184
NAMAZIN HÖKMLƏRİ
etsə, gərək namazı qurtarıb sonra məğrib namazını qılsın və
ehtiyat-vacib budur ki, işa namazını da yenidən qılsın.
Məsələ 769: Əgər insan, qıldığı namazı ehtiyat üzündən
yenidən qılsa və namaz əsnasında ondan qabaq qılmalı olduğu
namazı qılmadığı yadına düşsə, niyyəti həmin namaza döndərə
bilməz; məsələn: əsr namazını ehtiyatən qıldığı vaxtda, zöhr
namazını qılmadığı yadına düşsə, niyyəti zöhrə döndərə bilməz.
Məsələ 770: Niyyəti, qəza namazından əda namazına və
müstəhəbdən vacibə döndərmək caiz deyil.
Məsələ 771: Əgər əda namazının vaxtı çox olsa, şəxs, namaz
əsnasında nəzərdən qaçırdığı qəza namazının öhdəsində
olduğunu xatırlasa, ehtiyat-müstəhəb budur ki, ki, niyyətini
qəzaya çevirsin. Amma gərək niyyəti qəza namazına döndərmək
mümkün olsun; məsələn: zöhr namazını qılmağa məşğul olsa,
üçüncü rəkətin rükusuna daxil olmamış, niyyətini sübhün
qəzasına döndərə bilər.
MÜSTƏHƏB NAMAZLAR
Məsələ 772: Müstəhəb namazlar çoxdur, onlara nafilə deyilir.
Müstəhəb namazlar arasında, gecə-gündüz naflə namazlarının
qılınmasına daha çox tövsiyə olunubdur. Onlar, cümə günü
istisna olmaqla, 34 rəkətdən ibarətdir ki, səkkizi zöhrün, səkkizi
əsrin, dördü məğribin, ikisi işanın, on biri gecə namazının, ikisi
sübh namazının nafiləsidir. İşa namazının nafiləsini, ehtiyat-
vacibə əsasən oturan yerdə qılınmalı olduğuna görə, bir rəkət
hesab olunur. Amma cümə günündə zöhr və əsrin on altı rəkət
nafiləsinə dörd rəkət də əlavə olur. Daha yaxşı olar altı rəkəti
günəç yayılanda, altı rəkəti günəç qalxanda, altı rəkəti zöhrə
yaxın vaxtlarda və iki rəkəti zöhr vaxtı qılınsın.
Məsələ 773: Gecənin on bir rəkət nafilə namazının səkkiz
rəkəti, gərək gecənin nafilə namazı niyyətilə, iki rəkəti “şəf”
namazı, bir rəkəti də vətr namazı niyyəti ilə qılınmalıdır.
İzahlı şəriət
hökmləri
185
Məsələ 774: Nafilə namazlarını oturan halda qılmaq olar.
Amma daha yaxşı olar ki, iki rəkət oturan halda qılınan nafilə
namazı, bir rəkət hesab olunsun; məsələn: zöhr namazının səkkiz
rəkət nafiləsini oturan yerdə qılmaq istəyən şəxs, daha yaxşı olar
ki, on altı rəkət qılsın. Əgər vətr namazını otutduğu halda qılmaq
itəsə, iki ədəd bir rəkətli namazı oturduğu halda qılsın.
Məsələ 775: Səfərdə zöhr və əsrin nafiləsi qılınmamalıdır.
Amma işa namazının nafiləsini səfərdə qılmaq olar. Ehtiyat
budur ki, onu rəca niyyəti ilə yerinə yetirsin.
GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI
Məsələ 776: Zöhr namazının nafiləsi onun özündən əvvəl
qılınır. Onun vaxtı, zöhrün əvvəlindən başlayıb, əmələ gələn
kölgənin şaxisin uzunluğunun yeddidə ikisini keçənədəkdir;
məsələn: əgər şaxisin uzunluğu yeddi qarış olsa, günortadan
sonra görünən kölgənin uzunluğu, iki qarışa çatdığı zaman, zöhr
namazı nafiləsinin axır vaxtıdır.
Məsələ 777: Əsr namazının nafiləsi əsrdən əvvəl qılınır.
