142
MƏSS-MEYYİT QÜSLÜ
Məsələ 584: Ehtiyat-vacibə əsasən, kəfən üçün istifadə olunan
hər üç parça, meyyitin bədəni onun altından görünəcək qədər
nazik olmamalıdır.
Məsələ 585: Əgər başqa bir şey tapılmasa da, meyyiti murdar
heyvanın dərisi və qəsbi şeylə kəfənə bükmək caiz deyildir. Əgər
meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, hətta onu
dəfn etmiş olsalar belə, gərək kəfəni onun bədənindən
çıxarsınlar.
Məsələ 586: Nəcis, xalis ipək parça və qızıl ilə toxunmuş
parça ilə meyyiti kəfən etmək icazəli deyil, amma çarəsiz halda
eybi yoxdur. Əgər nəcis, xalis ipək, qızıl ilə toxunmuş parça və
əti haram olan heyvanların bədən üzvü olsa çarəsiz halda əti
haram olan heyvanların bədən üzvü ilə kəfənləsinlər.
Məsələ 587: Meyyiti, əti haram olan heyvanların yunundan və
yə tükündən toxunmuş parça ilə kəfənə bükmək, ixtiyar halında
caiz deyildir. Ehtiyat-vacibə görə, şəri göstərişə əsasən, kəsilmiş,
əti halal olan heyvanın dərisi ilə də kəfən etməsinlər. Amma
kəfən, əti halal olan heyvanın tükündən və yunundan
hazırlanıbsa, eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bu
ikisi ilə də kəfənə bükməsinlər.
Məsələ 588: Əgər meyyitin kəfəni, onun öz nəcisi, yaxud
başqa bir nəcasətlə nəcis olsa, bu halda kəfən zay olmazsa, qəbrə
qoymuş olsalar belə, gərək nəcis miqdarı yuyub, yaxud kəssinlər.
Əgər onu yumaq və ya kəsmək mümkün olmazsa, dəyişdirilməsi
mümkün olan halda, gərək dəyişdirsinlər.
Məsələ 589: Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs
ölsə, gərək başqaları kimi kəfən olunsun, başını və üzünü
örtməyin eybi yoxdur.
Məsələ 590: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu
hazırlaması müstəhəbdir.
İzahlı şəriət hökmləri
143
HƏNUTUN HÖKMLƏRİ
Məsələ 591: Qüsldən sonra vacibdir ki, meyyitə hənut
vursunlar, yəni alnına, əllərinin içinə, dizlərinin başına,
ayaqlarının iki baş barmaqlarının ucuna kafur sürtsünlər.
Müstəhəbdir ki, meyyitin burnunun ucuna da kafur sürtsünlər.
Gərək kafur təzə və əzilmiş olsun. Əgər köhnəlmək səbəbilə ətri
getsə, kifayət deyildir.
Məsələ 592: Ehtiyat-vacib budur ki, kafuru əvvəlcə meyyitin
alnına sürtsünlər, amma başqa yerlərdə tərtib şərt deyildir.
Məsələ 593: Daha yaxşı olar ki, kəfənə bükməmişdən əvvəl,
meyyitə hənut vursunlar. Amma kəfənə bükmə əsnasında və
ondan sonra da vurmağın maneəsi yoxdur.
Məsələ 594: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs
ölərsə, onu hənut etmək icazəli deyildir. Əgər həcc üçün ehram
bağlayan şəxs, səfa ilə mərvə arasında “səy” əməlindən sonra və
ümrədə “həlq” və ya “təqsir” əməlindən sonra ölsə, ona hənut
vurmaq lazımdır.
Məsələ 595: Etikaf bağlayan və əri ölüb, iddəsi tamam
olmayan qadın özünü ətirləməsinin haram olmasına baxmayaraq,
ölərsə, ona hənut vurmaq vacibdir.
Məsələ 596: Ehtiyat-vacib budur ki, meyyitə müşk, ənbər, ud
və
sair xoş ətirlər vurmasınlar. Bunları kafurla da
qarışdırmasınlar.
Məsələ 597: Müstəhəbdir ki, həzrət Seyyidüş-şühədanın
(ələyhis-səlam) türbətindən bir qədər kafura qarışdırsınlar.
Amma gərək o kafurdan ehtiramsızlıq olan bədən üzvlərinə
vurmasınlar. Həmçinin, gərək türbət o qədər çox olmasin ki,
kafurla qarışanda daha ona kafur deyilməsin.
Məsələ 598: Əgər kafur tapılmazsa və ya təkcə qüsl
miqdarında olarsa, hənut lazım deyil. Əgər qüslə istifadə olunan
miqdardan çox olarsa, amma yeddi üzvün hənutuna çatmasa,
144
MƏSS-MEYYİT QÜSLÜ
gərək əvvəlcə alnına vursunlar. Əgər çox qalarsa, başqa üzvlərə
vursunlar.
Məsələ 599: İki ədəd yaş və təzə çubuğu meyyitlə birlikdə
qəbrə qoymaq müstəhəbdir.
MEYYİT NAMAZININ HÖKMLƏRİ
Məsələ 600: Müsəlman meyyitə, hətta uşaq da olsa belə
namaz qılmaq vacibdir, amma gərək uşağın ata-anası, yaxud
onlardan biri müsəlman olsun və altı yaşı da tamam olmuş olsun.
Məsələ 601: Altı yaşı tamam olmayan uşağa namaz qılmağın
müstəhəb olması məlum deyil. Əgər namaz qılsalar səhihdir.
Amma ölü dünyaya gəlmiş uşağa namaz qılmaq qəti şəkildə
müstəhəb deyil.
Məsələ 602: Meyyit namazı qüsl, hənut və kəfəndən sonra
qılınmalıdır. Əgər bunlardan qabaq və ya bu əməlləri yerinə
yetirərkən qılınsa məsələni bilməmək və ya unutqanlıq üzündən
olsa belə, kifayət deyildir.
Məsələ 603: Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmaz,
qusl, yaxud təyəmmüm alması üçün, bədəninin, yaxud paltarının
pak olması lazım deyil. Hətta onun paltarı qəsbi də olsa, eybi
yoxdur. Amma ehtiyat-müstəhəbə görə sair namazlarda riayət
olunmalı məsələlər bunda da riayət olunsun;
Məsələ 604: Meyyitə namaz qılan şəxs, gərək üzü qibləyə
dayansın. Həmçinin vacibdir ki, meyyiti onun qarşısında arxası
üstə elə uzatsınlar ki, başı namaz qılanın sağ tərəfində, ayağı isə
sol tərəfində olsun.
Məsələ 605: Namaz qılanın məkanı ehtiyata əsasən gərək
qəsbi olmasın. Həmçinin meyyitin qoyulduğu yerdən alçaq və ya
uca olmasin. Amma azacıq alçaq və ya uca olsa, eybi yoxdur.
Məsələ 606: Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır.
Amma meyyit namazını camaatla qılan şəxs, meyyitdən uzaq
Dostları ilə paylaş: |