İzahlı şəriət hökmləri
181
“öhdəsində olan vəzifəni yerinə yetirmək” (ma fiz-zimmə)
niyyəti ilə qılsın.
3. Bir rəkət qılmaq miqdarda vaxt olmaya, bu halda məğrib və
işa namazları hər ikisi qəzadır. Ehtiyat-vacibə əsasən məğrib və
işa namazlarını sübh azanınadək, “öhdəsində olan vəzifəni yerinə
yetirmək” (ma fiz-zimmə) niyyəti ilə qılsın.
Üzürlü səbəbə görə məğrib və işa namazlarını sübh azanına
qədər təxirə salmağında üç haləti var:
1. Beş rəkətlik namaz qılmaq miqdarında vaxt qalsa, məğrib
və işa namazının hər ikisini ardıcıllıq və əda niyyəti ilə
qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, əda və ya qəza niyyəti
etməsin.
2. Amma bu miqdarda vaxt olmasa, bir rəkət və ya daha çox
namaz qılmaq miqdarda vaxt olsa, bu surətdə məğrib namazı
qəza olub gərək işa namazını qılsın, sonra isə məğrib namazının
qəzasını qılsın. İşa namazını bu vaxt əda niyyəti ilə qılmalıdır.
Ehtiyat-müstəhəb budur ki, əda və ya qəza niyyəti etməsin.
3. Bir rəkət qılmaq miqdarda vaxt olmaya, bu halda məğrib və
işa namazları hər ikisi qəzadır. Ehtiyat-vacibə əsasən üzürsüz
səbəbə görə sübh azanına qədər namazı təxirə salmaq, üzürlü
səbəbə görə təxirə salmaq hökmündədir. Gərək əda və qəza
niyyəti etməsin.
Məsələ 758: Müsafir olan şəxs zöhr və əsr namazlarını günəş
qürub edənə qədər qılmasa, həmçinin məğrib və işa namazlarını
gecə yarısına qədər və ya sübh azanına qədər üzürlü səbəbə görə
qılmasa keçən məsələdə qeyd olunanlar burada da icra olunur.
Bu iki məsələnin arasında olan fərq budur ki, keçən məsələdə
vaxtın miqdarı müsafir olmayan üçün zöhr və və əsr, məğrib və
işa namazlarında beş rəkət vaxın sonuna qalmış nəzərdə
tutulmuşdu, amma müsafir üçün zöhr və əsr üç rəkət məğrib və
işa dörd rəkət nəzərdə alınır.
182
NAMAZIN HÖKMLƏRİ
Məsələ 759: Müstəhəbdir ki, insan namazı onun əvvəl
vaxtında qılsın. Bu barədə çoxlu tövsiyələr olunmuşdur. Namaz
nə qədər vaxtın əvvəlinə yaxın vaxtlarda qılınsa daha yaxşıdır.
Amma namazı daha yaxşı müəyyən bir cəhətə ğörə təxirə salmaq
olar; məsələn: gözləsin ki, namazı camaatla birlikdə qılsın.
Məsələ 760: Əgər insan əvvəl vaxtda namaz qılmaq istəsə,
müəyyən üzr səbəbilə çarəsiz qalıb; məsələn: təyəmmümlə və ya
nəcis paltarla qılmalı olsa, bu halda, vaxtın axırına qədər
üzrünün qalacağını bilsə, əvvəl vaxtda namaz qıla bilər. Amma
üzrün aradan qalxmasına ehtimal versə, bu halda gərək gözlısin
üzrü aradan qalxsın. Əgər üzürü aradan qalxmasa axır vaxtda
namaz qıla bilə; amma o qədər də gözləməməlidir ki, namazın
təkcə vacib işlərini yerinə yetirə bilsin, hətta namazın müstəhəb
əməlləri üçün də, azan, iqamə, qunut vaxtı olsa, təyəmmüm edib,
namazı o müstəhəb əməllər ilə yerinə yetirə bilər.
Məsələ 761: Namazın məsələlərini, şəkkiyyatı, səhviyyatını
bilməyən şəxs, bunlardan hər hansının namazda qarşıya
çıxacağına və namazı batil edəcəyini ehtimal verirsə, namazı
əvəll vaxtında qəti niyyətlə qıla bilməz, namazı rəca ümüdü ilə
qılmalı və ya onları öyrənmək üçün namazı əvvəl vaxtdan təxirə
salsın. Amma namazı səhih tərzdə tamamlayacağına əmindirsə,
əvvəl vaxtda namazı qıla bilər. Deməli, əgər namazda hökmünü
bilmədiyi bir məsələ, irəli gəlməsə, namazı səhihdir. Amma
hökmünü bilmədiyi bir məsələ irəli gəlsə, cayizdir ki, ehtimal
verdiyi iki tərəfdən birinə əməl edərək, namazını qılıb qurtarsın.
Amma, namazdan sonra məsələni soruşmalıdır ki, batil olubsa,
yenidən qılsın. Əgər səhih olsa, yenidən qılması lazım deyil.
Məsələ 762: Əgər namazın vaxtı çox olsa və borclu da öz
borcunu istəsə, mümkün olan surətdə, gərək əvvəl borcunu verib,
sonra namaz qılsın. Həmçinin, əgər dərhal yerinə yetirilməsi
vacib bir iş qarşıya çıxsa; məsələn: məscidin nəcis olduğunu
görsə, gərək əvvəlcə məscidi təmizləsin, sonra namazı qılsın.
İzahlı şəriət hökmləri
183
Əvvəl namazını qılarsa günah etməsinə baxmayaraq, namazı
səhihdir.
TƏRTİBLƏ QILINMALI OLAN NAMAZLAR
Məsələ 763: İnsan gərək əsr namazını zöhrdən, işa namazını
isə məğribdən sonra qılsın. Əgər qəsdən əsr namazını zöhrdən və
işa namazını məğribdən əvvəl qılsa, batildir.
Məsələ 764: Əgər zöhr niyyəti ilə namaza başlasa və namaz
əsnasında, zöhr namazını qıldığı yadına düşsə, niyyəti əsrə
döndərə bilməz. O namazı pozub əsr namazını qılmalıdır.
Məğrib və işa namazında da bu qayda ilə.
Məsələ 765: Əgər əsr namazı əsnasında zöhr namazını
qılmadığını yəqin edib niyyəti zöhr namazına çevrsə və yenidən
zöhr namazını qıldığını xatırlasa, ehtiyat-vacibə görə, gərək
niyyəti əsrə döndərib, namazı qılıb qurtarasın və sonra əsr
namazını yenidən qılsın. Əgər niyyətini zöhrə çevirdiyi zaman,
namazın əməllərindən heç birini yerinə yetirməyibsə, namazı əsr
niyyəti ilə tamamlasın; əsrin yenidən qılınması lazım deyil.
Məsələ 766: Əgər əsr namazı əsnasında, zöhrü qılıb-
qılmaması barədə şəkk etsə, gərək niyyəti zöhrə döndərsin.
Amma, namazının qurtaracağı təqdirdə məğrib namazinin
vaxtının yetişəcəyi qədər vaxt az olsa, gərək əsr namazı niyyəti
ilə namazı qurtarsın. Zöhrün qəzasın qılması, vacib deyil.
Məsələ 767: Əgər işa namazı əsnasında dördüncü rəkətin
rükusuna getməmişdən əvvəl, məğrib namazını qılıb-qılmaması
barədə şəkk etsə, bu halda vaxt çox az olsa, gərək işa namazı
niyyəti ilə namazı tamamlasın sonra ehtiyata əsasən məğrib
namazının qəzasını qəlsın. Amma beş rəkət namaz qılmaq
miqdarda vaxt olsa gərək namazı pozsun əvvəl məğrib namazını
qılıb sonra isə işa namazını qılsın.
Məsələ 768: Əgər işa namazında dördüncü rəkətin rükusuna
çatandan sonra məğrib namazını qılıb-qılmaması barədə şəkk
Dostları ilə paylaş: |