Onun
vaxtı isə şaxisin zöhrdən sonra əmələ gələn kölgəsinin şaxisin
uzunluğunun yeddidə dördünə çatdığı vaxtadəkdir. Amma
zöhrün və ya əsrin nafiləsini şaxisin kölgəsi yeddidə ikiyə və ya
yeddidə dördə çatandan sonra qılmaq istəsə, daha yaxşı olar
nafiləni vacibdən sonra qılsın, əda və qəza niyyəti də etməsin.
Onları zöhr namazından qabaq da qılmaq olar, hətta cümə
günlərindən qeyri günlərdə də, xüsusi ilə də qılmasa sonra qıla
bilməyəcəyini bilsə (zöhr namazından qabaq da qılmaq olar).
Məsələ 778: Məğrib nafiləsinin vaxtı məğrib namazı tamam
olandan sonra başlayaraq, məğribdən sonra Günəş qürub etdiyi
zaman günbatan tərəfdə əmələ gələn qızartının aradan getdiyi
vaxta qədər davam edir.
Məsələ 779: İşa namazının nafiləsinin vaxtı, işa namazı başa
çatdıqdan sonra başlayaraq, işa namazı əda olan vaxta qədər
186
NAMAZIN HÖKMLƏRİ
davam edir. Daha yaxşı olar ki, işa namazından sonra dərhal
qılınsın.
Məsələ 780: Sübh namazının nafiləsi sübh namazından qabaq
qılınır və onun vaxtı birinci fəcrdən sonra başlayaraq məşriq
tərəfdə qızartı yarananadəkdir. Birinci fəcrin nişanəsi “sübh
namazının vaxtı” bölməsində deyildi və sübhün nafiləsini, axşam
nafiləsıninin arxasınca fasiləsiz olaraq qılmaq mümkündür.
Məsələ 781: Gecə nafiləsinin vaxtı, gecə yarısından
başlayaraq sübh azanına qədərdir. Daha yaxşı olar ki, sübh
azanına yaxın vaxtlarda qılınsın.
Məsələ 782: Səfərə çıxan və o şəxs ki, gecə nafiləsini gecə
yarısından sonra qılmaq onun üçün çətindir, onu gecənin
əvvəlində qıla bilər.
ĞÜFEYLƏ NAMAZI
Məsələ 783: Müstəhəb namazlardan biri də ğüfeylə namazıdır
ki, məğrib və işa namazları arasında qılınır. Onun vaxtı, etiyata
ğörə, məğrib tərəfdəki qızartı aradan gedməmişdən qabaqdır.
Daha yaxşı olar ğüfeylə namazını məğrib namazının nafiləsindən
hesab etsinlər.
ĞÜFEYLƏ NAMAZININ QILINMA QAYDASI
Onun birinci rəkətində həmddən sonra gərək surənin yerinə bu
ayə oxusun:
َ
ن
ْ
ن
َ
ل
ْ
ن
َ
أ
َّ
ن
َ
ظ
َ
ف
اب ّضا
َ
غ
ُ
م َب
َ
ه
َ
ذ
ْ
ذ ّإ ّنو
ُّ
نلا ا
َ
ذ
َ
و
َ
ر ّد
ْ
ق
ّه
ْي
َ
ل
َ
ع
َ
ف
ي ّف ي
َ
دا
َ
ن
ِّ
ن ّإ
َ
ك
َ
نا
َ
ح ْب
ُ
س
َ
ت
ْ
ن
َ
أ
َّ
لا ّإ
َ
هل ّإ
َ
لا
ْ
ن
َ
أ ّتا
َ
م
ُ
ل
ُّ
ظلا
ْ
ن
ُ
ك ي
ا
َ
ن ّم
ُ
ت
.
َ
نيم ّلا
َّ
ظل
ّلا
َ
ذ
َ
ك
َ
و
ِّ
م
َ
غلا
َ
ن ّم
ُ
ها
َ
ن ْي
َّ
ج
َ
ن
َ
و
ُ
ه
َ
ل ا
َ
ن ْب
َ
ج
َ
ت
ْ
سا
َ
ف
ْ
ن
ُ
ن
َ
ك
ُ
م
ْ
لا ي ّج
ّم
ْ
ؤ
.
َ
ني ّن
Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə
nada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu
minəzzaliminə, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və
kəzalikə nuncil-muminin.