Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə60/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   56   57   58   59   60   61   62   63   ...   209

162        

TƏYƏMMÜM 

 

axtarış  üçün  vaxtın  olduğunu  başa  düşərsə,  əgər  su  axtarsaydı 



tapa  bilməzdisə,  namazı  səhihdir.  Amma  yəqini  olsa  ki,  axtarış 

aparacağı  halda  su  tapacaqdı  və  ya  suyu  tapacağını  yaxud 

tapmayacağını bilməsə onun namazı batildir. 

Məsələ  668:  Əgər  namaz  vaxtı  daxil  olduqdan  sonra 

dəstəmazı  olsa  və  öz  dəstəmazını  batil  edəcəyi  halda  su  tapmaq 

mümkün  olmayacağını,  ya  dəstəmaz  ala  bilməyəcəyini  bilsə, 

ehtiyat-vacibə  görə  öz  dəstəmazını  saxlasın,  gərək  onu  batil 

etməsin. Amma qüsl edə bilməsədə həyat yoldaşı ilə yaxınlıq edə 

bilər. 


Məsələ  669:  Əgər  namaz  vaxtindan  qabaq  dəstəmazlı  olsa, 

əgər  bilsə  ki,  namazdan  qabaq  dəstəmazını  batil  edəcəyi  halda 

onun üçün su tapmaq mümkün deyil, əgər bacararsa dəstəmazını 

saxlasın və ehtiyat-vacıb budur ki, onu batil etməsin. 



Məsələ  670:  Bir  şəxsin  dəstəmaz  ya  qüsl  edəcək  miqdarda 

suyu  varsa  və  bilirsə  ki,  onu  (yerə)  töksə  su  tapmayacaq, 

namazın  daxil  olan  vaxtı  onu  tökmək  haramdır.  Ehtiyat-vacib 

budur ki, namaz vaxtından qabaq da onu tökməsin. 



Məsələ  671:  Bir  şəxs  bilirsə  ki,  su  tapmayacaq  əgər  namaz 

vaxtı daxil olduqdan sonra dəstəmazını batil edərsə və ya ozündə 

olan  suyu  tökərsə,  birinci  surətdə  ehtiyat-lazımın  əksinə  əməl 

etmişdir,  ikinci  surtdə  isə  günah  etmişdır.  Amma  təyəmmümlə 

namazı  səhihdir,  baxmayaraq  ki,  ehtiyat-müstəhəb  budur  ki, 

onun qəzasını yerinə yetirsin. 



İKİNCİ YER 

Məsələ  672:  Əgər  bir  şəxs  qocalıq  səbəbilə,  yaxud  oğrudan, 

yırtıcı  heyvandan  və  s.  kimi  şeylərdən  qorxmaq  və  yaxud  da 

suyu  quyudan  çıxartmaq  üçün  lazımi  avadanlığın  olmaması 

səbəbilə su əldə edə bilməsə, gərək təyəmmüm etsin. Həmçinin, 

suyu əldə etmək və ya ondan istifadə etmək o qədər çətin olsa ki 

camaat  bu  çətinliyə  dözə  bilmir  gərək  təyəmmüm  etsin.  Amma 




İzahlı şəriət hökmləri

       163 

 

axırıncı  surətdə  təyəmmüm  etməyib  dəstəmaz  alsa  dəstəmazı 



səhihdir.  

Məsələ  673:  Əgər suyu quyudan çəkmək üçün ip vedrə və s. 

kimi  şeylərə  ehtiyac  duyulsa  və  onları  almağa,  yaxud  kirayə 

etməyə  məcbur  olsa,  hətta  onların  qiyməti,  adi  vaxtdakı 

qiymətdən  bir  neçə  dəfə  baha  olsa  da,  onu  almalıdır.  Amma 

onları almaq üçün çoxlu pul istəsələr, belə ki, alanın vəziyyətinə 

zərər yetirsə, alması vacib deyil. 



Məsələ  674:  Əgər  bir  şəxs,  su  əldə  etmək  üçün  borc  almağa 

naçar  olsa,  gərək  borc  alsın.  Amma  öz  borcunu  qaytara 

bilməməsinə  əmin  olsa  və  ya  güman  etsə,  borc  alması  vacib 

deyil.  


Məsələ  675:  Əgər quyu qazmaq məşəqqətli olmasa, gərək su 

əldə etmək üçün quyu qazsın. 



Məsələ  676:  Əgər  bir  şəxs  ona  minnətsiz  bir  miqdar  su 

bağışlasa, gərək onu qəbul etsin. 



ÜÇÜNCÜ YER 

Məsələ  677:  Əgər  bir  şəxs  suyun  işlədilməsinin  səhhətinə 

zərər  verəcəyindən,  yaxud  onu  istifadə  edəcəyi  halda  hər  hansı 

bir  xəstəlik  və  eybin  vücuda  gələcəyindən,  yaxud  xəstəliyinin 

uzanacağından,  şiddətlənəcəyindən  və  ya  çətinliklə  müalicə 

olunacağından qorxsa, gərək təyəmmüm etsin. Amma isti suyun 

zərəri olmasa, gərək isti su ilə dəstəmaz və ya qüsl etsin. 



Məsələ  678:  Suyun insana zərəri olmasını yəqin etmək lazım 

deyil;  hətta  əgər  zərər  ehtimalı  da  versə  və  onun  ehtimalı, 

camaatın  nəzərində  yerli  ehtimal  olsa  və  bu  ehtimaldan  onun 

üçün qorxu hasil olsa, gərək təyəmmüm etsin. 



Məsələ  679:  Göz  ağrısı  xəstəliyinə  düçar  olan  və  sudan 

istifadə etmək şəxsə zərərlidirsə, gərək təyəmmüm etsin. 



Məsələ  680:  Əgər  zərərin  baş  verəcəyinə  yəqini  olsa,  yaxud 

zərərdən qorxub təyəmmüm etsə və namazdan qabaq onun zərəri 




164        

TƏYƏMMÜM 

 

olmadığını  başa  düşsə,  onun  təyəmmümü  batildir.  Amma 



namazdan  sonra  başa  düşsə,  ehtiyat-müstəhəbbə  görə  gərək 

ikinci  dəfə  namazı  dəstəmaz  və  ya  qüsl  ilə  qılsın.  Əgər  vaxt 

keçmişsə qəzasını qılsın. 

Məsələ 681: Suyun ona zərəri olmamasını bilən bir şəxs, qüsl 

yaxud  dəstəmaz  alıb  sonradan  zərərli  olduğunu  başa  düşsə, 

ehtiyata  əsasən  aldığı  qüsl  və  dəstəmaz  batildir.  Əgər  onlarla 

namaz  qılmışsa  gərək  yenidən  qılsın.  Əgər  vaxtı  keçmişsə 

qəzasını qılsın. 

DÖRDÜNCÜ YER 

Məsələ 682: Əgər insan, suyu dəstəmaz və qüsl üçün istifadə 

edəcəyi  halda  çətinliyə  düşməsindən  qorxsa  gərək  təyəmmüm 

etsin. Təyəmmümün icazəli olması üç haldadır; 

1- Əgər insan, suyu dəstəmaz və  qüsl üçün istifadə etsə, özü 

hal  hazırda  və  ya  sonradan  susuzluqdan  öləcək  və  ya  xəstəliyə 

düşəcək  yaxud  susuzluğa  dözməsi  çətin  olacaqsa  təyəmmüm 

etməlidir. 

2-  Canının  hifz  olunması  vacib  olan  şəxslərin  susuzluqdan 

öləcəklərindən,  yaxud  xəstələnəcəklərindən  qorxsa,  gərək 

təyəmmüm etsin. 

3- Özündən başqa istər insan olsun və ya heyvan susuzluqdan 

tələf  olmasıdan  və  ya  xəstəliyə  düşəcəyindən  qorxsa,  yaxud 

susuzluğa  dözməsi  çətin  olacaqsa  gərək  suyu  onlara  verib, 

təyəmmüm etsin. Bu üç haldan başqa hallarda su olduğu təqdirdə 

təyəmmüm etmək icazəli deyil.  

Məsələ  683:  Əgər  qüsl  və  dəstəmaz  üçün  olan  pak  sudan 

başqa, özünün və ona aid olan şəxslərin içəcəyi qədər bir miqdar 

nəcis  suyu  da  olsa  gərək  pak  suyu  içmək  üçün  versin  və 

təyəmmümlə  namaz  qılsln.  Amma  suyu  öz  heyvanına  və 

həmçinin  baliğ  olmayan  uşağa  vermək  istəsə,  gərək  nəcis  suyu 

onlara versin, pak su ilə dəstəmaz və qüsl etsin.. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə