Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə65/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   61   62   63   64   65   66   67   68   ...   209

178        

NAMAZIN HÖKMLƏRİ 

 

qılmasını bilsə, namazı səhihdir və məğrib namazını ondan sonra 



qılmalıdır. 

Məsələ  745:  Mənası  qabaqkı  məsələdə  deyilən  məxsus  və 

müştərək vaxt, müxtəlif şəxslər üçün fərqlidir; məsələn: əgər iki 

rəkət  namaz  qılmaq  müddəti  miqdarında  zöhrün  əvvəlindən 

keçsə,  səfərdə  olan  şəxsin  zöhr  namazının  məxsus  vaxtı  tamam 

olur və müştərək vaxtda daxil olur. Müsafir olmayan şəxs üçün, 

gərək zöhrün əvvəlindən dörd rəkət namaz qılmaq müddəti qədər 

vaxt keçsin. 

Məsələ  746:  Əgər  məğrib  namazını  qılmamışdan  əvvəl 

səhvən  işa  namazına  başlasa  və  namaz  əsnasında  səhvini  başa 

düşsə,  bu  halda  əgər  dördüncü  rəkətin  rükusuna  getməyibsə, 

gərək  niyyətini  məğrib  namazına  çevirib  namazı  tamamlasın, 

sonra  isə  işa  namazını  qılsın.  Ehtiyat  budur  ki,  əgər  onun  bir 

miqdarını  məğrib  namazının  məxsus  vaxtında  qılsa,  məğrib 

namazını  ikinci  dəfə  işa  namazından  qabaq  qılsın.  Əgər 

dördüncü  rəkətin  rükusuna  gedibsə,  ehtiyata  əsasən  gərək 

namazını  tamamlayıb  məğrib  namazını  qılandan  sonra,  işa 

namazını yenidən qılsın. 



Məsələ 747: İşa namazının axır vaxtı üzrü olmayan şəxs üçün 

gecə  yarısıdır.  Gərək  gecəni  qürubun  əvvəlindən  Günəş  çıxan 

vaxta qədər deyil, sübh azanına qədər hesab etsin.

1

 



Məsələ  748:  Əgər  üzrlü  səbəbə  görə  məsələn:  yuxu, 

unutqanlıq  və  ya  heyizə  görə  məğrib  və  işa  namazını  gecə 

yarısına  qədər  qıla  bilməsə,  namazı  qəza  olmayıb  gərək  sübh 

azanına qədər əda niyyəti ilə qılsın. Ehtiyat-müstəhəb budur ki, 

gərək sübh azanından qabaq əda və qəza niyyəti etmədən qılsın. 

Əgər  günah  üzündən  məğrib  və  işa  namazlarını  gecə  yarısına 

                                              

1

 - Buna əsasən, təqribən on bir saat, iyirmi dəqiqə zöhrün şəri vaxtından 



sonra, məğrib və işa namazlarının axır vaxtıdir.  


İzahlı şəriət hökmləri

       179 

 

qədər  qılmasa  onun  namazı  qəzadır.  Ehtiyat-vacib  budur  ki, 



gərək sübh azanından qabaq əda və qəza niyyəti etmədən qılsın. 

SÜBH NAMAZININ VAXTI 

Məsələ  749:  Sübh azanına  yaxın vaxtlarda günçıxan tərəfdən 

bir  ağartı  üzü  yuxarı  tərəfə  hərəkət  edir  ki,  buna  birinci  fəcr 

deyilir. Bu ağartının yayılıdıqdan sonrakı vaxta ikinci fəcr deylir 

ki,  bu  da  sübh  namazının  əvvəl  vaxtıdır.  Sübh  namazının  axır 

vaxtı isə Günəşin çıxdığı vaxtdır.  

NAMAZ VAXTININ HÖKMLƏRİ 

Məsələ  750:  İnsan  o  vaxt  namaz  qılmağa  başlaya  bilər  ki, 

vaxtın daxil olduğunu yəqin etsin, yaxud iki nəfər adil kişi vaxtın 

daxil olmasını xəbər versin və ya vaxtı bilən azançı azan versin. 

Məsələ  751:  Əgər,  bulud,  toz,  korluq  və  ya  zındanda  olmaq 

səbəbilə  namaz  vaxtının  daxil  olmasını  yəqin  edə  bilməsə, 

ehtiyat-vacibə  görə  vaxtın  daxil  olduğunu  yəqin  edənədək 

namazı təxirə salsın. 



Məsələ  752:  Əgər  vaxtın  daxil  olmasını  iki  adil  kişi  xəbər 

versələr və ya insan başqa yollarla namaz vaxtının daxil olmasını 

yəqin  etsə,  yaxud  da  azan  vasitəsi  ilə  əminlik  hasil  etsə,  namaz 

qılmağa  məşğul  olub  namaz  əsnasında  vaxtın  olmamasını  başa 

düşsə,  onun  namazı  batildir.  Həmçinin,  əgər  namazdan  sonra 

bütün namazı vaxtından qabaq qıldığını başa düşsə, onun namazı 

batildir. Amma namaz əsnasında namaz vaxtının daxil olduğunu 

başa  düşsə  və  ya  namazdan  sonra  namaz  qıldığı  əsnada  vaxtın 

daxil olduğunu başa düşsə, onun namazı səhihdir. 

Məsələ  753:  Əgər  insan,  namaz  üçün,  vaxtın  daxil  olmasını 

yəqin  etməyin  gərəkli  olmasından  xəbəri  olmadan  namaza 

başlasa,  əgər  namazdan  sonra,  namazını  vaxtında  qıldığını  başa 

düşsə,  onun  namazı  səhihdir.  Bütün  namazı,  vaxtından  əvvəl 

qıldığını  başa  düşsə,  yaxud  vaxtında  və  ya  vaxtından  əvvəl 



180        

NAMAZIN HÖKMLƏRİ 

 

qıldığını  başa  düşməsə,  namazı  batildır.  Hətta  namazdan  sonra 



başa düşsə ki, namaz qıldığı əsnada vaxt daxil olmuşdur, ehtiyat-

vacibə ğörə, gərək namazını yenidən qılsın. 



Məsələ  754:  Əgər  vaxtın  daxil  olmasını  yəqin  edib  namaza 

başlasa və namaz əsnasında vaxtın daxil olub-olmamasında şəkk 

etsə,  namazı  batildir.  Əgər  namaz  əsnasında  vaxtın  daxil 

olmasına  yəqin  etsə,  namaza  vaxtından  qabaq  başlamasına 

itminanı olmasına baxmayaraq namazı səhihdir.  

Məsələ  755:  Əgər  namazın  vaxtı  az  olsa  və  onun  bəzi 

müstəhəblərinin  məsələn:  azan  və  qunut  kimi  (hətta  surəni) 

yerinə  yetirilməsi  nəticəsində,  namazın  bir  miqdarını  vaxtdan 

xaricdə  qılacağına  səbəb  olsa,  gərək  o  müstəhəbləri  yerinə 

yetirməsin. 

Məsələ  756:  Bir  şəxsin  bir  rəkət  namaz  qılmaq  miqdarında 

vaxtı  olsa,  əgər  namazı  bilərəkdən  bu  vaxta  qədər  təxirə  salsa 

günah etmişdir, amma gərək namazı əda niyyəti ilə qılsın. 

Məsələ  757:  Müsafir  olmayan  bir  şəxsin  məğribədək 

namazını qılmasa bunun üç surəti var: 

1.  Beş  rəkətlik  namaz  miqdarında  vaxtı  qalsa,  gərək  zöhr  və 

əsr namazının hər ikisini tərtib ilə qılsın.  

2. Bir rəkət və ya daha çox namaz qılmaq miqdarda vaxt olsa 

gərək təkcə əsr namazını qılsın, sonra isə zöhrün qəzasını etsin.  

3.  Bir  rəkət  qılmaq  miqdarda  vaxt  olmaya,  bu  halda  zöhr  və 

əsr namazları hər ikisi qəzadır.  

Həmçinin  məğrib  və  işa  namazının  hər  ikisini  gecə 

yarısınadək təxirə salsa bununda üç surəti var: 

1.  Gecə  yarısınadək  beş  rəkətlik  namaz  qılmaq  miqdarında 

vaxt  qalsa,  məğrib  və  işa  namazının  hər  ikisini  ardıcıllıq  ilə 

qılmalıdır. 

2. Bir rəkət və ya daha çox namaz qılmaq miqdarda vaxt olsa, 

gərək  təkcə  işa  namazını  qılıb,  sonra  məğrib  namazını  qılsın. 

Ehtiyat-vacibə  əsasən  məğrib  namazını  sübh  azanınadək, 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə