İzahlı şəriət
hökmləri
159
18- Təzə dünyaya gələn uşağa verilən qüsl;
19-İstixarə namazının qüslü; yəni Allahdan xeyr istəmək.
20-Yağış yaması üçün qüsl;
21-Həzrət imam Hüseynin
(ələyhis-səlam)
ziyarətinin qüslü;
hətta uzaqdan olsa belə.
Məsələ 652: Fəqihlər çoxlu müstəhəb qüsüllər qeyd ediblər, o
cümlədən;
1-Mübarək Ramazan ayının tək günlərinin gecəsinin qüslü.
Sonuncu on günün gücələrinin qüslü. Həmçinin müstəhəbdir ki,
23-cü gecədə birinci qüsldən əlavə, gecənin axırında da bir qüsl
etsin;
2-Zil-Həccənin 24-ci gününün qüslü;
3- Novruz bayramı, şəbanın 15, Rəbiül-əvvəlin 9 və 17 və
Zilqədənin 25-i, Rəcəbin əvvəli, ortası və axırının qüslü;
4- Ərindən başqası üçün ətir vuran qadının qüslü;
5- Məstlik halında yatan insanın qüslü;
6- Dara asılan şəxsə tamaşa etmək üçün gedən və onu görən
şəxsin qüslü. Amma təsadüfən, yaxud naçarlıq üzündən gözü ona
düşsə və ya misal olaraq, şəhadət vermək üçün getsə, qüsl alması
müstəhəb deyil.
7- Peyğəmbərin
(səlləllahu ələyhi və alihi və səlləm)
məscidinə
daxil olmaq qüslü;
8-Məsumları
(ələyhimus-səlam)
uzaqdan və yaxud yaxından
ziyarət etmək üçün alınan qüsl; amma ehtiyat budur ki bu
qüsülləri rəca ümüdü ilə yerinə yetirsinlər.
Məsələ 653: İnsan özü üçün etdiyi müstəhəb qüsl ilə, ki, 651-
ci məsələdə qeyd olundu namaz kimi dəstəmaz vacib olan
əməlləri yerinə yetirə bilər. Amma rəca ümüdü ilə yerinə
yetirilən qüsüllər dəstəmaz üçün kifayət etməz.
Məsələ 654: Əgər bir şəxsə bir neçə qüsl müstəhəb olsa,
onların hamısının niyyəti ilə bir qüsl etsə, kifayətdir.
160
TƏYƏMMÜM
TƏYƏMMÜM
Yeddi yerdə dəstəmaz və qüsl əvəzi olaraq, gərək təyəmmüm
edilsin.
BİRİNCİ YER
Dəstəmaz və qüsl almaq üçün lazım olan qədər suyu tapmaq
mümkün olmasa;
Məsələ 655: Əgər insan abadlıq yerdə olsa, gərək dəstəmaz və
qüsl suyunu tapmaq üçün o qədər axtarış aparsın ki, daha onu
tapmağa ümüdü qalmasın. Əgər namazın əvvəl vaxtında axtarış
aparmadan namazını qılsa, namazı batildir. Əgər qürbət qəsdi ilə
qılsa və sonradan da məlum olsun ki əgər su axtarsaydı da su
tapılmazdı belə olan surətdə namazı səhihdir. Amma çöldə,
(biyabanda) olsa, eyni zamanda o məntəqə eniş-yoxuşlu olsa və
ya orada ağacların çox olması yol getməyi çətinləşdirərsə, gərək
hər dörd tərəfə, qədimdə kamandan atılan bir oxun qət etdiyi
məsafə miqdarında suyu axtarmaq üçün getsin
1
. Amma yer, eniş-
yoxuşlu deyilsə, gərək hər tərəfə (atilan zaman) iki oxun qət
etdiyi məsafə miqdarında axtarış aparılsın.
Məsələ 656: Əgər dörd tərəfdən bir qismi düzənlik, digər
yerlər isə eniş-yoxuşlu olsa, gərək düzənlik tərəflərdə iki ox,
düzənlik olmayan tərəfdə isə bir ox miqdarda axtarış aparılsın.
Məsələ 657: Su olmadığına yəqin etdiyi hər tərəfdə, axtarış
aparmaq lazım deyil.
Məsələ 658: Namazın vaxtı az olmayan və su əldə etmək
üçün vaxtı olan bir şəxs, axtarması gərəkli olduğu məkandan
uzaq bir yerdə su olmasına yəqin etsə, bu halda məşəqqəti və ya
1
Mühəmməd Təqi Məclisi “Mən la yəhzuruhul-fəqih” adlı kitabın
şərhində və “Hədaiq” kitabının müəllifi “Hədaiq” kitabında oxun uçma
miqdarını iki yüz addım təyin edib.
İzahlı şəriət
hökmləri
161
başqa maneə olmayan surətdə, gərək su tapmaq üçün getsin.
Əgər suyun olmasına gümanı olmasa, o yerə getməsi lazım deyil.
Məsələ 659: İnsanın özünün su axtarmaq üçün getməsi lazım
deyil, sözünə etimad etdiyi başqa bir adamı da göndərə bilər. Bu
halda bir nəfər, bir neçə nəfərin tərəfindən getsə, kifayətdir.
Məsələ 660: Əgər səfər yüklərinin arasında, ya mənzilində,
yaxud da karvanda, su olmasına ehtimal versə, gərək o qədər
axtarış aparsın ki, suyu tapmağa ümüdü qalmasın.
Məsələ 661: Əgər namaz vaxtı daxil olmamışdan əvvəl
axtarış aparıb su tapmasa, namaz vaxtına qədər həmin yerdə
qalsa, əgər ehtimal versə ki, keçən axtarışdan sonra o ətrafda su
əmələ gəlib, ehtiyat-vacib budur ki, ikinci dəfə su axtarmağa
getsin.
Məsələ 662: Əgər vaxt daxil olduqdan sonra axtarış edib su
tapmasa, növbəti namazın vaxtınadək orada qalsa, keçmiş
axtarışindan sonra o ətrafda su yarandığına ehtimal versə,
ehtiyat-vacib budur ki, yenidən su axtarmağa getsin.
Məsələ 663: Əgər namaz vaxtı az olsa və ya yırtıcidan
qorxarsa, ya suyun axtarılması, onun üçün dözülməz dərəcədə
çətin olarsa axtarmaq lazim deyil.
Məsələ 664: Əgər namazın vaxtı qisalanadək su axtarmağa
istər su tapacağını və ya tapmayacağını bilsədə getməsə, günah
etmişdır, amma namazı təyəmmümlə səhihdir.
Məsələ 665: Su tapmayacağına yəqini olan bir şəxs, su
axtarmaq üçün getməyib təyəmmümlə namaz qılsa və namazdan
sonra axtarış aparacağı halda su tapacağını bilsə, namazı batildir.
Məsələ 666: Əgər axtarış apardıqdan sonra, su tapmayıb
təyəmmümlə namazı qılsa və sonradan başa düşsə ki, axtarış
apardığı yerdə su var imiş, vaxt olduğu halada gərək dəstəmaz
alıb namazı yenidən qılsın.
Məsələ 667: Namaz vaxtının qısalığına yəqini olan şəxs,
əgər
su axtarmadan təyəmmümlə namaz qılarsa və namazdan sonra