Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə64/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   60   61   62   63   64   65   66   67   ...   209

İzahlı şəriət hökmləri

       175 

 

baxmasın.  Həmçinin,  namazın  savabını  artıran  əməlləri  yerinə 



yetirsin,  məsələn,  əqiq  üzük  taxsın,  pakizə  paltarlar  geysin, 

başını darayıb, dişlərini yusun, özünü ətirləsin. 



VACİBİ NAMAZLAR 

Vacibi namazlar altıdır: 

1. Gündəlik namazlar. 

2. Ayət namazı. 

3. Meyyit namazı.  

4. Kəbə evinin vacibi təvaf namazı. 

5. Atanın böyük oğula vacib olan qəza namazı. 

6. İcarə, nəzr, and və əhd ilə vacib olan namaz. Cümə namazı 

gündəlilk namazlardandır. 

GÜNDƏLİK VACİB NAMAZLAR 

Gündəlik  vacib  namazlar  beşdir:  zöhr  və  əsr  (hər  biri  dörd 

rəkət), məğrib (üç rəkət), işa (dörd rəkət), sübh (iki rəkət). 

Məsələ 736: Səfərdə dörd rəkətli namazlar, gələcəkdə deyilən 

şərtlərlə iki rəkət qılınmalıdır. 



ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTI 

Məsələ  737:  Əgər  çubuq  və  bu  kimi  şeyi  düz  yerə  şaquli 

vəziyyətdə  batırsalar,  Günəş  çıxanda,  onun  kölgəsi  günbatan 

tərəfə  düşür.  Günəş  yuxarı  qalxdıqca,  onun  kölgəsi  azalır  çox 

ölkələrdə  zöhrün  əvvəlinci  şəri  vaxtı

1

,  ən  az  dərəcəyə  çatır. 



Günortadan  keçdikdən  sonra  kölgə,  məşriqə  (günçıxana)  üz 

qoyaraq  çoxalır.  Günəş  qüruba  yaxınlaşdıqca,  çubuğun  kölgəsi 

                                              

1

 Şəri zöhr, günün yarısının keçməsindən ibarətdir; məsələn: əgər gün on 



iki  saatdırsa,  Günəş  doğadan  altı  saat  sonra  şəri  zöhrdür.  Əgər  gün  on  üç 

saatdırsa, Günəş doğduqdan altı saat yarım sonra, şəri zöhrdür. Əgər gün on 

bir  saat  olsa,  Günəşin  doğduğundan  beş  saat  yarım  keçdikdən  sonra 

qürubadək olan vaxtdır.  




176        

NAMAZIN HÖKMLƏRİ 

 

də  uzanır.  Buna  görə  də,  kölgə,  ən  az  (minimum)  nöqtəyə  çatıb 



və  yenidən çoxalmağa  üz qoyduğu vaxt, şəri  vaxtla zöhr olması 

məlum  olur.  Amma  bəzi  şəhərlərdə  Məkkə  kimi,  bəzi  vaxtlar 

zöhr olanda, çubuğun kölgəsi tamamilə yox olur. Kölgə yenidən 

görünməyə başlayanda məlum olur ki, zöhr olmuşdur. 



Məsələ  738:  Zöhr  və  əsr  namazlarının  hər  birinin  məxsus  və 

müştərək  vaxtları  vardır.  Zöhr  namazının  məxsus  vaxtı  zöhrün 

əvvəlindən, zöhr namazı qılınadək keçən vaxt qədərdir. Əgər bir 

şəxs  səhv  üzündən  butun  əsr  namazını  bu  vaxtda  qılsa,  namazı 

ehtiyata əsasən gərək hər iki namazı ardıcıllıq ilə yenidən qılsın. 

Əsr  namazının  məxsus  vaxtı  isə  məğribə,  əsr  namazı  qılmaq 

miqdarında  vaxt  qalandadır.  Əgər  bir  şəxs,  bu  vaxta  qədər  zöhr 

namazını  qılmasa  qəza  olur  və  gərək  əsr  namazını  qılsın.  Zöhr 

namazının məxsus vaxtı ilə əsr namazının məxsus vaxtı arasında 

olan  vaxt,  zöhr  və  əsr  namazların  müştərək  vaxtıdır.  Əgər  bir 

şəxs  müştərək  vaxtda  səhvən  bütün  əsr  namzını,  zöhr 

namazından  qabaq  qılsa,  namazı  səhihdir.  Gərək  zöhr  namazını 

ondan  sonra  yerinə  yetirsin.  Əgər  əsr  namazının  bir  miqdarını 

müştərək vaxta qılsa məsələn: əsr namazının üç rəkətini zöhrün 

vaxtında  və  bir  rəkətini  müştərək  vaxtda  qılsa,  ehtiyata  əsasən 

gərək əsr namazını zöhr namazından sonra yenidən qılsın.  



Məsələ  739:  Əgər zöhr namazını qılmazdan əvvəl səhvən əsr 

namazına  başlasa  və  namaz  əsnasında  səhvini  başa  düşsə,  bu 

halda qıldığı miqdarın hamısı və ya bir miqdarı müştərək vaxtda 

olsa niyyəti gərək zöhr namazına çevirsin. Yəni niyyət etməlidir 

ki,  bu  vaxta  qədər  qılmış  olduğum,  hal-hazırda  qıldığım  və 

bundan  sonra  qılacaqlarım,  zöhr  olsun.  Namazı  qurtarandan 

sonra  isə  əsr  namazını  qılsın.  Əgər  zöhr  namazının  məxsus 

vaxtında  olsa  ehtiyat-vacibə  görə  niyyətini  zöhr  namazına 

çevirib  namazı  tamamlasın  və  sonra  isə  hər  iki  namazı  tərtiblə 

qılsın. 




İzahlı şəriət hökmləri

       177 

 

Məsələ 740: İmam 

(ələyhis-salam)

 hüzuru dövründə vacibdir ki, 

cümə  günü,  zöhr  namazının  yerinə  iki  rəkət  cümə  namazı 

qılınsın.  Amma  o  həzrətin  ğeybət  zamanında  cümə  namazını 

bütün  şəraiti  ilə  qılmaq  imkanı  varsa,  zöhr  namazını  qılmaq 

ehtiyatın əksinədir. 



Məsələ  741:  Cümə  namazı,  sübh  namazı  kimi  iki  rəkətdir. 

Yalnız qunut və xütbə ilə ondan fərqlənir Cümə namazı ixtiyarlı 

vacibdir.  Yəni  mükəlləf  cümə  günü  cümə  namazını  qılmaq  ilə 

(şəraiti  olarsa)  zöhr  namazını  qılmaq  arasında  ixtiyar  sahibidir. 

Əgər  cümə  namazını  qılarsa  ehtiyat-vacib  budur  ki,  zöhr 

namazını da qılsın. 



Məsələ 742: Cümə namazının vaxtı zöhrün əvvəlindən adətən 

namaz qılınan vaxta qədərdir. 



MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI 

Məsələ 743: Məğrib o vaxtıdır ki, gün batandan sonra məşriq 

tərəfdən  zahir  olan  qızartı,  insanın  başının  üstündən  məğribə 

tərəf keçsin.  

Məsələ  744:  Məğrib  və  işa  namazlarının  hər  birinin  həm 

məxsus,  həm  də  müştərək  vaxtı  vardır.  Məğrib  namazının 

məxsus  vaxtı,  məğribin  əvvəlindən  başlayır  və  məğribdən  üç 

rəkət namaz qılmaq qədər vaxt keçənədəkdir. Əgər məsələn: bir 

şəxs  səfərdə  olsa  və  səhv  üzündən  bütünlüklə  işa  namazını  bu 

vaxtda  qılsa,  namazı  batildir,  İşa  namazının  da  məxsus  vaxtı 

budur  ki,  onu  qılmaq  miqdarında  gecənin  yarısına  vaxt  qalmış 

olsun.  Əgər  bir  şəxs  bu  vaxta  qədər  məğrib  namazını  qılmasa, 

əvvəlcə  gərək  işa  namazını,  sonra  isə  məğribi  qılsın.  Məğrib 

namazının  məxsus  vaxtı  ilə  işa  namazının  məxsus  vaxtları 

arasındakı  vaxt,  məğrib  namazı  ilə,  işa  namazının  müştərək 

vaxtıdır.  Əgər  bir  şəxs  müştərək  vaxtda  səhvən  işa  namazını 

məğrib  namazından  əvvəl  qılsa  və  namazdan  sonra,  əvvəl 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə