Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə66/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   62   63   64   65   66   67   68   69   ...   209

İzahlı şəriət hökmləri

       181 

 

“öhdəsində  olan  vəzifəni  yerinə  yetirmək”  (ma  fiz-zimmə) 



niyyəti ilə qılsın. 

3. Bir rəkət qılmaq miqdarda vaxt olmaya, bu halda məğrib və 

işa namazları hər ikisi qəzadır. Ehtiyat-vacibə əsasən məğrib və 

işa namazlarını sübh azanınadək, “öhdəsində olan vəzifəni yerinə 

yetirmək” (ma fiz-zimmə) niyyəti ilə qılsın. 

Üzürlü  səbəbə  görə  məğrib  və  işa  namazlarını  sübh  azanına 

qədər təxirə salmağında üç haləti var: 

1.  Beş  rəkətlik  namaz  qılmaq  miqdarında  vaxt  qalsa,  məğrib 

və  işa  namazının  hər  ikisini  ardıcıllıq  və  əda  niyyəti  ilə 

qılmalıdır.  Ehtiyat-müstəhəb  budur  ki,  əda  və  ya  qəza  niyyəti 

etməsin. 

2. Amma bu miqdarda vaxt olmasa, bir rəkət və ya daha çox 

namaz  qılmaq  miqdarda  vaxt  olsa,  bu  surətdə  məğrib  namazı 

qəza olub gərək işa namazını qılsın, sonra isə məğrib namazının 

qəzasını  qılsın.  İşa  namazını  bu  vaxt  əda  niyyəti  ilə  qılmalıdır. 

Ehtiyat-müstəhəb budur ki, əda və ya qəza niyyəti etməsin. 

3. Bir rəkət qılmaq miqdarda vaxt olmaya, bu halda məğrib və 

işa  namazları  hər  ikisi  qəzadır.  Ehtiyat-vacibə  əsasən  üzürsüz 

səbəbə  görə  sübh  azanına  qədər  namazı  təxirə  salmaq,  üzürlü 

səbəbə  görə  təxirə  salmaq  hökmündədir.  Gərək  əda  və  qəza 

niyyəti etməsin.  

Məsələ 758: Müsafir olan şəxs zöhr və əsr namazlarını günəş 

qürub edənə qədər qılmasa, həmçinin məğrib və işa namazlarını 

gecə yarısına qədər və ya sübh azanına qədər üzürlü səbəbə görə 

qılmasa  keçən  məsələdə  qeyd  olunanlar  burada  da  icra  olunur. 

Bu  iki  məsələnin  arasında  olan  fərq  budur  ki,  keçən  məsələdə 

vaxtın miqdarı müsafir olmayan üçün zöhr və və əsr, məğrib və 

işa  namazlarında  beş  rəkət  vaxın  sonuna  qalmış  nəzərdə 

tutulmuşdu, amma müsafir üçün zöhr və əsr üç rəkət məğrib və 

işa dörd rəkət nəzərdə alınır.  



182        

NAMAZIN HÖKMLƏRİ 

 

Məsələ  759:  Müstəhəbdir  ki,  insan  namazı  onun  əvvəl 

vaxtında qılsın. Bu barədə çoxlu tövsiyələr olunmuşdur. Namaz 

nə  qədər  vaxtın  əvvəlinə  yaxın  vaxtlarda  qılınsa  daha  yaxşıdır. 

Amma namazı daha yaxşı müəyyən bir cəhətə ğörə təxirə salmaq 

olar; məsələn: gözləsin ki, namazı camaatla birlikdə qılsın. 

Məsələ  760:  Əgər  insan  əvvəl  vaxtda  namaz  qılmaq  istəsə, 

müəyyən üzr səbəbilə çarəsiz qalıb; məsələn: təyəmmümlə və ya 

nəcis  paltarla  qılmalı  olsa,  bu  halda,  vaxtın  axırına  qədər 

üzrünün  qalacağını bilsə,  əvvəl vaxtda  namaz  qıla bilər. Amma 

üzrün  aradan  qalxmasına  ehtimal  versə,  bu  halda  gərək  gözlısin 

üzrü  aradan  qalxsın.  Əgər  üzürü  aradan  qalxmasa  axır    vaxtda 

namaz  qıla  bilə;  amma  o  qədər  də  gözləməməlidir  ki,  namazın 

təkcə vacib işlərini  yerinə  yetirə bilsin, hətta  namazın  müstəhəb 

əməlləri üçün də, azan, iqamə, qunut vaxtı olsa, təyəmmüm edib, 

namazı o müstəhəb əməllər ilə yerinə yetirə bilər. 



Məsələ  761:  Namazın  məsələlərini,  şəkkiyyatı,  səhviyyatını 

bilməyən  şəxs,  bunlardan  hər  hansının  namazda  qarşıya 

çıxacağına  və  namazı  batil  edəcəyini  ehtimal  verirsə,  namazı 

əvəll vaxtında  qəti niyyətlə  qıla  bilməz,  namazı  rəca  ümüdü ilə 

qılmalı və ya onları öyrənmək üçün namazı əvvəl vaxtdan təxirə 

salsın.  Amma  namazı  səhih  tərzdə  tamamlayacağına  əmindirsə, 

əvvəl vaxtda namazı qıla bilər. Deməli, əgər namazda hökmünü 

bilmədiyi  bir  məsələ,  irəli  gəlməsə,  namazı  səhihdir.  Amma 

hökmünü  bilmədiyi  bir  məsələ  irəli  gəlsə,  cayizdir  ki,  ehtimal 

verdiyi iki tərəfdən birinə əməl edərək, namazını qılıb qurtarsın. 

Amma,  namazdan  sonra  məsələni  soruşmalıdır  ki,  batil  olubsa, 

yenidən qılsın. Əgər səhih olsa, yenidən qılması lazım deyil. 



Məsələ  762:  Əgər  namazın  vaxtı  çox  olsa  və  borclu  da  öz 

borcunu istəsə, mümkün olan surətdə, gərək əvvəl borcunu verib

sonra  namaz  qılsın.  Həmçinin,  əgər  dərhal  yerinə  yetirilməsi 

vacib  bir  iş  qarşıya  çıxsa;  məsələn:  məscidin  nəcis  olduğunu 

görsə,  gərək  əvvəlcə  məscidi  təmizləsin,  sonra  namazı  qılsın. 



İzahlı şəriət hökmləri

       183 

 

Əvvəl  namazını  qılarsa  günah  etməsinə  baxmayaraq,  namazı 



səhihdir. 

TƏRTİBLƏ QILINMALI OLAN NAMAZLAR 

Məsələ  763:  İnsan  gərək  əsr  namazını  zöhrdən,  işa  namazını 

isə məğribdən sonra qılsın. Əgər qəsdən əsr namazını zöhrdən və 

işa namazını məğribdən əvvəl qılsa, batildir. 

Məsələ  764:  Əgər  zöhr  niyyəti  ilə  namaza  başlasa  və  namaz 

əsnasında,  zöhr  namazını  qıldığı  yadına  düşsə,  niyyəti  əsrə 

döndərə  bilməz.  O  namazı  pozub  əsr  namazını  qılmalıdır. 

Məğrib və işa namazında da bu qayda ilə. 



Məsələ  765:  Əgər  əsr  namazı  əsnasında  zöhr  namazını 

qılmadığını yəqin edib niyyəti zöhr namazına çevrsə və yenidən 

zöhr  namazını  qıldığını  xatırlasa,  ehtiyat-vacibə  görə,  gərək 

niyyəti  əsrə  döndərib,  namazı  qılıb  qurtarasın  və  sonra  əsr 

namazını  yenidən  qılsın.  Əgər  niyyətini  zöhrə  çevirdiyi  zaman, 

namazın əməllərindən heç birini yerinə yetirməyibsə, namazı əsr 

niyyəti ilə tamamlasın; əsrin yenidən qılınması lazım deyil. 

Məsələ  766:  Əgər  əsr  namazı  əsnasında,  zöhrü  qılıb-

qılmaması  barədə  şəkk  etsə,  gərək  niyyəti  zöhrə  döndərsin. 

Amma,  namazının  qurtaracağı  təqdirdə  məğrib  namazinin 

vaxtının  yetişəcəyi qədər vaxt az olsa, gərək  əsr namazı niyyəti 

ilə namazı qurtarsın. Zöhrün qəzasın qılması, vacib deyil. 

Məsələ  767:  Əgər  işa  namazı  əsnasında  dördüncü  rəkətin 

rükusuna  getməmişdən  əvvəl,  məğrib  namazını  qılıb-qılmaması 

barədə  şəkk  etsə,  bu  halda  vaxt  çox  az  olsa,  gərək  işa  namazı 

niyyəti  ilə  namazı  tamamlasın  sonra  ehtiyata  əsasən  məğrib 

namazının  qəzasını  qəlsın.  Amma  beş  rəkət  namaz  qılmaq 

miqdarda vaxt olsa gərək namazı pozsun əvvəl məğrib namazını 

qılıb sonra isə işa namazını qılsın. 

Məsələ  768:  Əgər  işa  namazında  dördüncü  rəkətin  rükusuna 

çatandan  sonra  məğrib  namazını  qılıb-qılmaması  barədə  şəkk 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə