Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə45/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   41   42   43   44   45   46   47   48   ...   209

İzahlı şəriət hökmləri

       123 

 

gün qandan paklansa, bu qadın gərək ayın birinci gününü özünün 



heyz adəti günü hesab etsin. 

2-Qandan  pak  olmayan  qadın,  iki  ayın  hər  birində  müəyyən 

vaxta  onda  heyzin  əlamətləri  vardırsa  (yəni  qəliz,  qara  və  isti 

olub, təzyiqlə, yandırıcılıqla çölə çıxır) və onun qalan qanlarında 

istihazə  əlamətləri  vardır.  Heyzin  əlamətləri  olan  günlərin  sayı 

hər  iki  ayda  eyni  deyil;  məsələn:  birinci  ayda,  ayın  əvvəlindən 

yeddisinə qədər, ikinci ayda isə ayın əvvəlindən səkkizinə qədər 

qanında heyz, qalan günlərdə isə istihazə əlaməti var. Gərək bu 

qadınlar da ayın əvvəlini öz adətinin əvvəli hesab etsinlər. 

3-O qadınlardır ki,ardıcıl olaraq iki ayın hər birində müəyyən 

vaxtda  üç  gün,  yaxud  daha  artıq  heyz  qanı  görüb,  sonra  pak 

olurlar,  sonra  yenidən  qan  görürlər.  Qan  gördüyü  günlərlə,  pak 

olduğu  günlərin  cəmi,  on  gündən  keçmir.  Amma  ikinci  ayda, 

birinci  aydan  çox  və  ya  az  olur;  məsələn:  birinci  ayda  səkkiz 

gün,  ikinci  ayda  isə  doqquz  gün  olsa,  gərək  bu  qadın,  ayın  ilk 

gününü heyz adətinin ilk günü hesab etsin. 



Məsələ  494:  Vəqtiyyə  adəti  olan  qadın,  əgər  öz  adətinin 

vaxtında,  yaxud  iki-üç  gün  adətdən  qabaq  və  ya  iki-üç  gün 

adətindən sonra qan görsə, bu halda əgər ona “tez heyz olubdur” 

və  ya  “təxirə  düşübdür”  desələr,  o  qanda  heyzin  əlamətləri 

olmasa  belə,  gərək  haiz  qadınlar  üçün  deylən  hökmlərə  uyğun 

olaraq əməl etsin. Amma sonradan heyz olmamasını başa düşsə; 

məsələn:  üç  gündən  tez  dayansa,  gərək  yerinə  yetirmədiyi 

ibadətlərin qəzasını etsin. 



Məsələ  495: Vəqtiyyə adəti olan qadın, əgər on gündən artıq 

qan  görsə  və  heyzi,  onun  öz  əlamətləri  vasitəsilə  ayırd  edə 

bilməsə,  gərək  öz  yaxınlarının  adət  günlərini,  özü  üçün  heyz 

hesab  etsin.  Onun  yaxınlarının  istər  ata  tərəfdən,  yaxud  ana 

tərəfdən  olmalarının,  habelə  diri  və  ya  olü  olmalarının  bunda 

fərqi yoxdur. Amma onların hamılıqla heyz olduqları günlərinin 

sayı eyni olduğu təqdirdə, onların adət günlərini özü üçün heyz 



124        

VACİB QÜSLLƏR 

 

vaxtı qəbul edə bilər. Əgər onların heyz olduqları günlərinin sayı 



müxtəlif  olarsa:  məsələn:  onlardan  bəzilərinin  adəti  beş  gün  və 

bəzilərinin  də  yeddi  gün  olarsa,  onların  adət  vaxtlarını  özünün 

heyz  adəti  vaxtı  kimi  qəbul  edə  bilməz.  Əgər  onların  adət 

günlərinin  sayı,  bir-birlərindən  sayılmayacaq  dərəcədə  çox  az 

fərqlənərsə,  gərək  onların  arasında  olan  ən  çox  heyz  günlərini 

özü üçün heyz adət vaxtı götürsün. 



Məsələ  496:  Vəqtiyyə  adəti  olan  və  yaxınlarının  adətini  özü 

üçün  adət  götürən  qadın,  gərək  hər  ayda,  onun  adətinin  əvvəli 

olan  gününu  özü  üçün  heyzin  əvvəli  hesab  etsin;  məsələn:  əgər 

bir qadın hər ayda ayın ilk günü qan görürdüsə və bəzi hallarda 

yeddinci, bəzi hallarda isə səkkizinci gün pak olurdusa, bu halda 

birinci  ayda  on  iki  gün  qan  görsə  və  onun  yaxınlarının  adəti 

yeddi  gün  olsa,  gərək  əvvəlki  ayın  əvvəlinci  yeddi  günü  heyz, 

qalan günləri isə istihazə hesab etsin. 



