Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə61/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   57   58   59   60   61   62   63   64   ...   209

İzahlı şəriət hökmləri

       165 

 

BEŞİNCİ YER 

Məsələ  684:  Bədəni,  yaxud  paltarı  nəcis  olan  bir  şəxsin  bir 

qədər  suyu  varsa,  dəstəmaz  və  qüsl  aldıqda,  bədənini  və  yaxud 

paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, gərək bədən və 

ya  paltarını  suya  çəkib  təyəmmümlə  namaz  qılsın.  Amma 

təyəmmüm  almaq  üçün  bir  şeyi  olmasa,  gərək  o  suyu  dəstəmaz 

və  qüsl  üçün  istifadə  edib,  nəcis  bədən  və  ya  paltarla  namaz 

qılsın. 

ALTINCI YER 

Məsələ 685: Əgər istifadəsi haram olan su və ya qabdan başqa 

bir  suyu  və  ya  qabı  olmazsa;  məsələn:  suyu,  yaxud  qabı  qəsbi 

olsa və ondan da başqa su və yaxud qabı olmasa, gərək dəstəmaz 

və ya qüsl yerinə təyəmmüm etsin.  



YEDDİNCİ YER 

Məsələ  686:  Əgər vaxt, dəstəmaz və  ya qüsl alacağı təqdirdə 

namazın hamısı, yaxud bir miqdarına yetməyəcək qədər az olsa, 

gərək təyəmmüm edib namazı bütünlüklə vaxtında qılsın. 

Məsələ 687: Əgər bilərəkdən namazı çox təxirə salsa və qüsl, 

yaxud  dəstəmaz  üçün  vaxt  olmasa,  günah  etmişdir,  amma  onun 

namazı  təyəmmümlə  səhihdir.  Ehtiyat-müstəhəb  budur  ki,  o 

namazın qəzasını qılsın. 



Məsələ  688:  Bir  şəxs  dəstəmaz  və  ya  qüsl  edəcəyi  təqdirdə 

namaz  üçün  vaxt  qalıb-qalmayacağına  şəkk  etsə,  gərək 

təyəmmüm etsin. 

Məsələ  689: Bir şəxs, vaxtın az olması səbəbi ilə təyəmmüm 

edərsə,  əgər  namazdan  sonra  ixtiyarında  olan  su  əlindən  çıxsa, 

təyəmmümü  pozulmadığı  halda,  vəzifəsi  təyəmmüm  olduğu 

surətdə sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.  



Məsələ  690:  İxtiyarında  su  olan  şəxs,  vaxtın  azlığına  ğörə 

təyəmmüm edib namaza başlasa və namaz əsnasında ixtiyarında 




166        

TƏYƏMMÜM 

 

olan  su  əlindən  çıxsa,  vəzifəsi  təyəmmüm  olduğu  təqdirdə, 



ehtiyat-müstəhəbə görə, sonrakı namazlar üçün təyəmmüm etsin.  

Məsələ 691: Əgər bir şəxsin vaxtı varsa, dəstəmaz və ya qüsl 

alıb  namazı  müstəhəb  əməllərini  (iqamə,  qunut  kimi)  yerinə 

yetirmədən  namazı  qıla  bilərsə,  gərək  qüsl  edib  və  ya  dəstəmaz 

alsın  və  namazı  onun  müstəhəb  əməllərini  yerinə  yetirmədən 

qılsın. Hətta surəni oxumağa vaxt olmasa belə, gərək qüsl və ya 

dəstəmaz alıb namazı surəsiz qılsın. 



TƏYƏMMÜMÜN SƏHİH OLDUĞU ŞEYLƏR 

Məsələ  692:  Təyəmmüm  torpağa,  quma,  kəsəyə,  daşa 

səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, torpaq olduğu halda 

başqa şeyə təyəmmüm etməsin. Əgər torpaq olmasa quma, qum 

olmasa kəsəyə, o da olmasa daşa təyəmmüm etsin. 



Məsələ  693:  Təbaşir  və  əhəng  daşlarına  təyəmmüm  etmək 

səhihdir.  Həmçinin  bişmiş  təbaşir  və  əhəngə  təyəmmüm 

səhihdir.  Amma  mədən  daşlarına  əqiq  kimi,  təyəmmüm  etmək 

batildir. 



Məsələ 694: Əgər torpaq, qum, kəsək və daş tapılmasa, gərək 

xalça, paltar və s. kimi şeylərin üstündə olan tozlara təyəmmüm 

edilsin.  Əgər  toz-torpaq  zahirdə  deyilsə,  palçığa  təyəmmüm 

edilsin.  Əgər  palçıq  da  tapılmasa,  ehtiyat-vacibə  görə  namazı 

təyəmmümsüz qılmalı, sonra qəzasını da yerinə yetirməlidir. 

Məsələ  695:  Əgər  xalça  və  s.  bu  kimi  şeyləri  silkələməklə 

torpaq  əldə  edə  bildiyi  halda  torpaq  əldə  edə  bilərsə,  toza 

təyəmmüm  etmək  batildir.  Əgər  palçığı  qurudub  torpaq  əldə 

etmək mümkün olduğu halda, palçığa edilən təyəmmüm batildir. 



Məsələ  696:  Suyu  olmayan  bir  şəxsin  qarı  və  ya  buzu  varsa, 

mümkün  olan  surətdə  gərək  onu  əridib  su  etməli  və  onunla 

dəstəmaz  və  ya  qüsl  almalıdır.  Amma  mümkün  olmasa  və 

təyəmmümün  səhih  olduğu  şeylər  də  tapılmasa,  dəstəmaz  və  ya 




İzahlı şəriət hökmləri

       167 

 

qüsl üzvlərini qar və ya buz ilə nəmləsin. Gərək qıldığı namazın 



sonradan qəzasını qılsın. 

Məsələ 697: Əgər torpağa və quma təyəmmümün batil olduğu 

şeylər  saman  kimi  qarışsa,  ona  təyəmmüm  edə  bilməz.  Amma 

həmin  qarışıq  çox  az  olub  torpaqda  və  ya  qumda  aradan  getmiş 

hesab olunsa, o torpağa və quma təyəmmüm etmək səhihdir. 



Məsələ  698:  Təyəmmüm etmək üçün bir şey olmazsa, imkan 

daxilində gərək almaqla və s. yollarla əldə etsin. 



Məsələ  699:  Palçıq  divara  təyəmmüm  etmək  səhidir.  Amma 

ehtiyat-müstəhəb  budur  ki,  quru  yer  və  quru  torpaq  olan  halda, 

nəmli torpağa və yerə təyəmmüm olunmasın. 

Məsələ  700:  Üstünə  təyəmmüm  edilən  şey  gərək  pak  olsun. 

Əgər təyəmmümün səhih olduğu pak şey olmazsa, ehtiyat-vacibə 

görə namazını qılsın və sonra qəzasını da yerinə yetirsin. 

Məsələ  701:  Əgər  bir  şeyə  təyəmmümün  səhih  olduğunu 

yəqin  etdikdən  sonra  təyəmmüm  edib,  sonradan  o  şeyə 

təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə 

qıldığı namazları gərək yenidən qılsın. 



Məsələ  702:  Üstünə  təyəmmüm  edilən  şey  və  təyəmmümün 

yeri gərək qəsbi olmasın. Deməli, qəsb olan torpaqda təyəmmüm 

etsə  və  ya  öz  mülkü  olan  torpağı  icazəsiz  olaraq  başqasının 

mülkünə qoyub ona təyəmmüm edərsə, batildir.  



Məsələ  703:  Fəzası  qəsbi  olan  yerdə  edilən  təyəmmüm  batil 

deyil. Deməli, bir şəxs öz mülkündə əllərini yerə vurub icazəsiz 

başqasının  mülkünə  daxil  olaraq  əllərini  alnına  çəksə,  onun 

təyəmmümü batil olmur. 



Məsələ  704:  Qəsbi  şeyə  və  ya  qəsbi  mülkdə  olan  şeyə 

təyəmmüm  etmək,  insanın  onun  qəsbi  olduğunu  bildiyi  və 

bilərəkdən  təyəmmüm  etdiyi  halda  batildir.  Əgər  bilməsə  və  ya 

unudursa,  onun  təyəmmümü  işkallıdır.  Amma  özünün  qəsb 

etdiyi  halda,  qəsb  etdiyini  unudub  ona  təyəmmüm  edərsə  və  ya 

bir mülkü qəsb edib, qəsb etdiyini unudsa və təyəmmüm edəcəyi 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə