İki  əli  birlikdə  alnın  hər  yerinə  və  onun  iki  tərəfinə;  tüklər 

bitən  yerdən  qaşlara  qədər  və  burunun  üst  tərəfinə  çəkmək. 

Ehtiyata görə gərək əllər qaşların da üstünə çəkilsin. 

4-Sol əlin içini sağ əlin üstünün hər yerinə, sonra sağ əlin içini 

sol əlin üstünün hər yerinə çəkmək. 

Məsələ 709: Ehtiyat-vacib budur ki, istər dəstəmaz, istərsə də 

qüsl  əvəzində  olan  təyəmmümü,  bu  tərtiblə  yerinə  yetirsin;  bir 

dəfə  əlləri  yerə  vurub  alına  və  əllərin  arxasına  çəksin  və  başqa 

bir dəfə də əlləri yerə vurub əllərin arxasına məsh etsin. 



TƏYƏMMÜMÜN HÖKMLƏRİ 

Məsələ  710:  Əgər  alın  və  ya  əllərin  üstünün  kiçik  bir  yerinə 

məsh etməsə, istər qəsdən, istərsə də məsələni bilməməzlik və ya 

unutqanlıq  üzündən  olsun,  təyəmmüm  batildir.  Amma,  artıq 

diqqət etmək də lazım deyil; “bütün alına və əllərə məsh çəkildi” 

desələr, kifayətdir. 



İzahlı şəriət hökmləri

       169 

 

Məsələ  711:  Əllərin üstünün bütünlüklə məsh etməsini  yəqin 

etmək  üçün  gərək  biləkdən  bir  az  yuxarı  da  məsh  etsin,  amma 

barmaqların arasına məsh etmək lazım deyil. 

Məsələ 712: Alın və əllərin üstü, gərək yuxarıdan-aşağı məsh 

edilsin, gərək onun işlərini ardıcıllıqla (fasiləsiz) yerinə yetirsin. 

Əgər  onların  arasına  “təyəmmüm  edir”  deyilməcək  qədər  fasilə 

salarasa, təyəmmümü batildir. 



Məsələ  713:  Niyyət  edən  zaman,  təyəmmümü  qüsl  və  ya 

dəstəmaz  əvəzində  almasını  qəsd  etməsi  lazımdır.  Əgər 

təyəmmüm qüsl əvəzində olarsa qüslü  müəyyən etməlidir. Əgər 

ona bir təyəmmüm vacib olsa, məqsədi həqiqi təklifə əməl etmək 

olsa, onu təyin etməkdə səhv etməsinə baxmayaraq təyəmmümü 

səhihdir. 



Məsələ  714:  Ehtiyat-vacibə  əsasən  mümkün  olan  halda 

təyəmmümdə gərək alın, əllərin içi və üstü pak olsun.  



Məsələ  715:  İnsan  təyəmmüm  üçün,  gərək  əlindəki  üzüyü 

çıxarsın,  əgər  alnında,  əllərinin  üstündə,  içində  maneə  olsa; 

məsələn: bir şey yapışmış olsa, gərək aradan götürsün. 

Məsələ  716:  Əgər  alın  və  ya  əllərin  üstü  yara  olsa  və  üstünə 

bağlanan  parça  və  ya  başqa  şeyi  aça  bilməsə,  gərək  əli  onun 

üstünə  çəksin.  Həmçinin  əgər  əlin  içində  yara  olsa  və  parça  (və 

bu kimi şeylər) ilə bağlanmış olsa, onu da aça bilməsə, gərək əli 

həmin  parça  ilə  təyəmmümün  səhih  olduğu  şeyin  üstünə  vurub 

alına və əllərin üstünə çəksin.  



Məsələ  717:  Əgər  alında,  əllərin  üstündə  tük  olsa,  eybi 

yoxdur.  Amma  başın  tükü  alına  tökülmüş  olsa,  gərək  onları 

arxaya çəksin. 

Məsələ  718:  Əgər  alnında  və  əllərinin  içində  və  yə  əllərinin 

üstündə bir maneənin olmasına ehtimal versə, əgər onun ehtimalı 

camaatın  nəzərində  yerli  ehtimal  olsa,  maneənin  olmamasına 

əminlik hasil olanadək, gərək axtarış aparsın. 




170        

TƏYƏMMÜM 

 

Məsələ  719:  Əgər  bir  şəxsin  vəzifəsi  təyəmmüm  olan  halda 

təyəmmüm  ala  bilməsə,  başqasını  naib  tutmalıdır.  Naib  tutulan 

şəxs  gərək  ona,  onun  öz  əlləri  ilə  təyəmmüm  versin.  Əgər 

mümkün  olmasa,  gərək  naib  öz  əllərini  təyəmmümün  səhih 

olduğu şeylərə vurub onun alnına və əllərinin üstünə çəksin. 

Məsələ  720:  Əgər  bir  şəxs  təyəmmüm  əsnasında  onun  hər 

hansı yerinin, unudub-unutmamasında şəkk etsə, ehtiyata əsasən 

gərək  o  hissəni,  ondan  sonra  yerinə  yetiriləcək  hissə  ilə  yerinə 

yetirsın.  



Məsələ  721:  Əgər  sol  ələ  məsh  etdikdən  sonra,  təyəmmümü 

düzgün edib-etməməsində şəkk etsə, təyəmmüm edəndə diqqətli 

olubsa təyəmmümü səhihdir. Əgər onun şəkki sol əldə olsa, şərti 

təharət  olan  əmələ  başlamayıbsa  və  ya  müvalat  pozulmayıbsa 

,gərək ona məsh etsin. 

Məsələ  722:  Vəzifəsi  təyəmmüm  olan  bir  şəxs,  namaz 

vaxtından  qabaq,  namaz  üçün  təyəmmüm  edə  bilməz.  Amma 

başqa  bir  vacib,  yaxud  müstəhəb  iş  üçün  təyəmmüm  etsə  və 

namaz  vaxtına  qədər  həmin  üzrü  yerində  qalsa,  o  təyəmmümlə 

namaz qıla bilər. 

Məsələ  723:  Vəzifəsi  təyəmmüm  olan  bir  şəxs,  namaz 

vaxtının  axırına  qədər  üzrünün  qalacağını  bilsə  vaxt  geniş  olan 

zaman  təyəmmümlə  namaz  qıla  bilər.  Amma  vaxtın  axırına 

qədər  üzrünün  aradan  qalxacağını  bilsə,  gərək  gözləsin, 

dəstəmaz  və  ya  qüsl  ilə  namaz  qılsın.  Əgər  ümüd  etsə  ki,  üzrü 

aradan qalxacaq ehtiyat-vacibə görə, gərək gözləsin, dəstəmaz və 

ya  qüsl  ilə  namaz  qılsın,  yaxud  da  vaxtın  az  olduğu  zaman 

təyəmmümlə namaz qılsin. 



Məsələ 724: Əgər bir şəxs dəstəmaz və ya qüsl ala bilməyirsə

qəza  namazlarını  təyəmmüm  ilə  qıla  bilməz.  Əgər  ehtimal 

verərsə  namazlarını  qılmadığı  təqdirdə  ömrünün  sonuna  qədər 

qıla  bilməyəcək,  qəza  namazlarını  təyəmmümlə  qıla  bilər. 

Amma bədənini Quranın xəttinə vurmaq, Məscidul-hərama daxil 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə