İzahlı şəriət hökmləri
129
istihazənin əlamətləri olan qan görsə və yenidən üç gün heyz
əlamətləri olan qan görsə, gərək (heyzin əlamətləri olan) birinci
və axırıncı qanları heyz hesab etsin.
Məsələ 511: Əgər qadın on gündən qabaq pak olsa və
batinində qan qalmadığını bilsə, hətta on gün tamam olmamışdan
qabaq yenidən qan görəcəyinə gümanı olsa da, öz ibadətləri üçün
gərək qüsl etsin. Amma on gün tamam olmamışdan qabaq
yenidən qan görəcəyinə yəqini olsa, gərək qüsl etməsin.
Məsələ 512: Əgər qadın on gündən qabaq pak olsa və
batinində qan olmasına ehtimal versə, gərək bir miqdar pambığı
övrətinin daxilinə qoysun, bir az gözləyib sonra çıxartsın; əgər
pak olsa, qüsl edib ibadətlərini yerinə yetirsin. Əgər pak deyilsə,
sarı rəngli suya bulaşmış olsa da, bu halda heyzində adəti
yoxdursa və ya adəti on gündürsə, gərək gözləsin; əgər on
gündən tez pak olsa qüsl etsin. Əgər onuncu günün tamam
olduğu vaxt pak olsa, yaxud qanı on gündən keçsə, on günün
tamam olduğu vaxt qüsl etsin. Əgər adəti on gündən azdırsa və
ya on günü tamam olmamışdan qabaq, yaxud tamam olduğu vaxt
pak olacağını bilsə, gərək qüsl etməsin. Əgər qanın on gündən
keçəcəyini ehtimal versə, gərək bir gün ibadətlərini tərk etsin.
Əgər qan dayanmadı ikinci gün də ibadətləri tərk etsin, bu
ardıcıllıq ilə on gün tamam olana qədər davam edir. Deməli, on
gün başa çatmazdan, yaxud on günün başlanğıcınadək qandan
paklansa, bütün bu müddət heyz olmuşdur. Əgər on gündən
keçsə, gərək öz adətini heyz sayıb, qalanını istihazə qəbul etsin.
Adət günlərindən sonra yerinə yetirmədiyi ibadətlərini qəza
etsin.
Məsələ 513: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət
etməzsə və sonradan o zaman heyz olmadığını başa düşərsə, o
günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir.
Əgər bir neçə günü də “heyz deyil” gumaniylə ibadət edib
130
VACİB QÜSLLƏR
sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə oruc
tutmuşdursa, onları qəza etməlidir.
NİFAS
Məsələ 514: Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan
etibarən, qadından gələn, on gündən qabaq, yaxud on gün tamam
olan müddətdə kəsilən hər qan nifas qanıdır. Nifas halında olan
qadına nəfsa deyilir.
Məsələ 515: Qadından, uşağın ilk üzvünün çölə gəlməsindən
qabaq gördüyü qan, nifas qanı deyildir.
Məsələ 516: (Qanın nifas sayılmasında) uşağın xilqətinin
kamil olması şərt deyil; hətta natamam da olsa, ona “doğulub”
demək olarsa on gün müddətində gördüyü qan nifas qanıdır.
Məsələ 517: Nifas qanı, bir anlıqdan artıq gəlməyə bilər.
Amma on gündən də artıq ola bilməz.
Məsələ 518: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində
şəkk etsə, yaxud düşən şeyin uşaq olub-olmadığında şəkk etsə,
araşdırmağı lazım deyil və ondan xaric olan qan nifas qanı deyil.
Məsələ 519: Haizə haram olan işlər, o cümlədən məsciddə
dayanmaq, bədənin hər hansı yerini Quranın yazısına vurmaq və
s. kimi işlər, nifaslı qadına da haramdır. Haiz qadına vacib,
müstəhəb və məkruh olan əməllər, eynilə nifaslı qadına da vacib,
müstəhəb və məkruhdur.
Məsələ 520: Nifas halında olan qadına verilən təlaq batil və
bu halda yaxınlıq etmək haramdır. Əgər əri onunla (nifas
halında) yaxınlıq etsə, ehtiyat-müstəhəbbə görə, heyz
bölməsində deyilənlərə uyğun olaraq kəffarə versin.
Məsələ 521: Qadın, nifas qanından pak olduqda, gərək qüsl
edib, öz ibadətlərini yerinə yetirsin. Əgər yenidən qan görsə və
onun qan görüb pak olduğu günlər üst-üstə on gün, yaxud on
gündən az olarsa, o günlərin hamısı nifas sayılır. Əgər pak
olduğu günlərdə oruc tutmuş olsa, qəzasını yerinə yetirsin.
İzahlı şəriət hökmləri
131
Məsələ 522: Əgər qadın nifas qanından pak olub, batinində
qan qalmasına ehtimal versə, gərək bir miqdar pambığı övrətinə
daxil edib bir az gözləsin. Sonra çıxarıb baxmalıdır; əgər
pakdırsa, öz ibadətləri üçün qüsl etsin.
Məsələ 523: Əgər qadının nifas qanı, on gündən keçsə, bu
halda heyzdə adəti varsa, adətlərinin günü qədər nifas,
qalanlarını isə istihazə hesab etsin. Amma heyzdə adəti
yoxdursa, on günə qədər nifas, qalanları isə istihazə sayılır.
Ehtiyat-müstəhəb budur ki, adəti olan şəxs adətindən sonrakı
gündən, adəti olmayan isə doğuşun onuncu günündən sonrakı
gündən (başlayaraq), on səkkizici gününə qədər istihazənin
əməllərini yerinə yetirsin, nifaslı qadına haram olan işləri işə tərk
etsin.
Məsələ 524: Bir qadın ki, heyz adətinin müddəti on gündən az
olsa, əgər adət günündən artıq nifas qanı görsə, gərək adət
günləri miqdarını nifas qanı saysın. Ehtiyat-vacibə əsasən, ondan
sonra bir gün ibadəti tərk etsin, əgər qan kəsilməzsə ikinci
günüdə ibadəti tərk etsin, habelə on gün tamam olana qədər
ibadəti tərk etməklə kifayətlənə bilər. Əgər on günü keçərsə
istihazədir, gərək on günə kimi adət miqdarından sonrakı günləri
istihazə hesab etsin və o günlərdə tərk etdiyi ibadətlərin qəzasını
yerinə yetirsin.
Məsələ 525: Heyzdə adət müddəti olan bir qadın, əgər uşaq
dünyaya gətirdikdən sonra bir və ya bir aydan artıq müddətində
davamlı olaraq qan görərsə, adət günü miqdarı nifas sayılacaqdır
və nifasdan sonrakı on gün gördüyü qan, baxmayaraq ki, aylıq
adət günlərinə düşsün, istihazə qanıdır. Misal olaraq; əgər bir
qadın ki, aylıq adət günü, hər ayın iyirmisindən iyirmi yeddisinə
qədərdir, ayın onunda azad olsa və bir ay və ya bundan çox
davamlı olaraq qan görsə, on yeddinci günə kimi nifas qanı və on
yeddisindən sonra on gün müdətinə gördüyü qan, baxmayaraq ki,
öz aylıq adət günlərində olsa (yəni 20- dən 27-ə dək) istihazə
Dostları ilə paylaş: |