Məsələ  497:  Öz  yaxınlarının  adətini  öz  heyz  adəti  götürməli 

olan  qadının  yaxını  olmasa  və  ya  yaxınlarının  adət  günlərinin 

sayı bir-biri ilə eyni olmasa, bu halda ixtiyarlıdır ki, hər ayda qan 

gördüyü  günlərdən  yeddisini  heyz,  hesab  etsin.  Ehtiyata  əsasən 

heyzinin əvvəlini qanı gördüyü vaxtan hesab etsin. 



-

 

ƏDƏDİYYƏ ADƏTİ OLAN QADINLAR 

Məsələ 498: Ədədiyyə adəti olan qadınlar da üç qismdir: 

1-Heyz günlərinin sayı ardıcıl olaraq iki ayın hər birində eyni 

qədərdə  olub,  qan  görməsi  vaxtı  hər  iki  ayda  eyni  olmayan 

qadınlar. Bu halda neçə gün qan görsə, hamısı onun adəti sayılır; 

məsələn: əgər birinci ay, ayın birindən beşinə qədər, ikinci ayda 

isə  on  birindən  on  beşinə  qədər  qan  görsə,  onun  adəti  beş 

gündür. 

2-Qandan  pak  olmayan,  amma  ardıcıl  olaraq  iki  ayın  hər 

birində bir neçə gün gördüyü qanlarda heyzin, yerdə qalanlarında 

isə  istihazənin  əlamətləri  olan  qadınlardır.  Belə  ki,  heyz 




İzahlı şəriət hökmləri

       125 

 

əlamətləri olan günlərin sayı hər iki ayda eynidir, amma onların 



vaxtları eyni deyildir. Belə olan halda, qanında heyz əlaməti olan 

günlər  onun  adətidir;  məsələn:  əgər  birinci  ay,  ayın  birindən 

beşinə  qədər,  sonrakı  ay  on  birindən  on  beşinə  qədər  olan 

günlərdə  heyz,  yerdə  qalan  günlərin  qanında  isə  istihazə 

əlamətləri olsa, onun adəti beş gündür. 

3-Ardıcıl olaraq iki ayın hər birində üç gün, yaxud daha artıq 

qan görən, arada bir gün, yaxud daha artıq pak olub yenidən qan 

görən  və  qan  gördüyü  zamanın,  birinci  ayda  ikinci  aydakından 

fərqlənən  qadınlardır.  Əgər  qan  gördüyü  və  arada  pak  olduqları 

günlərin  sayı  üst-üstə  toplandıqda  on  gündən  çox  olmazsa  və 

onun  günlərinin  sayı  eynidirsə,  qan  gördüyü  bütün  günlər, 

arasındakı pak olduğu günlərlə birlikdə onun heyz vaxtı sayılır. 

Ehtiyata ğörə pak olduğu günlərdə haizin tərk etməli əməllərini 

tərk  edib,  müstihazənin  əməllərini  yerinə  yetirsin.  (Bu  deyilən 

üçün) arada pak olduğu günlərin sayının hər iki ayda eyni olması 

lazım deyil; məsələn: birinci ayda, ayın birindən üçünə qədər qan 

görüb iki gün paklansa və yenidən üç gün qan görsə, ikinci ayda 

da ayın on birindən on üçünə kimi qan görüb iki gün, yaxud az, 

yaxud  da  çox  paklansa  və  yenidən  qan  görsə  və  üst-üstə  səkkiz 

gündən  çox  olmasa,  onun  adəti  səkkiz  gündür.  Mümükündür 

başqa  bir  qism  də  belə  təsəvvür  olunsun;  bu  o  qadın  dır  ki, 

ardıcıl olaraq iki ay, say etibarı ilə bərabər qan görsün; məsələn: 

səkkiz gün qanın görən günlərinin sayı olsun, amma birinci ayda 

ardıcıl  olaraq  qan  görsün  və  ikinci  ay  isə  dörd  gün  qan 

gördükdən  sonra  paklansın  və  yenidən  qan  görsün.  Arada  olan 

pak  günlərlə  birlikdə  deyilən  günləri  topladıqda  səkkiz  gün 

olsun. Bu halda da onun adəti səkkiz gün olur. 

Məsələ  499:  Ədədiyyə  adəti  olan  qadın,  əgər  öz  adət 

günlərindən çox qan görsə və onun sayı on gündən çox olsa, bu 

halda gördüyü qanların hamısı eyni cür olsa, gərək qan gördüyü 

gündən  etibarən  adət  günlərinə  qədər  heyz,  qalanlarını  isə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə