162
TƏYƏMMÜM
axtarış üçün vaxtın olduğunu başa düşərsə, əgər su axtarsaydı
tapa bilməzdisə, namazı səhihdir. Amma yəqini olsa ki, axtarış
aparacağı halda su tapacaqdı və ya suyu tapacağını yaxud
tapmayacağını bilməsə onun namazı batildir.
Məsələ 668: Əgər namaz vaxtı daxil olduqdan sonra
dəstəmazı olsa və öz dəstəmazını batil edəcəyi halda su tapmaq
mümkün olmayacağını, ya dəstəmaz ala bilməyəcəyini bilsə,
ehtiyat-vacibə görə öz dəstəmazını saxlasın, gərək onu batil
etməsin. Amma qüsl edə bilməsədə həyat yoldaşı ilə yaxınlıq edə
bilər.
Məsələ 669: Əgər namaz vaxtindan qabaq dəstəmazlı olsa,
əgər bilsə ki, namazdan qabaq dəstəmazını batil edəcəyi halda
onun üçün su tapmaq mümkün deyil, əgər bacararsa dəstəmazını
saxlasın və ehtiyat-vacıb budur ki, onu batil etməsin.
Məsələ 670: Bir şəxsin dəstəmaz ya qüsl edəcək miqdarda
suyu varsa və bilirsə ki, onu (yerə) töksə su tapmayacaq,
namazın daxil olan vaxtı onu tökmək haramdır. Ehtiyat-vacib
budur ki, namaz vaxtından qabaq da onu tökməsin.
Məsələ 671: Bir şəxs bilirsə ki, su tapmayacaq əgər namaz
vaxtı daxil olduqdan sonra dəstəmazını batil edərsə və ya ozündə
olan suyu tökərsə, birinci surətdə ehtiyat-lazımın əksinə əməl
etmişdir, ikinci surtdə isə günah etmişdır. Amma təyəmmümlə
namazı səhihdir, baxmayaraq ki, ehtiyat-müstəhəb budur ki,
onun qəzasını yerinə yetirsin.
İKİNCİ YER
Məsələ 672: Əgər bir şəxs qocalıq səbəbilə, yaxud oğrudan,
yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da
suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması
səbəbilə su əldə edə bilməsə, gərək təyəmmüm etsin. Həmçinin,
suyu əldə etmək və ya ondan istifadə etmək o qədər çətin olsa ki
camaat bu çətinliyə dözə bilmir gərək təyəmmüm etsin. Amma
İzahlı şəriət hökmləri
163
axırıncı surətdə təyəmmüm etməyib dəstəmaz alsa dəstəmazı
səhihdir.
Məsələ 673: Əgər suyu quyudan çəkmək üçün ip vedrə və s.
kimi şeylərə ehtiyac duyulsa və onları almağa, yaxud kirayə
etməyə məcbur olsa, hətta onların qiyməti, adi vaxtdakı
qiymətdən bir neçə dəfə baha olsa da, onu almalıdır. Amma
onları almaq üçün çoxlu pul istəsələr, belə ki, alanın vəziyyətinə
zərər yetirsə, alması vacib deyil.
Məsələ 674: Əgər bir şəxs, su əldə etmək üçün borc almağa
naçar olsa, gərək borc alsın. Amma öz borcunu qaytara
bilməməsinə əmin olsa və ya güman etsə, borc alması vacib
deyil.
Məsələ 675: Əgər quyu qazmaq məşəqqətli olmasa, gərək su
əldə etmək üçün quyu qazsın.
Məsələ 676: Əgər bir şəxs ona minnətsiz bir miqdar su
bağışlasa, gərək onu qəbul etsin.
ÜÇÜNCÜ YER
Məsələ 677: Əgər bir şəxs suyun işlədilməsinin səhhətinə
zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı
bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin
uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə
olunacağından qorxsa, gərək təyəmmüm etsin. Amma isti suyun
zərəri olmasa, gərək isti su ilə dəstəmaz və ya qüsl etsin.
Məsələ 678: Suyun insana zərəri olmasını yəqin etmək lazım
deyil; hətta əgər zərər ehtimalı da versə və onun ehtimalı,
camaatın nəzərində yerli ehtimal olsa və bu ehtimaldan onun
üçün qorxu hasil olsa, gərək təyəmmüm etsin.
Məsələ 679: Göz ağrısı xəstəliyinə düçar olan və sudan
istifadə etmək şəxsə zərərlidirsə, gərək təyəmmüm etsin.
Məsələ 680: Əgər zərərin baş verəcəyinə yəqini olsa, yaxud
zərərdən qorxub təyəmmüm etsə və namazdan qabaq onun zərəri
164
TƏYƏMMÜM
olmadığını başa düşsə, onun təyəmmümü batildir. Amma
namazdan sonra başa düşsə, ehtiyat-müstəhəbbə görə gərək
ikinci dəfə namazı dəstəmaz və ya qüsl ilə qılsın. Əgər vaxt
keçmişsə qəzasını qılsın.
Məsələ 681: Suyun ona zərəri olmamasını bilən bir şəxs, qüsl
yaxud dəstəmaz alıb sonradan zərərli olduğunu başa düşsə,
ehtiyata əsasən aldığı qüsl və dəstəmaz batildir. Əgər onlarla
namaz qılmışsa gərək yenidən qılsın. Əgər vaxtı keçmişsə
qəzasını qılsın.
DÖRDÜNCÜ YER
Məsələ 682: Əgər insan, suyu dəstəmaz və qüsl üçün istifadə
edəcəyi halda çətinliyə düşməsindən qorxsa gərək təyəmmüm
etsin. Təyəmmümün icazəli olması üç haldadır;
1- Əgər insan, suyu dəstəmaz və qüsl üçün istifadə etsə, özü
hal hazırda və ya sonradan susuzluqdan öləcək və ya xəstəliyə
düşəcək yaxud susuzluğa dözməsi çətin olacaqsa təyəmmüm
etməlidir.
2- Canının hifz olunması vacib olan şəxslərin susuzluqdan
öləcəklərindən, yaxud xəstələnəcəklərindən qorxsa, gərək
təyəmmüm etsin.
3- Özündən başqa istər insan olsun və ya heyvan susuzluqdan
tələf olmasıdan və ya xəstəliyə düşəcəyindən qorxsa, yaxud
susuzluğa dözməsi çətin olacaqsa gərək suyu onlara verib,
təyəmmüm etsin. Bu üç haldan başqa hallarda su olduğu təqdirdə
təyəmmüm etmək icazəli deyil.
Məsələ 683: Əgər qüsl və dəstəmaz üçün olan pak sudan
başqa, özünün və ona aid olan şəxslərin içəcəyi qədər bir miqdar
nəcis suyu da olsa gərək pak suyu içmək üçün versin və
təyəmmümlə namaz qılsln. Amma suyu öz heyvanına və
həmçinin baliğ olmayan uşağa vermək istəsə, gərək nəcis suyu
onlara versin, pak su ilə dəstəmaz və qüsl etsin..
Dostları ilə paylaş: |