Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə44/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   40   41   42   43   44   45   46   47   ...   209

120        

VACİB QÜSLLƏR 

 

halda  “heyzi  irəliyə  düşmüşdür”  və  ya  “təxirə  düşmüşdür” 



deyilsə,  hətta  bu  qanda  heyzin  əlamətləri  olmasa  da,  gərək  haiz 

qadın  üçün  deyilən  hökmlərə  əməl  etsin.  Əgər  sonradan  heyz 

olmadığını  başa  düşsə,  məsələn;  üç  gündən  qabaq  pak  olarsa, 

yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir. 



Məsələ  487:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  bir  qadın,  əgər 

adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və 

adət  günlərindən  bir  neçə  gün  sonraya  qədər  qan  görərsə,  bu 

müddət birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on 

gündən  artıq  olarsa,  yalnız  öz  adət  günlərində  gördüyü  qan 

heyzdir.  Ondan  qabaq  və  sonrakı  günlərdə  gördüyü  qan  isə 

istihazədir.  Belə  ki,  adətindən  qabaq  və  sonrakı  günlərdə  yerinə 

yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə 

birlikdə  bir  neçə  gün  də  adətindən  qabaq  qan  görsə  və  hamısı 

birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən 

artıq  olarsa,  yalnız  adət  günləri  heyzdir.  Ondan  qabaq  gördüyü 

qanlar  istihazədir.  Belə  ki,  əgər  o  günlərdə  ibadətlərini  yerinə 

yetirməyibsə, gərək onları qəza etsin. Əgər bütün adət günləri ilə 

birlikdə  bir  neçə  gün  adətindən  sonra  qan  görsə  və  hamısı 

birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən 

artıq olarsa, adət günləri heyz, qalanı isə istihazədir. 



Məsələ  488:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadın,  əgər  bir 

miqdar adət günlərində və ondan əvvəl bir neçə gün qan görsə və 

üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən 

artıq olsa, adət günlərində gördüyü qan, adətindən bir neçə gün 

qabaq  gördüyü  qanın  adəti  miqdarına  çatanı  heyz,  əvvəlki 

günləri  isə istihazə hesab edilməlidir. Əgər adət günlərindən bir 

miqdarını və adətindən bir neçə gün sonra qan görsə və üst-üstə 

on  gündən  çox  olmasa,  hamısı  heyzdir;  əgər  on  gündən  artıq 

olsa,  adəti  günlərində  gördüyü  qan  ilə,  sonrakı  bir  neçə  gün 

gördüyü qanın adət günlərinə çatdığı qədərini, gərək heyz hesab 

etsin, qalanlarını isə istihazə hesab etməlidir. 



İzahlı şəriət hökmləri

       121 

 

Məsələ  489: Adəti olan qadın üç gün, yaxud üç gündən daha 

artıq  qan  görüb  paklansa  və  yenidən  qan  görsə,  bu  iki  qan 

arasındakı  zaman  fasiləsi  on  gündən  az  olsa  və  qan  gördüyü 

günlərin  hamısı,  arada  pak  olduğu  günlərlə  birlikdə  on  gündən 

artıq olsa; məsələn, beş gün qan görüb sonra beş gün pak olsa və 

yenidən beş gün qan görsə, bu halda bunun bir neçə şəkli vardır: 

1-Birinci  dəfə  gördüyü  qanın  hamısı,  yaxud  bir  miqdarı  adət 

günlərində  olsa  və  paklandıqdan  sonra  gördüyü  ikinci  qan  adət 

günlərində  olmasa,  gərək  birinci  dəfədəki  qanın  hamısını  heyz, 

ikinci dəfədəkini isə istihazə hesab etsin. 

2-Birinci qan adət günlərində  olmasa və  ikinci qanın hamısı, 

yaxud bir miqdarı adət dövrünə düşsə, gərək ikinci qanın hamısı 

heyz, birinci isə istihazə hesab etsin. 

