Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə50/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   46   47   48   49   50   51   52   53   ...   209

İzahlı şəriət hökmləri

       139 

 

gərək qüsl verilsin. Əgər onların heç biri müsəlman deyilsə qüsl 



vermək icazəli deyil. 

Məsələ  564:  Siqt  olunmuş  uşağa,  dörd  aylıq  və  daha  artıq 

olarsa,  gərək  qüsl  versinlər.  Amma  dörd  ayı  tamam  olmasa, 

gərək bir parçaya büküb qüsl vermədən dəfn etsinlər.  

Məsələ  565:  Əgər  kişi  qadına  və  ya  qadın  kişiyə  qüsl  versə, 

haramdir.  Amma  arvad  öz  ərinə,  ər  də  arvadına  qüsl  verə  bilər. 

Ehtiyat-müstəhəb  budur  ki,  arvad  öz  ərinə,  ər  də  öz  arvadına, 

qüsl verməsin. 



Məsələ 566: Kişi, yaşı üçdən keçməmiş ölü qız uşağına, qadın 

da yaşı üçdən keçməyən oğlan uşağına qüsl verə bilər. 



Məsələ  567:  Əgər  ölmüş  kişiyə  qüsl  vermək  üçün  kişi 

tapılmazsa, ona qohumluq səbəbi ilə məhrəm olan qadınlar (ana, 

bacı, bibi, xala), yaxud süd verməklə məhrəm olan qadınlar, ona 

paltarla  və  ya  onun  bədənini  örtən  bir  şeylə  qüsl  verə  bilərlər. 

Həmçinin,  əgər  ölmüş  qadına  qüsl  vermək  üçün  qadın 

tapılmazsa,  onunla  qohumluq  səbəbi  ilə,  yaxud  süd  vasitəsilə 

məhrəm  olan  kişilər,  ona  paltar  və  onun  tək  şeylərlə  qüsl  verə 

bilərlər. 



Məsələ  568:  Əgər  meyyit  və  ona  qüsl  verən  hər  ikisi  kişi, 

yaxud hər ikisi qadın olsa, yaxşı olar ki, övrətdən başqa meyyitin 

başqa yerləri açıq olsun.  

Məsələ  569:  Meyyitin  övrətinə  baxmaq  haramdır.  Ona  qüsl 

verən  şəxs,  onun  övrətinə  baxsa,  günah  etmişdir,  amma  verdiyi 

qüsl batil olmaz. 

Məsələ 570: Əgər meyyitin bədəninin hər hansı bir yeri nəcis 

olsa,  gərək  qüsl  verilməmişdən  qabaq  o  yeri  suya  çəkilsin. 

Ehtiyat-müstəhəb  budur  ki,  meyyitin  bədəninin  hər  yeri  qüslü 

başlamazdan qabaq pak olsun. 



Məsələ  571:  Meyyitə  verilən  qüsl,  cənabət  qüslü  kimidir. 

Ehtiyat-vacib  budur  ki,  nə  qədər  ki,  tərtibi  qüsl  mümkündür, 

irtimasi  qüsl  verməsinlər.  Tərtibi  qüsldə  bədənin  hər  üç 



140        

MƏSS-MEYYİT QÜSLÜ 

 

qismindən  birini  suya  batıra  və  ya  suyu  onun  üstünə  tökə 



bilərlər.  

Məsələ  572: Heyz və ya cənabət halında ölən bir şəxsə, heyz 

və cənabət qüslü vermək lazım deyil, meyyit qüslü kifayətdir. 



Məsələ  573:  Meyyitə  qüsl  vermək  üçün  muzd  almaq 

haramdır. Əgər bir şəxs, muzd almaq üçün meyyitə qüsl versə, o 

qüsl batildir. Amma qüslün müqəddimati işləri üçün muzd almaq 

haram deyil. 



Məsələ  574:  Məşhur  nəzərə  əsasən  meyyit  qüslündə  cəbirə 

qüslü  yoxdur.  Amma  imkan  olan  halda  cəbirə  qüslü  tərk 

olunmasın.  Əgər  su  tapılmasa  və  ya  sudan  istifadə  etməyin 

maneəsi  vardırsa,  hər  qüsl  əvəzinə  meyyitə  bir  təyəmmüm 

verməlidirlər. Ehtiyat-vacib budur ki, üç qüslün əvəzinə digər bir 

təyəmmümdə  olunsun.  Əgər  təyəmmüm  edən  şəxs  üç 

təyəmmümün  birində  “mafiz-zimmə”  yəni  vəzifəyə  əməl 

olunması üçün yerinə yetirsə dördüncü təyəmmüm lazım deyil.  



Məsələ  575: Meyyitə təyəmmüm verən şəxs, öz əlini torpağa 

vurub, meyyitin üzünə və əllərinin arxasına çəkməlidir. Mümkün 

olduğu  təqdirdə,  ehtiyat-vacibə  əsasən,  meyyitin  öz  əli  ilə  ona 

təyəmmüm verilməlidir. 



MEYYİTİN KƏFƏNİNİN HÖKMLƏRİ 

Məsələ 576: Müsəlman meyyiti, gərək “fitə” (long), “köynək” 

və “sərtasər” adlanan üç parça ilə kəfənə bükülsün. 



Məsələ 577: Fitə, gərək bədəni göbəkdən dizlərə qədər örtsün. 

Ondan yaxşısı budur ki, sinəsindən ayağının üstünə qədər çatsın. 

Gərək  köynək,  çiyindən  dizlə  topuğun  arasına  qədər  örtsün. 

Daha  yaxşı  olar  ki,  ayağın  üstünə  çatsın.  Sərtasərin  uzunluğu 

gərək  o  qədər  olsun  ki,  onun  iki  tərəfdən  baş  uclarını  bağlamaq 

mümkün  olsun.  Eni  də  o  gərək  qədər  olmalıdır  ki,  (meyyiti 

onunla) bükdükdə bir tərəfi o biri tərəfin üstünə gəlsin. 



İzahlı şəriət hökmləri

       141 

 

Məsələ 578: Fitənin göbəkdən dizə qədər örtən bir miqdarı və 

köynəyin  çiyinlərdən  dizlə  topuq  arası  qədər  örtən  miqdarı 

kəfənin  vacib  miqdarıdır.  Keçən  məsələdə  bundan  artıq  deyilən 

miqdar, kəfənin müstəhəb miqdarıdır. 



Məsələ  579:  Əgər  meyyitin  vərəsələri,  həddi-büluğa  çatmış 

olsalar  və  kəfənin  (əvvəldəki  məsələdə  deyilən)  vacibi 

miqdardan  artığını  onların  irs  paylarından  götürülməsinə  icazə 

versələr, eybi  yoxdur.  Ehtiyat-müstəhəb budur ki, kəfənin vacib 

miqdarından  artıq  hissəsini,  baliğ  olmamış  varisin  payından 

götürməsinlər. 



Məsələ 580: Əgər bir şəxs kəfənin müstəhəb hissəsini (ki, iki 

məsələ  bundan  qabaq  deyilidi)  onun  malının  üçdə  birindən 

götürülməsini,  yaxud  malının  üçdə  birinin  onun  özünə 

xərclənməsini  vəsiyyət  etsə,  amma  onun  sərf  olunacağı  yerləri 

müəyyən  etməsə,  yaxud  onun  təkcə  müəyyən  miqdarını  sərf 

olunacağı  yerləri  müəyyən  etsə,  bu  halda  kəfənin  müstəhəb 

miqdarını onun malının üçdə birindən götrə bilərlər. 

Məsələ  581:  Əgər  meyyit  kəfənini,  malının  üçdə  bir 

hissəsindən  götürülməsini  vəsiyyət  etməsə  və  malın  əslindən 

götürmək  istəsələr,  ehtiyat-vacib  büdür  ki,  kəfənin  vacib 

miqdarını,  meyyitin  şəxsiyyətini  nəzərə  almaqla,  mümkün  olan 

ən ücüz qiymətlə əldə etsinlər. Amma vərəsələrdən həddi buluğa 

çatmış  şəxslərdən  öz  paylarından  bir  miqdarının  götürülmasinə 

icazə  versələr,  icazə  verdikləri  miqdarda  onların  paylarından 

götürmək olar.  



Məsələ  582:  Qadının  özünün  malı  olsa  da,  kəfəni  ərin 

öhdəsindədir.  Əgər  qadına  (təlaq  əhkamında  izah  olunacağı 

kimi) rici təlaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, 

əri  onun  kəfənini  verməlidir.  Əgər  əri  baliğ  olmasa  və  ya  dəli 

olarsa, ərinin vəlisi qadının kəfənini onun malından verməlidir. 

Məsələ  583:  Sağlığında  yaşayış  xərcləri  qohumlarına  vacib 

olan şəxs, öləndən sonra kəfəni, onlara vacib deyil. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə