Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə58/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   54   55   56   57   58   59   60   61   ...   209

156        

MƏSS-MEYYİT QÜSLÜ 

 

Fulan kəlməsinin yerinə mərhumun adını desinlər 



Məsələ  646:  Vəhşət  namazını,  mərhumun  dəfn  olunduğu  ilk 

gecənin hər saatında olsa, qılmaq olar. Amma daha yaxşı olar ki, 

işa namazından sonra gecənin əvvəlində qılınsın. 

Məsələ  647:  Əgər  meyyiti uzaq  bir şəhərə aparmaq istəsələr, 

yaxud  başqa  səbəblərə  görə  onun  dəfni  təxirə  düşsə,  bu  halda 

gərək  vəhşət  namazını  onun  qəbrə  qoyulduğu  ilk  gecəyə  qədər 

təxirə salsınlar. 



QƏBRİN AÇILMASI 

Məsələ 648: Müsəlmanın qəbrini açmaq hətta uşaq və ya dəli 

olsa  belə,  haramdır.  Amma  bədəni  çürüyüb  aradan  getsə  və 

torpağa çevrilsə, eybi yoxdur. 

Məsələ  649:  İmamzadələrin  (yəni  İmam  övladlarının), 

şəhidlərin,  alimlərin,  saleh  bəndələrin  qəbrini  açmaq  hətta  illər 

ötüb keçsə də belə haramdır. 

Məsələ 650: Bir neçə halda qəbri açmaq haram deyildir: 

1-Meyyit qəsbi torpaqda dəfn olunsa və yerin sahibi də onun 

orada qalmasına razı olmasa; 

2-Meyyitin dəfn olunduğu kəfən,  yaxud onunla birlikdə  dəfn 

olunan başqa şeylər qəsbi olsa, sahibi də qəbirdə qalmasına razı 

olmasa.  Həmçinin  əgər  meyyitin  vərəsələrinə  çatacaq  bir  şey 

onunla  birlikdə  dəfn  olunsa,  vərəsələr  də  o  şeyin  qəbirdə 

qalmasına  razı  olmasalar;  amma  meyyit  dua  kitabı  və  Quran, 

yaxud  üzüyünü  onunla  birlikdə  dəfn  olunmasını  vəsiyyət  etsə 

onları  çıxarmaq  üçün  qəbri  açmaq  olmaz.  Əgər  vəsiyyəti, 

malının  üçdə  birindən  artıq  olsa,  artıq  olan  mala  vərəsələr  razı 

olmasalar qəbri aça bilərlər. 

3-Meyyit qüslsüz, kəfənsiz və ya hənutsuz dəfn olunsa, yaxud 

qüslünun  batil  olmasını  bilsələr  və  ya  şəriət  qanunlarına  uyğun 

olmayaraq kəfənləmiş olsalar, yaxud da qəbirdə onu üzü qibləyə 



İzahlı şəriət hökmləri

       157 

 

qoymamış  olsalar  (qəbri  açmaq  olar).  Amma  kəfən  əti  haram 



olan heyvandan hazırlanarsa qəbri açmaq müşkül məsələdir. 

4-Müəyyən  bir  haqqı  sübut  etmək  üçün  meyyitin  bədənini 

görmək istəsələr

5-Meyyiti,  ehtiramsızlıq  olan  bir  yerdə;  məsələn:  kafirlərin 

qəbristanlığında,  yaxud  toz-torpaq,  zibil  tökülən  yerlərdə  dəfn 

etmiş olsalar; 

6-Qəbrin  açılmasından  daha  çox  əhəmiyyətli,  olan  şəri  bir 

mətləb  üçün  qəbri  açsalar;  məsələn:  diri  uşağı  ölmüş  anasının 

bətnindən çıxartmaq istəsələr; 

7-Vəhşi  heyvanların  meyyitin  bədənini  parçalamasından,  sel 

aparmasından, düşmənlərin çıxartmasından qorxslar; 

8-Meyyitin,  onunla  birlikdə  dəfn  olunmayan  əzasını  dəfn 

etmək  üçün;  amma  ehtiyat-vacib  budur  ki,  bədənin  o  əzasını, 

qəbrə elə qoysunlar ki, meyyitin bədəni görünməsin. 



MÜSTƏHƏB QÜSÜLLƏR 

Məsələ  651:  Müqəddəs  İslam  Şəriətində  müstəhəb  qüsüllər 

çoxdur, o cümlədən

1-Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr 

azanına  qədərdir.  Daha  yaxşı  olar  ki,  zöhrə  yaxın  vaxtlarda 

yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, 

yaxşı  olar  ki,  əda  və  qəza  niyyəti  etmədən  cümənin  məğrib 

vaxtınadək  yerinə  yetirsin.  Əgər  cümə  günü  qüsl  etməsə, 

müstəhəbdir  şənbə  axşamından  şənbə  günü  qüruba  qədər  onun 

qəzasını  yerinə  yetirsin.  Əgər  bir  şəxs  cümə  günündə  su 

tapmayacağını  bilsə  və  ya  su  tapmayacağından  qorxsa,  cümə 

axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. 

Cümə  axşamı  gecəsində  “tələb  olunma”  niyyəti  ilə  etsin.  Cümə 

qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun: 



158        

MƏSS-MEYYİT QÜSLÜ 

 

للها 


َّ

لا ّإ 


َ

ه

َ



ل ّإ

َ

لا 



ْ

ن

َ



أ 

ُ

د



َ

ه

ْ



ش

َ

أ



 

 

َ



ل 

َ

كي ّر



َ

ش

َ



لا 

ُ

ه



َ

د

ْ



ح

َ

و



 ْب

َ

ع 



 

اد

َّ



م

َ

ح



ُ

م 

َّ



ن

َ

أ



َ

و 

ُ



ه

 

ُ



ه

ُ

د



 

ِّ

ل



َ

ص 

َّ



م

ُ

ه



َّ

لل

َ



أ 

ُ

ه



ُ

لو

ُ



س

َ

ر



َ

و

 



 

َّ

م



َ

ح

ُ



م  ّلآ

َ

و  ٍد



َّ

م

َ



ح

ُ

م  ى



َ

ل

َ



ع

 ٍد


 

 

َ



ن ّم  ى ّن

ْ

ل



َ

ع

ْ



جا

َ

و



 

َ

ن ّم ى ّن



ْ

ل

َ



ع

ْ

جا



َ

و 

َ



نيّبا

َّ

و



َّ

تلا


 

 

َ



ني ّر

ِّ

ه



َ

ط

َ



ت

ُ

م



ْ

لا

 



2-Mübarək  Ramazan  ayının  birinci  gecəsinin,  həmçinin  17, 

19, 21, 24-ci gecələrin qüslü.  

3-Fitir və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh 

azanından  günortaya  qədərdir.  Daha  yaxşı  olar  ki,  onu  bayram 

namazından  qabaq  etsinlər.  Zöhrdən  qürubadək  olan  vaxtda 

etsələr,  daha  yaxşıdır  ki,  rəca  niyyəti  (savab  ümüdü)  ilə  yerinə 

yetirsinlər. 

4-Fitr  bayramının  gecəsinin  qüslü;  onun  da  vaxtı  məğribin 

əvvəlindən  sübh  namazınadəkdir.  Daha  yaxşı  olar  ki,  gecənin 

əvvəlində yerinə yetirilsin. 

5-Zil-Həccənin  8-ci  və  9-cu  günlərinin  qüslü;  9-cu  günün 

qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. 

6-Tövbə qüslü; 

7- Bədənin hər hansı bir yerini, qüslü verilmiş meyyitə vuran 

şəxsin qüslü; 

8-Ehram qüslü; 

9-Hərəmə daxil olmaq qüslü: 

10-Məkkiyə daxil olmaq qüslü

11-Kəbə evini ziyarət etmək qüslü

12-Kəbəyə daxil olmaq qüslü;  

13-Nəhr, zibh və həlq etmək qüslü

14-Mədinəyə daxil olmaq qüslü; 

15-  Peyğəmbərin 

(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  hərəminə 

daxil olmaq qüslü; 

16-Peyğəmbərin 

(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  qəbrindən 

ayrılmağın qüslü; 

17-Düşmən ilə mübahilə etmək qüslü



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə