Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə67/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   63   64   65   66   67   68   69   70   ...   209

184        

NAMAZIN HÖKMLƏRİ 

 

etsə,  gərək  namazı  qurtarıb  sonra  məğrib  namazını  qılsın  və 



ehtiyat-vacib budur ki, işa namazını da yenidən qılsın. 

Məsələ  769:  Əgər  insan,  qıldığı  namazı  ehtiyat  üzündən 

yenidən  qılsa  və  namaz  əsnasında  ondan  qabaq  qılmalı  olduğu 

namazı  qılmadığı  yadına  düşsə,  niyyəti  həmin  namaza  döndərə 

bilməz;  məsələn:  əsr  namazını  ehtiyatən  qıldığı  vaxtda,  zöhr 

namazını qılmadığı yadına düşsə, niyyəti zöhrə döndərə bilməz. 

Məsələ  770:  Niyyəti,  qəza  namazından  əda  namazına  və 

müstəhəbdən vacibə döndərmək caiz deyil. 



Məsələ  771: Əgər əda namazının vaxtı çox olsa, şəxs, namaz 

əsnasında  nəzərdən  qaçırdığı  qəza  namazının  öhdəsində 

olduğunu  xatırlasa,  ehtiyat-müstəhəb  budur  ki,  ki,  niyyətini 

qəzaya çevirsin. Amma gərək niyyəti qəza namazına döndərmək 

mümkün  olsun;  məsələn:  zöhr  namazını  qılmağa  məşğul  olsa, 

üçüncü  rəkətin  rükusuna  daxil  olmamış,  niyyətini  sübhün 

qəzasına döndərə bilər. 

MÜSTƏHƏB NAMAZLAR 

Məsələ 772: Müstəhəb namazlar çoxdur, onlara nafilə deyilir. 

Müstəhəb  namazlar  arasında,  gecə-gündüz  naflə  namazlarının 

qılınmasına  daha  çox  tövsiyə  olunubdur.  Onlar,  cümə  günü 

istisna olmaqla, 34 rəkətdən ibarətdir ki, səkkizi zöhrün, səkkizi 

əsrin, dördü məğribin, ikisi işanın, on biri gecə namazının, ikisi 

sübh  namazının  nafiləsidir.  İşa  namazının  nafiləsini,  ehtiyat-

vacibə  əsasən  oturan  yerdə  qılınmalı  olduğuna  görə,  bir  rəkət 

hesab  olunur.  Amma  cümə  günündə  zöhr  və  əsrin  on  altı  rəkət 

nafiləsinə  dörd  rəkət  də  əlavə  olur.  Daha  yaxşı  olar  altı  rəkəti 

günəç  yayılanda,  altı  rəkəti  günəç  qalxanda,  altı  rəkəti  zöhrə 

yaxın vaxtlarda və iki rəkəti zöhr vaxtı qılınsın. 

Məsələ  773:  Gecənin  on  bir  rəkət  nafilə  namazının  səkkiz 

rəkəti,  gərək  gecənin  nafilə  namazı  niyyətilə,  iki  rəkəti  “şəf” 

namazı, bir rəkəti də vətr namazı niyyəti ilə qılınmalıdır.  



İzahlı şəriət hökmləri

       185 

 

Məsələ  774:  Nafilə  namazlarını  oturan  halda  qılmaq  olar. 

Amma  daha  yaxşı  olar  ki,  iki  rəkət  oturan  halda  qılınan  nafilə 

namazı, bir rəkət hesab olunsun; məsələn: zöhr namazının səkkiz 

rəkət nafiləsini oturan yerdə qılmaq istəyən şəxs, daha yaxşı olar 

ki, on altı rəkət qılsın. Əgər vətr namazını otutduğu halda qılmaq 

itəsə, iki ədəd bir rəkətli namazı oturduğu halda qılsın.  



Məsələ  775:  Səfərdə  zöhr  və  əsrin  nafiləsi  qılınmamalıdır. 

Amma  işa  namazının  nafiləsini  səfərdə  qılmaq  olar.  Ehtiyat 

budur ki, onu rəca niyyəti ilə yerinə yetirsin. 

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI 

Məsələ  776:  Zöhr  namazının  nafiləsi  onun  özündən  əvvəl 

qılınır.  Onun  vaxtı,  zöhrün  əvvəlindən  başlayıb,  əmələ  gələn 

kölgənin  şaxisin  uzunluğunun  yeddidə  ikisini  keçənədəkdir; 

məsələn:  əgər  şaxisin  uzunluğu  yeddi  qarış  olsa,  günortadan 

sonra görünən kölgənin uzunluğu, iki qarışa çatdığı zaman, zöhr 

namazı nafiləsinin axır vaxtıdır. 



Məsələ 777: Əsr namazının nafiləsi əsrdən əvvəl qılınır.

 

Onun 



vaxtı  isə  şaxisin  zöhrdən  sonra  əmələ  gələn  kölgəsinin  şaxisin 

uzunluğunun  yeddidə  dördünə  çatdığı  vaxtadəkdir.  Amma 

zöhrün və ya əsrin nafiləsini şaxisin kölgəsi yeddidə ikiyə və ya 

yeddidə  dördə  çatandan  sonra  qılmaq  istəsə,  daha  yaxşı  olar 

nafiləni  vacibdən  sonra  qılsın,  əda  və  qəza  niyyəti  də  etməsin.

 

Onları  zöhr  namazından  qabaq  da  qılmaq  olar,  hətta  cümə 



günlərindən  qeyri  günlərdə  də,  xüsusi  ilə  də  qılmasa  sonra  qıla 

bilməyəcəyini bilsə (zöhr namazından qabaq da qılmaq olar). 



Məsələ  778:  Məğrib  nafiləsinin  vaxtı  məğrib  namazı  tamam 

olandan  sonra  başlayaraq,  məğribdən  sonra  Günəş  qürub  etdiyi 

zaman  günbatan  tərəfdə  əmələ  gələn  qızartının  aradan  getdiyi 

vaxta qədər davam edir. 



Məsələ  779:  İşa namazının nafiləsinin vaxtı, işa namazı  başa 

çatdıqdan  sonra  başlayaraq,  işa  namazı  əda  olan  vaxta  qədər 




186        

NAMAZIN HÖKMLƏRİ 

 

davam  edir.  Daha  yaxşı  olar  ki,  işa  namazından  sonra  dərhal 



qılınsın. 

Məsələ 780: Sübh namazının nafiləsi sübh namazından qabaq 

qılınır  və  onun  vaxtı  birinci  fəcrdən  sonra  başlayaraq  məşriq 

tərəfdə  qızartı  yarananadəkdir.  Birinci  fəcrin  nişanəsi  “sübh 

namazının vaxtı” bölməsində deyildi və sübhün nafiləsini, axşam 

nafiləsıninin arxasınca fasiləsiz olaraq qılmaq mümkündür. 

Məsələ  781:  Gecə  nafiləsinin  vaxtı,  gecə  yarısından 

başlayaraq  sübh  azanına  qədərdir.  Daha  yaxşı  olar  ki,  sübh 

azanına yaxın vaxtlarda qılınsın. 

Məsələ  782:  Səfərə  çıxan  və  o  şəxs  ki,  gecə  nafiləsini  gecə 

yarısından  sonra  qılmaq  onun  üçün  çətindir,  onu  gecənin 

əvvəlində qıla bilər. 

ĞÜFEYLƏ NAMAZI 

Məsələ 783: Müstəhəb namazlardan biri də ğüfeylə namazıdır 

ki,  məğrib  və  işa  namazları  arasında  qılınır.  Onun  vaxtı,  etiyata 

ğörə,  məğrib  tərəfdəki  qızartı  aradan  gedməmişdən  qabaqdır. 

Daha yaxşı olar ğüfeylə namazını məğrib namazının nafiləsindən 

hesab etsinlər. 

ĞÜFEYLƏ NAMAZININ QILINMA QAYDASI 

Onun birinci rəkətində həmddən sonra gərək surənin yerinə bu 

ayə oxusun: 

 

َ



ن 

ْ

ن



َ

ل 

ْ



ن

َ

أ 



َّ

ن

َ



ظ

َ

ف 



 

اب ّضا


َ

غ

ُ



م  َب

َ

ه



َ

ذ 

ْ



ذ ّإ  ّنو

ُّ

نلا ا



َ

ذ

َ



و

 

َ



ر ّد

ْ

ق



 

  ّه


ْي

َ

ل



َ

ع

 



َ

ف

 ي ّف ي



َ

دا

َ



ن

 

ِّ



ن ّإ 

َ

ك



َ

نا

َ



ح ْب

ُ

س 



َ

ت

ْ



ن

َ

أ 



َّ

لا ّإ 


َ

هل ّإ 


َ

لا 


ْ

ن

َ



أ  ّتا

َ

م



ُ

ل

ُّ



ظلا

 

ْ



ن

ُ

ك  ي



ا 

َ

ن ّم 



ُ

ت

 .



َ

نيم ّلا


َّ

ظل

 ّلا



َ

ذ

َ



ك

َ

و 



ِّ

م

َ



غلا 

َ

ن ّم 



ُ

ها

َ



ن ْي

َّ

ج



َ

ن 

َ



و 

ُ

ه



َ

ل ا


َ

ن ْب


َ

ج

َ



ت

ْ

سا



َ

ف

 



ْ

ن

ُ



ن 

َ

ك



 

ُ

م



ْ

لا ي ّج


 ّم

ْ

ؤ



.

َ

ني ّن



 

Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə 

nada  fizzulumati  ən  la  ilahə  illa  əntə  subhanəkə  inni  kuntu 

minəzzaliminə,  fəstəcəbna  ləhu  və  nəccəynahu  minəl-ğəmmi  və 

kəzalikə nuncil-muminin. 


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə