178
NAMAZIN HÖKMLƏRİ
qılmasını bilsə, namazı səhihdir və məğrib namazını ondan sonra
qılmalıdır.
Məsələ 745: Mənası qabaqkı məsələdə deyilən məxsus və
müştərək vaxt, müxtəlif şəxslər üçün fərqlidir; məsələn: əgər iki
rəkət namaz qılmaq müddəti miqdarında zöhrün əvvəlindən
keçsə, səfərdə olan şəxsin zöhr namazının məxsus vaxtı tamam
olur və müştərək vaxtda daxil olur. Müsafir olmayan şəxs üçün,
gərək zöhrün əvvəlindən dörd rəkət namaz qılmaq müddəti qədər
vaxt keçsin.
Məsələ 746: Əgər məğrib namazını qılmamışdan əvvəl
səhvən işa namazına başlasa və namaz əsnasında səhvini başa
düşsə, bu halda əgər dördüncü rəkətin rükusuna getməyibsə,
gərək niyyətini məğrib namazına çevirib namazı tamamlasın,
sonra isə işa namazını qılsın. Ehtiyat budur ki, əgər onun bir
miqdarını məğrib namazının məxsus vaxtında qılsa, məğrib
namazını ikinci dəfə işa namazından qabaq qılsın. Əgər
dördüncü rəkətin rükusuna gedibsə, ehtiyata əsasən gərək
namazını tamamlayıb məğrib namazını qılandan sonra, işa
namazını yenidən qılsın.
Məsələ 747: İşa namazının axır vaxtı üzrü olmayan şəxs üçün
gecə yarısıdır. Gərək gecəni qürubun əvvəlindən Günəş çıxan
vaxta qədər deyil, sübh azanına qədər hesab etsin.
1
Məsələ 748: Əgər üzrlü səbəbə görə məsələn: yuxu,
unutqanlıq və ya heyizə görə məğrib və işa namazını gecə
yarısına qədər qıla bilməsə, namazı qəza olmayıb gərək sübh
azanına qədər əda niyyəti ilə qılsın. Ehtiyat-müstəhəb budur ki,
gərək sübh azanından qabaq əda və qəza niyyəti etmədən qılsın.
Əgər günah üzündən məğrib və işa namazlarını gecə yarısına
1
- Buna əsasən, təqribən on bir saat, iyirmi dəqiqə zöhrün şəri vaxtından
sonra, məğrib və işa namazlarının axır vaxtıdir.
İzahlı şəriət hökmləri
179
qədər qılmasa onun namazı qəzadır. Ehtiyat-vacib budur ki,
gərək sübh azanından qabaq əda və qəza niyyəti etmədən qılsın.
SÜBH NAMAZININ VAXTI
Məsələ 749: Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən
bir ağartı üzü yuxarı tərəfə hərəkət edir ki, buna birinci fəcr
deyilir. Bu ağartının yayılıdıqdan sonrakı vaxta ikinci fəcr deylir
ki, bu da sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır
vaxtı isə Günəşin çıxdığı vaxtdır.
NAMAZ VAXTININ HÖKMLƏRİ
Məsələ 750: İnsan o vaxt namaz qılmağa başlaya bilər ki,
vaxtın daxil olduğunu yəqin etsin, yaxud iki nəfər adil kişi vaxtın
daxil olmasını xəbər versin və ya vaxtı bilən azançı azan versin.
Məsələ 751: Əgər, bulud, toz, korluq və ya zındanda olmaq
səbəbilə namaz vaxtının daxil olmasını yəqin edə bilməsə,
ehtiyat-vacibə görə vaxtın daxil olduğunu yəqin edənədək
namazı təxirə salsın.
Məsələ 752: Əgər vaxtın daxil olmasını iki adil kişi xəbər
versələr və ya insan başqa yollarla namaz vaxtının daxil olmasını
yəqin etsə, yaxud da azan vasitəsi ilə əminlik hasil etsə, namaz
qılmağa məşğul olub namaz əsnasında vaxtın olmamasını başa
düşsə, onun namazı batildir. Həmçinin, əgər namazdan sonra
bütün namazı vaxtından qabaq qıldığını başa düşsə, onun namazı
batildir. Amma namaz əsnasında namaz vaxtının daxil olduğunu
başa düşsə və ya namazdan sonra namaz qıldığı əsnada vaxtın
daxil olduğunu başa düşsə, onun namazı səhihdir.
Məsələ 753: Əgər insan, namaz üçün, vaxtın daxil olmasını
yəqin etməyin gərəkli olmasından xəbəri olmadan namaza
başlasa, əgər namazdan sonra, namazını vaxtında qıldığını başa
düşsə, onun namazı səhihdir. Bütün namazı, vaxtından əvvəl
qıldığını başa düşsə, yaxud vaxtında və ya vaxtından əvvəl
180
NAMAZIN HÖKMLƏRİ
qıldığını başa düşməsə, namazı batildır. Hətta namazdan sonra
başa düşsə ki, namaz qıldığı əsnada vaxt daxil olmuşdur, ehtiyat-
vacibə ğörə, gərək namazını yenidən qılsın.
Məsələ 754: Əgər vaxtın daxil olmasını yəqin edib namaza
başlasa və namaz əsnasında vaxtın daxil olub-olmamasında şəkk
etsə, namazı batildir. Əgər namaz əsnasında vaxtın daxil
olmasına yəqin etsə, namaza vaxtından qabaq başlamasına
itminanı olmasına baxmayaraq namazı səhihdir.
Məsələ 755: Əgər namazın vaxtı az olsa və onun bəzi
müstəhəblərinin məsələn: azan və qunut kimi (hətta surəni)
yerinə yetirilməsi nəticəsində, namazın bir miqdarını vaxtdan
xaricdə qılacağına səbəb olsa, gərək o müstəhəbləri yerinə
yetirməsin.
Məsələ 756: Bir şəxsin bir rəkət namaz qılmaq miqdarında
vaxtı olsa, əgər namazı bilərəkdən bu vaxta qədər təxirə salsa
günah etmişdir, amma gərək namazı əda niyyəti ilə qılsın.
Məsələ 757: Müsafir olmayan bir şəxsin məğribədək
namazını qılmasa bunun üç surəti var:
1. Beş rəkətlik namaz miqdarında vaxtı qalsa, gərək zöhr və
əsr namazının hər ikisini tərtib ilə qılsın.
2. Bir rəkət və ya daha çox namaz qılmaq miqdarda vaxt olsa
gərək təkcə əsr namazını qılsın, sonra isə zöhrün qəzasını etsin.
3. Bir rəkət qılmaq miqdarda vaxt olmaya, bu halda zöhr və
əsr namazları hər ikisi qəzadır.
Həmçinin məğrib və işa namazının hər ikisini gecə
yarısınadək təxirə salsa bununda üç surəti var:
1. Gecə yarısınadək beş rəkətlik namaz qılmaq miqdarında
vaxt qalsa, məğrib və işa namazının hər ikisini ardıcıllıq ilə
qılmalıdır.
2. Bir rəkət və ya daha çox namaz qılmaq miqdarda vaxt olsa,
gərək təkcə işa namazını qılıb, sonra məğrib namazını qılsın.
Ehtiyat-vacibə əsasən məğrib namazını sübh azanınadək,
Dostları ilə paylaş: |