Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə69/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   65   66   67   68   69   70   71   72   ...   209

188        

NAMAZIN HÖKMLƏRİ 

 

olan  şəxs  üzü  qibləyə  dursa,  belə  ki,  “üzü  qibləyə  namaz  qılır” 



desələr,  kifayətdir.  Həmçinin  başqa  işlər  də  (heyvan  başının 

kəsilməsi kimi) gərək üzü qibləyə yerinə yetirilsin. 



Məsələ 785: Vacibi namazı ayaq üstə qılan bir şəxs, gərək elə 

dayansın ki, üzü, sinəsi, qarnı və ayaqlarının qabağı üzü qibləyə 

olsun.  Ehtiyat-müstəhəb  budur  ki,  ayaqların  barmağları  da  üzü 

qibləyə olsun. 



Məsələ  786:  Oturan  yerdə  namaz  qılan  bir  şəxs,  gərək  üzü, 

sinəsi, qarnı qibləyə olsun.  



Məsələ  787:  Oturan  halda  namaz  qıla  bilməyən  bir  şəxs, 

namaz  halında  sağ  böyrü  üstə  elə  tərzdə  uzanmalıdır  ki, 

bədəninin  qabaq  tərəfi  üzü  qibləyə  olsun.  Əgər  bu  mümkün 

olmasa sol böyrü üstə elə uzanmalıdır ki, bədəninin qabaq tərəfi 

üzü  qibləyə  olsun;  bu  da  mümkün  olmasa  arxası  üstə  elə 

uzanmalıdır ki, ayaqlarının altı qibləyə tərəf olsun. 



Məsələ  788:  Ehtiyat  namazı,  unudulmuş  səcdə  və  təşəhhüd 

gərək üzü qibləyə  yerinə  yetirilsin. Ehtiyat-vacibə görə səcdeyi-

səhvi də üzü qibləyə yerinə yetirilsin. 

Məsələ  789:  Müstəhəb  namazı  yol  gedərkən  və  minikdə 

qılmaq olar. Əgər insan bu iki halda müstəhəb namazı qılsa, üzü 

qibləyə olması lazım deyil. 

Məsələ  790:  Namaz  qılmaq  istəyən  bir  şəxs,  qibləni  tapmaq 

üçün  və  onun  hansı  tərəfdə  olduğunu  yəqin  edənədək 

çalışmalıdır.  Əgər  yəqin  olmasa,  gərək  müsəlman  məscidin 

mehrabından,  onların  qəbirlərindən  və  digər  yollarla  hasil  olan 

gümana  əməl  etsin.  Hətta,  əgər  elmi  qaydalar  üzrə  qibləni 

tanıyan fasiq və ya kafirin dediyinə əsasən, qibləni tanıya bilsə, 

kifayətdir. 

Məsələ 791: Qiblənin müəyyən istiqamətdə olduğuna gümanı 

olan  bir  şəxs,  ondan  daha  güclü  bir  güman  tapsa,  öz  gümanına 

əməl edə bilməz; məsələn, əgər qonaq, ev sahibinin dediyindən 

qiblənin istiqamətinə güman hasil etsə, bu halda başqa bir  yolla 




İzahlı şəriət hökmləri

       189 

 

daha  güclü  bir  güman  tapsa,  ev  sahibinin  dediyinə  əməl 



etməməlidir. 

Məsələ  792:  Əgər  qibləni  müəyyən  etmək  üçün  vasitə 

yoxdursa  və  ya  səy  göstərməsinə  baxmayaraq  heç  bir  tərəfə 

güman  əldə  edə  bilməsə,  namazın  vaxtı  çox  olduğu  təqdirdə, 

ehtiyata  əsasən  gərək  dörd  tərəfə  dörd  namaz  qılsın.  Əgər  dörd 

namaz  miqdarında  vaxt  yoxdursa,  gərək  vaxtı  olduğu  miqdarda 

namaz  qılsın;  məsələn:  əgər  təkcə  bir  namaz  miqdarında  vaxtı 

varsa, gərək hər tərəfə olursa olsun, bir namaz qılsın. Namazları 

da elə qılmalıdır ki, yəqini olsun onlaradan biri üzü qibləyə olub. 

Yaxud qiblədən əyri olduğu halda, sağ və ya sol tərəfdən qibləyə 

çatmadığını bilsın. 



Məsələ 793: Əgər bir şəxs, iki tərəfdən birinin qiblə olduğunu 

yəqın və ya güman etsə, gərək hər iki tərəfə namaz qılsın.  



Məsələ 794: Bir neçə tərəfə namaz qılmalı olan şəxs, əgər iki 

namaz qılmaq istəsə zöhr və əsr kimi, gərək ikincini, birincinin 

arxasınca  qılsın.  Ehtiyat-müstəhəb  budur  ki,  birinci  namazı  hər 

neçə  tərəfə  lazımdırsa  qılsın,  sonra  ikincinini  başlasın.  Əgər 

mümkün  olsa  əvvəl  hər  iki  namazı  bir  tərəfə  qılıb  sonra  digər 

tərəfə qılsın. 



Məsələ  795:  Qiblənin  istiqamətinə  yəqini  olmayan  bir  şəxs, 

namazdan  başqa,  üzü  qibləyə  yerinə  yetirilməli  olan  sair  işləri; 

məsələn:  heyvanın  başını  kəsmək  kimi,  görmək  istəsə,  gümana 

əməl  etməlidir.  Əgər  gümanı  da  mümkün  olmasa,  hər  hansı 

tərəfə yerinə yetirsə səhihdir. 

NAMAZDA BƏDƏNİN ÖRTÜLMƏSİ 

Məsələ 796: Kişi gərək namaz halında, hətta əgər bir şəxs onu 

görməsə  də,  övrəteynini  örtsün.  Daha  yaxşı  olar  ki,  göbəkdən 

dizlərə qədər də örtsün. 

Məsələ  797:  Qadın,  namaz  halında  bütün  bədənini,  hətta 

başını  və  tüklərini  örtməlidir.  Ehtiyat-müstəhəb  budur  ki, 




190        

NAMAZIN HÖKMLƏRİ 

 

ayaqlarının  altını  da  örtsün.  Amma  üzünü,  dəstəmazda  yuyulan 



miqdarda,  əllərini  biləyə  qədər,  ayaqlarını  topuğa  qədər  ötrməsi 

lazım deyil.  



Məsələ  798:  İnsan,  unudulmuş  səcdə  və  ya  təşəhhüdün 

qəzasını yerinə yetirdiyi vaxt, özünü namaz halında olduğu kimi 

örtməlidir.  Ehtiyat  budur  ki,  hətta  səcdeyi-səhvi  də  yerinə 

yetirdiyi vaxt, özünü namaz halında olduğu kimi örtməlidir. 



Məsələ  799:  Əgər  insan  namazda  bilərəkdən  və  ya  məsələni 

bilməməzlik üzündən övrətini örtməsə, namazı batildir. 



Məsələ 800: Bir şəxs namaz əsnasında övrətinin göründüyünü 

başa  düşsə,  gərək  onu  dərhal  örtsün.  Ehtiyat-vacib  budur  ki, 

namazı  qurtarıb  yenidən  qılsın.  Amma  namazdan  sonra, 

namazda övrətinin göründüyünü başa düşsə, namazı səhihdir. 



Məsələ  801:  Əgər  bir  şəxs  ayaq  üstə  olanda  övrətini  örtən 

paltarı, mümkündür ki, başqa hallarda; məsələn: rükuya, səcdəyə 

gedəndə o paltar örtə bilməsin. Belə olduqda, övrəti görünərkən 

müəyyən  vasitələrlə  onu  örtsə,  namazı  səhihdir.  Amma  ehtiyat-

müstəhəb budur  ki, belə paltarla namaz qılmasın. 

Məsələ  802:  İnsanın  paltarı  olmazsa  namaz  halında  özünü  ot 

və  yarpaqla örtə bilər, amma ehtiyat budur ki, başqa şey tapılan 

halda bu kimi şeylərlə özünü örtməsin. 

Məsələ 803: İnsan çarəsiz qalarsa, namaz üçün özünü palçıqla 

örtə bilər. 



Məsələ  804:  Əgər  özünü  namazda  örtmək  üçün  bir  şeyi 

yoxdursa və tapacağına ehtimal versə, gərək namazı təxirə salsın. 

Əgər  bir  şey  tapmasa,  gərək  namaz  vaxtının  axırında  (sonrakı 

məsələdə deyiləcək şəkildə) öz vəzifəsinə uyğun olaraq, namazı 

qılsın.  

Məsələ  805:  Namaz  qılmaq  istəyən  bir  şəxsin  özünü  ortmək 

üçün,  hətta  ağac  yarpağı,  ot,  palçığ,  lehmə,  palçıqlı  su,  içində 

durmaq  üçün  bir  çala  tapmasa  və  vaxtın  axrınadək  də  özünü 

örtmək  üçün  bir  şey  tapacağına  ehtimal  verməsə,  naməhrəm 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə