148
MƏSS-MEYYİT QÜSLÜ
Məsələ 616: Meyyit namazının təkbirləri və duaları elə ardıcıl
oxunmalıdır ki, gərək namaz, öz surətindən çıxmasın.
Məsələ 617: Meyyit namazını camaatla birlikdə qılan şəxs
gərək təkbirləri və duaları oxusun.
MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI
Məsələ 618: Bir neçə şey meyyit namazında müstəhəbdir:
1-Meyyit namazını qılan şəxs, dəstəmaz yaxud qusl və ya
təyəmmüm almış olsun; ehtiyat-müstəhəbə görə, o vaxt
təyəmmüm almalıdır ki, dəstəmaz və qüsl almaq mümkün
olmasın, yaxud dəstəmaz və ya qüsl alacağı təqdirdə meyyit
namazına çata bilməsin.
2-Əgər meyyit kişidirsə, camaata imamlıq edən, yaxud ona
namazı təklikdə qılan şəxs, cənazənin orta hissəsinin; və əgər
meyyit qadındırsa, sinəsinin müqabilində dursun;
3-Ayaqyalın namaz qılsın;
4-Hər təkbiri deyəndə iki əlini qaldırsın;
5-Onunla meyyitin arasındakı məsafə çox az olsun; belə ki,
əgər külək onun paltarını hərəkət etdirsə, cənazəyə toxunsun;
6-Meyyit namazı camaatla qılınsın;
7-Meyyit namazına imamlıq edən şəxs, təkbiri və duaları
ucadan, onunla birlikdə namaz qılanlar isə astadan desinlər;
8-Meyyit namazı, camaatla qılınanda, hətta iqtida edən
(məmum) bir nəfər olsa da, imamın arxasında dayansın;
9-Namaz qılan şəxs meyyitə və möminlərə çoxlu dua etsin;
10-Namazdan qabaq üç dəfə “əs-səlat” desin;
11-Namazı, camaatın əksərən meyyit namazını qılqıları yerdə
qılsın;
12-Haiz qadın camaat namazına dayansa, bir cərgədə tək
dayansın.
Məsələ
619:
Meyyit namazını məscidlərdə qılmaq
məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.
İzahlı şəriət hökmləri
149
DƏFNİN HÖKMLƏRİ
Məsələ 620: Vacibdir ki, meyyit elə dəfn edilsin ki, onun iyi
çölə gəlməsin və yırtıcı heyvanlar onun bədənini çölə çıxara
bilməsin.
Amma
yırtıcı
heyvanların
onun
bədənini
çıxarmasından qorxu yaransa, gərək qəbri kərpic və s. kimi
şeylərlə möhkəmlətsinlər.
Məsələ 621: Əgər meyyiti torpaqda dəfn etmək mümkün
olmazsa, dəfn etmək yerinə, onu binada və ya tabuta qoymaq
lazımdır.
Məsələ 622: Gərək meyyiti qəbirdə sağ çiyni üstə elə
uzatsinlar ki, bədəninin qabağı üzü qibləyə olsun.
Məsələ 623: Əgər bir şəxs gəmidə ölsə, bu halda cəsədi
çürüməzsə və gəmidə qalmasının maneəsi olmazsa, gərək
gözləsinlər ki, gəmi quruya çatsın və onu torpaqda dəfn etsinlər.
Əks halda gərək, gəmidə qüsl verib, hənut-kəfən etməli, namaz
qıldıqdan sonra onu böyük bir xumrəyə
1
qoyub ağzını bağlayıb
dənizə atsınlar yaxud ağır bir şeyi ayağına bağlayıb dənizə
atmalıdırlar. Mümkün olsa, elə yerdə atsınlar ki, dərhal
heyvanlara yem olmasın.
Məsələ 624: Əgər düşmən, qəbri açıb meyyiti çıxaracağından
və sonra qulağını, burnunu və ya başqa üzvlərini kəsəcəyindən
qorxsalar, onda mümkün olan surətdə, gərək əvvəlki məsələdə
deyildiyi qaydada, onu dənizə atsınlar.
Məsələ 625: Meyyitin dəryaya atılmasının və ya qəbrinin
möhkəmləndirilməsinin xərcləri lazım olan surətdə gərək
meyyitin malının əslindən götürülsün.
Məsələ 626: Əgər kafir bir qadın ölsə və onun bətnindəki
uşaq da ölmüş olsa və ya hələ ruh onun bədəninə daxil
olmayıbsa, uşağın atası müsəlman olduğu surətdə, gərək qadını
1
Küp.
150
MƏSS-MEYYİT QÜSLÜ
qəbirdə sol böyrü üstə arxası qibləyə tərəf elə uzatsınlar ki,
uşağın üzü qibləyə olsun.
Məsələ 627: Müsəlmanın kafir, kafirin də müsəlman
qəbiristanlığında dəfn edilməsi caiz deyildir.
Məsələ 628: Müsəlmanı, ehtiramsızlıq olacağı yerlərdə;
məsələn: toz-torpaq və zibil tökülən yerlərdə dəfn etmək caiz
deyildir.
Məsələ 629: Meyyit, qəsbi yerdə dəfn olunmamalıdır.
Meyyiti, dəfndən qeyri işlər üçün (vəqf olunan məscid kimi)
yerlərdə dəfn etmək, caiz deyildir.
Məsələ 630: Bir meyyiti başqa bir meyyitin qəbrində dəfn
etmək caiz deyildir. Amma qəbir çox köhnələrsə və əvvəlki
meyyit çürüyüb aradan getmiş olarsa bu halda dəfn etmək olar.
Məsələ 631: Meyyitdən ayrılan şeylər, hətta tük, dırnaq, diş
kimi olsa da belə, gərək onunla dəfn olunsun. İnsanın sağlığında
ondan ayrılan dırnağı və dişi yerə basdırmaq müstəhəbdir.
Məsələ 632: Əgər bir şəxs quyuya düşüb ölsə və onu
çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlayıb o
quyu onun üçün qəbir edilsin.
Məsələ 633: Əgər uşaq, ana bətnində ölsə və onun bətndə
qalması ana üçün təhlükə doğursa, gərək onu ən asan yolla
çıxartsınlar. Əgər onu doğrayıb çıxarmağa naçar olsalar, eybi
yoxdur. Amma ərinin vasitəsi ilə (əgər əri bu sahədə
mütəxəssisdirsə), yaxud mütəxəssis qadının vasitəsi ilə çölə
çıxarılmalıdır. Əgər bu da mümkün olmasa, mütəxəssis olan
məhrəm kişilər, bu da mümkün olmasa, mütəxəssis olan
naməhrəm kişi, onu çölə çıxarmalıdır. Bu da mümkün olmasa və
mütəxəssis tapılmazsa, mütəxəssis olmayan bir şəxs də uşağı
çölə çıxara bilər.
Məsələ 634: Hər vaxt əgər ana ölsə və uşaq onun bətnində
diri olsa, hətta onun (çıxarılmasından sonra) sağ qalmasına ümid
olmasa da, gərək əvvəlki məsələdə deyilən şəxslərin vasitəsi ilə,
Dostları ilə paylaş: |