Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə63/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   59   60   61   62   63   64   65   66   ...   209

İzahlı şəriət hökmləri

       171 

 

olmaq,  Peyğəmbərin 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  məscidinə 

və digər məscidlərə daxil olmaq bir qapıdan girib digər qapıdan 

çıxmaq  ilə  olmasa  da  eybi  yoxdur.  Amma  ehtiyat-müstəhəb 

budur ki, tərk olunsun. 

Məsələ 725: Əgər bir şəxs dəstəmaz və ya qüsl ala bilməyırsə, 

gecə-gündüzün  nafilə  namazları  kimi  müəyyən  vaxtda  qılınan 

müstəhəb  namazları  təyəmmümlə  qıla  bilər.  Amma  onların  axır 

vaxtınadək  üzrün  aradan  qalxacağına  ehtimal  versə,  ehtiyat 

budur ki, gərək onları əvvəl vaxtlarında yerinə yetirməsin. 

Məsələ  726:  Ehtiyata  görə  cəbirə  qüslü  və  təyəmmüm  alan 

şəxs, qüsl və təyəmmüm edib namaz qılandan sonra ondan kiçik 

hədəs  baş  versə;  məsələn:  bövl  etsə,  ehtiyat  budur  sonrakı 

namazlar üçün qüslün əvəzində təyəmmüm edib və dəstəmaz da 

alsın.  Əgər  hədəs  namazdan  qabaq  olsa  o  namaz  üçün  də 

dəstəmaz alım və təyəmmümdə etsin. 



Məsələ  727:  Əgər  bir  şəxs  su  olmaması,  yaxud  başqa 

səbəblərə  görə  təyəmmüm  etsə,  üzrü  aradan  qalxdiqdan  sonra 

təyəmmümü batil olur. 

Məsələ  728:  Dəstəmazı  batil  edən  şeylər,  dəstəmazın 

əvəzində  olan  təyəmmümü  də  batil  edir  və  qüslü  batil  edən 

şeylər, qüsl əvəzində olan təyəmmümü də batil edir. 

Məsələ  729:  Qüsl edə bilməyən bir şəxsə bir neçə qüsl vacib 

olarsa, onların hamısının əvəzidə bir təyəmmüm etsə, kifayətdir. 

Ehtiyat-müstəhəb  budur  ki,  hər  birinin  əvəzində  bir  təyəmmüm 

etsin. 


Məsələ  730:  Qüsl  edə  bilməyən  bir  şəxs,  qüsl  ilə  yerinə 

yetirilməsi  vacib  olan  bir  iş  görmək  istəsə,  gərək  qüsl  əvəzində 

təyəmmüm  etsin.  Əgər  dəstəmaz  ala  bilməsə  və  dəstəmaz 

alınması  vacib  olan  bir  iş  görmək  istəsə,  gərək  dəstəmaz 

əvəzində təyəmmüm etsin. 

Məsələ  731:  Əgər  cənabət  qüslü  əvəzində  təyəmmüm  etsə, 

namaz  üçün  dəstəmaz  alması  lazım  deyil.  Amma  sair  qüslların 




172        

TƏYƏMMÜM 

 

əvəzində  təyəmmüm  etsə,  dəstəmaz  üçün  kifayət  etmir.  Əgər 



dəstəmaz  da  ala  bilməsə,  gərək  onun  əvəzində  də  başqa  bir 

təyəmmüm etsin. 



Məsələ  732:  Əgər  qüsl  əvəzində  təyəmmüm  etdikdən  sonra 

dəstəmazı  batil  edən  bir  şey  qarşıya  çıxsa,  bu  halda  sonrakı 

namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat-

vacibə  görə,  qüsl  əvəzində  təyəmmüm  etsin.  Əgər  dəstəmaz  ala 

bilməsə,  vəzifəsini  yerinə  yetrmək  niyyəti  ilə  bir  təyəmmüm 

etsə, kifayətdir. 



Məsələ 733: Bir şəxs bir əməli yerinə yetirmək üçün məsələn: 

namaz  qılmaq üçün dəstəmaz  və  qüsl  əvəzində  təyəmmüm etsə 

ehtiyat-vacib budur ki, o işi ğörmək qəsdilə üçüncü təyəmümmü 

də  etsin.  Amma  birinci  təyəmmümü  dastəmaz  və  ya  qüsl 

əvəzində,  ikinci  təyəmmümü  isə  vəzifəsini  yerinə  yetirmək 

məqsədi ilə edərsə, üçüncü təyəmmüm lazım deyil. 



Məsələ  734:  Vəzifəsi  təyəmmüm  olan  bir  şəxs,  müəyyən  bir 

iş  üçün  təyəmmüm  etsə,  təyəmmümü  və  üzrü  yerində  qaldıqca 

dəstəmaz və ya qüsl ilə yerinə yetirilməli olan işləri yerinə yetirə 

bilər.  Əgər  onun  üzrü  vaxtın  azlığıdırsa  və  ya  su  olduğu  halda 

meyyit namazı, yaxud yatmaq üçün təyəmmüm etsə, yalnız onun 

üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər. 



Məsələ  735:  Aşağıdakı  hallarda  təyəmmümlə  qılınan 

namazların yenidən qılıması müstəhəbdir: 

1-Sudan  istifadə  etdiyi  halda  zərər  törənəcəyindən  qorxub, 

bilərəkdən özünü cünub etsə və təyəmmümlə namaz qılsa; 

2-Su  tapmayacağını  bilib,  yaxud  güman  etdiyi  halda  qəsdən 

özünü cünub etsə və təyəmmümlə namaz qılsa; 

3-Vaxtın axırına qədər qəsdən su axtarmağa getməyib, namazı 

təyəmmümlə  qılsa  və  sonradan  bilsə  ki,  əgər  su  axtarmağa 

getsəydi, tapacaqdı; 

4-Su  tapa  bilməyəcəyini  bilib,  yaxud  güman  etdiyi  halda 

əlində olan suyu yerə töksə; 



İzahlı şəriət hökmləri

       173 

 

5- Qəsdən namazı təxirə salıb, vaxtın axırında təyəmmüm ilə 



qılsa; 

 



174        

NAMAZIN HÖKMLƏRİ 

 

NAMAZIN HÖKMLƏRİ 

Namaz  dinin  ən  mühüm  əməllərindəndir  ki,  əgər  Allah-

təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; əgər 

qəbul  olunmazsa,  sair  əməllər  də  qəbul  olunmaz.  İnsan  gündə 

beş  dəfə  çayda  çimsə,  bədəni  çirkdən  təmizləndiyi  kimi,  beşlik 

təşkil  edən  namazlar  da  insanı  günahlardan  təmizləyir.  Daha 

yaxşı  olar  ki,  insan  namazı  vaxtın  əvvəlində  qılsın.  Hər  şəxs 

namazı  yüngül  saysa,  namaz  qılmayanlar  kimidir.  Peyğəmbəri-

Əkrəm 

(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  buyurub:  “Namaza 

əhəmiyyət  verməyən  və  onu  yüngül  sayan  şəxs,  axirət  əzabına 

layiqdir”. 

Günlərin birində, Həzrəti Peyğəmbər 

(səlləllahu ələyhi və alihi və 

səlləm) 

məsciddə idi, bir kişi məscidə daxil olub namaza başladı, 

amma  rüku  və  səcdəni  layiqincə  yerinə  yetirmədi.  Həzrət 

buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə, 

mənim dinimdə dünyadan getməyib”. 

Deməli,  insan  gərək  çalişsın  ki,  namazı  əlüstü  və  təcili  halda 

qılmasın.  Namaz  halında  Allahı  yad  etsin,  xüzu  və  xüşu  və 

vüqarlı  olsun.  Xatırlasın  ki,  kiminlə  danışır.  Özünü  Allahın 

böyüklüyü  və  əzəməti  qarşısında  çox  zəlil  və  əhəmiyyətsiz 

görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə, 

özündən  xəbərsiz  olar.  Necə  ki,  namaz  halında  Əlinin 

(ələyhis-

səlam)

  mübarək  ayağından  oxu  çıxardılar  və  o  həzrət  bunu  hiss 

etmədi. 

Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın 

Allah  dərgahında  qəbul  olmasının  qarşısını  alan  günahları 

(həsəd,  təkəbbür,  qeybət,  haram  mal  yemək,  məstedici  şeylər 

içmək,  xüms-zəkat  verməmək,  ümumiyyətlə  hər  günahı)  tərk 

etsin.  Həmçinin,  daha  yaxşı  olar  ki,  namazın  savabını  azaldan 

işləri də  etməsin;  məsələn:  yuxulu halda,  bövlün qabağını  zorla 

saxladığı  halda  namaza  dayanmasın,  namazda  göylərə  tərəf 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə