Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə74/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   70   71   72   73   74   75   76   77   ...   209

İzahlı şəriət hökmləri

       203 

 

NAMAZ QILANIN PALTARINDA MƏKRUH OLAN ŞEYLƏR 

Məsələ  874:  Namaz  qılanın  paltarında  bir  neçə  şey 

məkruhdur.  O  cümlədən:  qara,  çirkli,  dar  paltar  geymək;  şərab 

içənin  və  nəcasətdən  pərhiz  etməyən  şəxsin  paltarını,  üstündə 

şəkil  olan  paltar  geymək;  həmçinin  paltarın  düymələrinin  açıq 

olması, üstündə şəkil olan üzüyün taxılması da məkruhdur. 

NAMAZ QILANIN YERİ 

Namaz qılanın məkanının yeddi şərti vardır: 



BİRİNCİ ŞƏRT 

Mübah olsun; 

Məsələ  875:  Əgər bir  şəxs qəsbi  mülkdə  namaz qılırsa, hətta 

xalça,  taxt  və  s.  kimi  şeylərin  üstündə  də  olsa,  ehtiyata  əsasən 

namazı batildir. Amma qəsbi tavan və qəsbi xeymənin (çadırın) 

altında namaz qılmağın, maneəsi yoxdur. 



Məsələ  876:  Mənfəəti başqasına  məxsus  olan  yerdə,  mənfəət 

sahibinin icazəsi olmadan namaz qılmaq ehtiyata əsasən batildir; 

məsələn: icarə olunmuş evdə, evin sahibi,  yaxud başqa bir şəxs, 

icarə  edən  şəxsin  icazəsi  olmadan  namaz  qılsa,  namazı  batildir. 

Həmçinin, başqasının haqqı olan bir mülkdə namaz qılsa, namazı 

batildir; məsələn: əgər meyyit, malının üçdə birini müəyyən yerə 

xərc edilməsini vəsiyyət etsə, onun üçdə biri ayrılmayınca, onun 

mülkündə namaz qılmaq olmaz. 



Məsələ  877:  Əgər  bir  şəxs  məsciddə  otursa,  başqası  onun 

yerini  qəsb  edib  orada  namaz  qılsa,  ehtiyata  əsasən  namazı 

batildir. 

Məsələ 878: Əgər qəsbi olmasını bilmədiyi yerdə namaz qılıb 

namazdan  sonra  başa  düşsə,  yaxud  qəsbi  olduğunu  unutsa  və 

namazdan  sonra  yadına  düşsə,  namazı  səhihdir.  Amma  özü  bir 

yeri qəsb etmiş olduğu halda unutsa, orada namaz qılsa, ehtiyata 

əsasən batildir.  



204        

NAMAZIN HÖKMLƏRİ 

 

Məsələ  879:  Əgər  bir  yerin  qəsbi  olduğunu  bilsə  və  qəsbin 

haram  olduğunuda  bilsə  amma  qəsbi  yerdə  namazın  batil 

olduğunu bilməyib orada namaz qılsa, namazı batildir. 

Məsələ  880:  Vacibi namazını süvari halında qılmağa  məcbur 

olan  bir  şəxsin  mindiyi  heyvan  və  ya  onun  yəhəri,  yaxud  nalı 

qəsbi  olsa,  namazı  batildir.  Həmçinin,  o  heyvanda  müstəhəb 

namaz qılmaq istəsə də eyni qayda ilə. 



Məsələ  881:  Əgər  bir  şəxs  müəyyən  bir  mülkdə  başqası  ilə 

şərik  olsa,  şərikinin  payı  ayrılmasa,  onun  icazəsi  olmadan  o 

mülkdən istifadə edə bilməz və orada namaz qıla bilməz. 

Məsələ 882: Xümsü və zəkatı verilməmiş pul ilə müəyyən bir 

mülk alınsa, o mülkdə qılınan namaz batildir.  



Məsələ  883:  Əgər  mülkün sahibi dildə namaz qılmaq icazəsi 

versə  və  insan  onun  qəlbən  razı  olmadığını  bilsə,  o  mülkdə 

namaz qılmaq batildir; əgər icazə verməsə və insan onun qəlbən 

razı olduğunu bilsə, namazı səhihdir. 



Məsələ  884:  Xüms  və  ya  zəkat  borcu  olan  meyyitin 

mülkündən  istifadə  etmək  haram,  onda  namaz  qılmaq  batildir. 

Amma onun, borclarını verib və ya onu ödəməyə zamin olsalar, 

onun  mülkündən  istifadə  etmək  və  orada  namaz  qılmağın  eybi 

yoxdur.  

Məsələ  885:  Camaata  borclu  olan  ölmüş  şəxsin  mülkündən 

vərəsə  borcları  vermək  istəməsə,  istifadə  etmək  haram,  onda 

namaz qılmaq batildir.  

Məsələ 

886: 

Əgər  meyyitin  borcu  olmasa,  amma 

vərəsələrindən  bəzisi  azyaşlı,  dəli  və  ya  qaib  olsalar,  onların 

vəlilərinin  icazəsi  olmadan  onun  mülkündən  istifadə  etmək 

haram, namaz qılmaq da batildir.  

Məsələ  887:  Mehmanxana,  hamam  və  s.  kimi  yerlərədə  ki, 

oraya  gələnlər  üçün  nəzərdə  tutulub,  namaz  qılmağın  eybi 

yoxdur.  Amma  bu  qəbildən  olmayan  digər  yerlərdə,  namaz 

qılmaq  üçün,  oranın  sahibi  icazə  verməli  və  ya  danışığından 




İzahlı şəriət hökmləri

       205 

 

icazə  verməsi  məlum  olmalıdır.  Misal  üçün;  bir  şəxsə  onun 



mülkündə  oturmağa  və  yatmağa  icazə  verilməsindən,  onun 

namaz qılmağa da icazə verməsi başa düşülür. 



Məsələ 888: Namaz vaxtı, çox geniş yerdən digər yerə camaat 

üçün  getmələri  müşkül  olan  yerdə,  sahibinin  icazəsi  olmadan, 

namaz qılmaq olar. Dəstəmaz bölməsində 277-ci məsələdə qeyd 

olunduğu kimi. 



İKİNCİ ŞƏRT 

Namaz qılanın yeri hərəkətsiz olsun

Namaz  qılanın  məkanı  hərəkətsiz  olmalıdır.  Əgər  namaz 

qılanın  yeri  namazın  əməllərini  düzgün  şəkildə  yerinə 

yetirməyəcək şəkildə hərəkətli olsa namazı batildir. Deməli gəmi 

və  qatar  və  bunlar  kimi  şeylərdə  namazın  əməllərini  düzgün 

şəkildə yerinə yetirsə namaz qılmağın eybi yoxdur. Əgər vaxtın 

azlığına və ya digər səbəbə görə gəmi, avtomobil və bunlar kimi 

şeylərdə  namaz  qılmağa  məcbur  olsa,  qiblə  həmişə  dəyişdiyinə 

görə  mümkün  olduğu  qədər  qibləyə  tərəf  çevrilsin.  Qibləyə 

çevrildiyi halda bir şey oxumasın. 



Məsələ  889:  Arpa,  buğda  xırmanlarında  və  s.  bunlar  kimi  az 

hərəkətli olan yerlərdə namaz qılmaq icazəlidir. Amma bu şərtlə 

ki, namazın vacib əməllərini yerinə yetirə bilsin. 

Məsələ  890:  Külək,  yağış,  camaatın  çox  olması  və  bu  kimi 

şeylərin  ehtimal  verilməsi  səbəbilə  namazın  tamam  qıla 

bilməsinə əmin olmayan yerdə, namaz qılmasın. Lakin namazını 

tamam  edə  biləcəyinə  ümüdü  olub  və  heç  bir  maneə  ilə 

üzləşməsə namazı səhihdir.  

ÜÇÜNCÜ ŞƏRT 

Məsələ  891:  Durulması  haram  olduğu  yerdə;  məsələn: 

yıxılmaq üzrə olan tavanın altında namaz qılınmasın. Əgər qılsa, 

günah etməsinə baxmayaraq namazının eybi yoxdur.  



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə