İzahlı şəriət hökmləri
171
olmaq, Peyğəmbərin
(səlləllahu ələyhi və alihi və səlləm)
məscidinə
və digər məscidlərə daxil olmaq bir qapıdan girib digər qapıdan
çıxmaq ilə olmasa da eybi yoxdur. Amma ehtiyat-müstəhəb
budur ki, tərk olunsun.
Məsələ 725: Əgər bir şəxs dəstəmaz və ya qüsl ala bilməyırsə,
gecə-gündüzün nafilə namazları kimi müəyyən vaxtda qılınan
müstəhəb namazları təyəmmümlə qıla bilər. Amma onların axır
vaxtınadək üzrün aradan qalxacağına ehtimal versə, ehtiyat
budur ki, gərək onları əvvəl vaxtlarında yerinə yetirməsin.
Məsələ 726: Ehtiyata görə cəbirə qüslü və təyəmmüm alan
şəxs, qüsl və təyəmmüm edib namaz qılandan sonra ondan kiçik
hədəs baş versə; məsələn: bövl etsə, ehtiyat budur sonrakı
namazlar üçün qüslün əvəzində təyəmmüm edib və dəstəmaz da
alsın. Əgər hədəs namazdan qabaq olsa o namaz üçün də
dəstəmaz alım və təyəmmümdə etsin.
Məsələ 727: Əgər bir şəxs su olmaması, yaxud başqa
səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdiqdan sonra
təyəmmümü batil olur.
Məsələ 728: Dəstəmazı batil edən şeylər, dəstəmazın
əvəzində olan təyəmmümü də batil edir və qüslü batil edən
şeylər, qüsl əvəzində olan təyəmmümü də batil edir.
Məsələ 729: Qüsl edə bilməyən bir şəxsə bir neçə qüsl vacib
olarsa, onların hamısının əvəzidə bir təyəmmüm etsə, kifayətdir.
Ehtiyat-müstəhəb budur ki, hər birinin əvəzində bir təyəmmüm
etsin.
Məsələ 730: Qüsl edə bilməyən bir şəxs, qüsl ilə yerinə
yetirilməsi vacib olan bir iş görmək istəsə, gərək qüsl əvəzində
təyəmmüm etsin. Əgər dəstəmaz ala bilməsə və dəstəmaz
alınması vacib olan bir iş görmək istəsə, gərək dəstəmaz
əvəzində təyəmmüm etsin.
Məsələ 731: Əgər cənabət qüslü əvəzində təyəmmüm etsə,
namaz üçün dəstəmaz alması lazım deyil. Amma sair qüslların
172
TƏYƏMMÜM
əvəzində təyəmmüm etsə, dəstəmaz üçün kifayət etmir. Əgər
dəstəmaz da ala bilməsə, gərək onun əvəzində də başqa bir
təyəmmüm etsin.
Məsələ 732: Əgər qüsl əvəzində təyəmmüm etdikdən sonra
dəstəmazı batil edən bir şey qarşıya çıxsa, bu halda sonrakı
namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat-
vacibə görə, qüsl əvəzində təyəmmüm etsin. Əgər dəstəmaz ala
bilməsə, vəzifəsini yerinə yetrmək niyyəti ilə bir təyəmmüm
etsə, kifayətdir.
Məsələ 733: Bir şəxs bir əməli yerinə yetirmək üçün məsələn:
namaz qılmaq üçün dəstəmaz və qüsl əvəzində təyəmmüm etsə
ehtiyat-vacib budur ki, o işi ğörmək qəsdilə üçüncü təyəmümmü
də etsin. Amma birinci təyəmmümü dastəmaz və ya qüsl
əvəzində, ikinci təyəmmümü isə vəzifəsini yerinə yetirmək
məqsədi ilə edərsə, üçüncü təyəmmüm lazım deyil.
Məsələ 734: Vəzifəsi təyəmmüm olan bir şəxs, müəyyən bir
iş üçün təyəmmüm etsə, təyəmmümü və üzrü yerində qaldıqca
dəstəmaz və ya qüsl ilə yerinə yetirilməli olan işləri yerinə yetirə
bilər. Əgər onun üzrü vaxtın azlığıdırsa və ya su olduğu halda
meyyit namazı, yaxud yatmaq üçün təyəmmüm etsə, yalnız onun
üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər.
Məsələ 735: Aşağıdakı hallarda təyəmmümlə qılınan
namazların yenidən qılıması müstəhəbdir:
1-Sudan istifadə etdiyi halda zərər törənəcəyindən qorxub,
bilərəkdən özünü cünub etsə və təyəmmümlə namaz qılsa;
2-Su tapmayacağını bilib, yaxud güman etdiyi halda qəsdən
özünü cünub etsə və təyəmmümlə namaz qılsa;
3-Vaxtın axırına qədər qəsdən su axtarmağa getməyib, namazı
təyəmmümlə qılsa və sonradan bilsə ki, əgər su axtarmağa
getsəydi, tapacaqdı;
4-Su tapa bilməyəcəyini bilib, yaxud güman etdiyi halda
əlində olan suyu yerə töksə;
İzahlı şəriət hökmləri
173
5- Qəsdən namazı təxirə salıb, vaxtın axırında təyəmmüm ilə
qılsa;
174
NAMAZIN HÖKMLƏRİ
NAMAZIN HÖKMLƏRİ
Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah-
təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; əgər
qəbul olunmazsa, sair əməllər də qəbul olunmaz. İnsan gündə
beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi, beşlik
təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Daha
yaxşı olar ki, insan namazı vaxtın əvvəlində qılsın. Hər şəxs
namazı yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri-
Əkrəm
(səlləllahu ələyhi və alihi və səlləm)
buyurub: “Namaza
əhəmiyyət verməyən və onu yüngül sayan şəxs, axirət əzabına
layiqdir”.
Günlərin birində, Həzrəti Peyğəmbər
(səlləllahu ələyhi və alihi və
səlləm)
məsciddə idi, bir kişi məscidə daxil olub namaza başladı,
amma rüku və səcdəni layiqincə yerinə yetirmədi. Həzrət
buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə,
mənim dinimdə dünyadan getməyib”.
Deməli, insan gərək çalişsın ki, namazı əlüstü və təcili halda
qılmasın. Namaz halında Allahı yad etsin, xüzu və xüşu və
vüqarlı olsun. Xatırlasın ki, kiminlə danışır. Özünü Allahın
böyüklüyü və əzəməti qarşısında çox zəlil və əhəmiyyətsiz
görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə,
özündən xəbərsiz olar. Necə ki, namaz halında Əlinin
(ələyhis-
səlam)
mübarək ayağından oxu çıxardılar və o həzrət bunu hiss
etmədi.
Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın
Allah dərgahında qəbul olmasının qarşısını alan günahları
(həsəd, təkəbbür, qeybət, haram mal yemək, məstedici şeylər
içmək, xüms-zəkat verməmək, ümumiyyətlə hər günahı) tərk
etsin. Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan
işləri də etməsin; məsələn: yuxulu halda, bövlün qabağını zorla
saxladığı halda namaza dayanmasın, namazda göylərə tərəf
Dostları ilə paylaş: |