3-Birinci və ikinci qanın bir miqdarı adət vaxtına düşsə, adət 

vaxtına  düşən  birinci  qan,  üç  gündən  az  olmasa  və  ortadakı 

paklıq  və  adət  dövründə  olduğu  ikinci  qanın  bir  miqdarı,  adət 

günlərində olub, on gündən çox olmazsa, bu halda onların hamısı 

heyzdir. Birinci qanın bir miqdarı, adət günlərindən əvvəl olsa və 

ikinci qanın bir miqdarı, adət günlərindən sonra olsa, istihazədir; 

məsələn:  əgər  qadının  adəti,  ayın  üçündən  onuna  qədər  olsa,  bu 

halda  birinci  ayın  əvvəlindən  altısınaqək  qan  görüb,  iki  gün 

paklansa və sonra ayın on beşinə kimi qan görsə, üçündən onuna 

qədər  heyz,  birindən  üçünə  və  onundan  on  beşinə  qədər 

istihazədir. 

4-Birinci  və  ikinci  qanın  bir  miqdarı  adət  günlərində  olsa, 

amma  adət  günlərində  olan  birinci  qan,  üç  gündən  az  olsa,  bu 

halda  gördüyü  birinci  və  ikinci  qanın  hamısı  və  aradakı  paklıq 

müddətində,  haiz  qadına  haram  olan  işləri  (əvvəldə  deyildiyi 

kimi) gərək tərk etsin, istihazənin əməllərini yerinə yetirsin. Yəni 

müstəhazə  qadın  üçün  deyilən  göstərişlərə  uyğun  olaraq  öz 

ibadətlərini yerinə yetirməlidir. 



122        

VACİB QÜSLLƏR 

 

Məsələ 490: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət 

vaxtında  qan  görməsə  və  ondan  başqa  vaxtda  heyz  günlərinin 

sayında və heyzin nişanələri olan qan görsə, istər adət vaxtından 

qabaq  olsun,  istərsə  ondan  sonra  olsun,  gərək  onu  heyz  qərar 

versin. 

Məsələ  491:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadın,  əgər  öz 

adəti  vaxtında  qan  görsə,  amma  onun  günlərinin  sayı,  adətinin 

vaxtından az və  ya çox olsa, pak olduqdan sonra da  yenidən öz 

adətinin günlərinin sayı müddətində qan görsə, gərək hər iki qanı 

onların arasında olan paklıq müddəti ilə heyz hesab etsin. Bu bir 

haldadır ki, bütün bu günlərin (yəni qan gördüyü və pak olduğu 

günlərin sayının) cəmi, on gündən artıq olmasın. Əgər on gündən 

artıq  olsa,  adət  vaxtında  gördüyü  qan  heyz  və  digərini  isə 

istihazə hesab etsin. Əgər birinci qan adət günlərinin saından çox 

olsa  və  bu  müddətdə  heyizin  əlamətləri  çox  olsa  hamısı  heyz 

qanıdır. 

Məsələ  492:  Vəqtiyə  və  ədədiyyə  adəti  olan  qadın,  əgər  on 

gündən  artıq  qan  görsə,  adəti  günlərində  gördüyü  qan,  hətta 

heyzin  əlamətləri  onda  olmasa  da  heyzdir;  və  adəti  günlərindən 

sonra  gördüyü  qan,  hətta  heyzin  əlamətləri  də  onda  olsa, 

istihazədir;  məsələn:  bir  qadının  heyz  adəti,  ayın  əvvəlindən 

yeddisinə  qədər  olsa,  əgər  ayın  əvvəlindən  on  ikisinə  qədər  qan 

görsə, əvvəldəki yeddi günü heyz, qalan beş günü isə istihazədir. 



-

 

VƏQTİYYƏ ADƏT SAHİBİ OLAN QADINLAR 

Məsələ 493: Vəqtiyyə adəti olan qadınlar üç qismdir: 

1-Ardıcıl  olaraq  iki  ayın  hər  birində  müəyyən  vaxtda  heyz 

qanı görüb, bir neçə gündən sonra paklanan, amma qan gördüyü 

günlərin  sayı,  hər  iki  ayda  bir-birinə  bərabər  olmayan  qadın; 

məsələn:  ardıcıl  olaraq  iki  ayın  hər  birində  ayın  əvvəlindən  qan 

görsə, amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə