Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə46/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   42   43   44   45   46   47   48   49   ...   209

126        

VACİB QÜSLLƏR 

 

istihazə  hesab  etsin.  Baxmayaraq  ki,  onun  üçün  caizdir  adət 



günlərinin  sayını,  orta  və  ya  axır  günlərdən  hesab  etsin.  Əgər 

gördüyü  qanların  hamısı  eyni  olmayıb  bir  neçə  günündə  heyz, 

qalan  günlərində  isə  istihazə  əlaməti  olsa,  əgər  heyz  nişanələri 

olan  günlərinin  sayı  adət  günləri  ilə  eyni  olsa,  gərək  həmin 

günləri  heyz,  qalanlarını  isə  istihazə  hesab  etsin.  Əgər  qanda 

heyz nişanələri olan günləri adət günlərindən çox olsa, təkcə adət 

günləri  qədəri  heyz,  qalanları  isə  istihazədir.  Əgər  qanın  heyz 

əlamətləri olduğu günlərin sayı adət günlərindən az olsa, gərək o 

günlərə  sonrakı  bir  neçə  başqa  günlərlə  birlikdə  heyz  günlərinə 

çata bilən qədər əlavə edərək heyz hesab edib,  yerdə qalanlarını 

isə istihazə saymalıdır. 



-

 

MÜZTƏRİBƏ

 

Məsələ  500:  Müztəribə  yəni  bir  neçə  ay  qan  görüb,  amma 

müəyyən  adət  tapmayan  və  ya  adəti  pozulan  və  yeni  bir  adət 

tapmayan  qadına  deyilir.  Əgər  bu  qadın,  on  gündən  artıq  qan 

görsə  və  gördüyü  qanların  hamısı  eyni  olsa,  bu  halda  onun 

yaxınlarının  adəti  yeddi  gün  olsa  gərək  yeddi  günü  heyz  qalan 

günləri  isə  istihazə  hesab  etsin.  Əgər  azdırsa  məsələn  beş 

gündürsə  o  beş  günü  özü  üçün  heyz  hesab  etsin.  Əgər 

yaxınlarının  adəti  olmasa  və  ya  müxtəlif  olsa  və  ya  adətlərin 

bilməyə, belə olan halda ixtiyar sahibidir hər ayda üç gün və  ya 

altı  gün  yaxud  yeddi  gününü  heyz  qalan  günləri  isə  istihazə 

hesab etsin. 

Məsələ 501: Əgər müztəribə qadın, on gündən artıq qan görsə 

və  onun  bir  neçə  günündə  heyz,  bir  neçə  günündə  isə  istihazə 

əlamətləri olsa, bu halda heyz əlamətləri olan qan üç gündən az, 

yaxud  on  gündən  çox  olsa,  gərək  qabaqkı  məsələdə  deyilənlərə 

əsasən əməl etsin. Heyz əlamətləri olan qan üç gündən az, yaxud 

on  gündən  çox  olmasa,  onun  hamısı  heyzdir.  Amma  heyz 

əlamətləri  olan  qandan  on  gün  keçməmiş  yenidən,  heyz 



İzahlı şəriət hökmləri

       127 

 

əlamətləri  olan  qan  görsə;  məsələn:  beş  gün  qara  qan,  sonra 



doqquz gün sarı qan, daha sonra yenidən beş gün qara qan görsə, 

keçən məsələdə qeyd olunan göstərişə əməl etsin. 





-

 

MÜBTƏDİƏ 

Məsələ 502: Mübtədiə ilk dəfə qan görən qadına deyilir. Belə 

ki,  on  gündən  artıq  qan  görsə  və  gördüyü  qanların  hamısı  eyni 

olsa,  gərək  öz  yaxınlarının  adətlərinin  günlərinin  sayı  qədər 

(vəqtiyyədə  deyildiyi  kimi)  heyz,  qalanlarını  isə  istihazə  hesab 

etsin. 

Məsələ  503:  Əgər  mübtədiə,  on  gündən  artıq  qan  görsə  və 

onun  bir  neçə  günündə  heyz,  bir  neçə  günündə  isə  istihazə 

əlamətləri olsa, bu halda heyz əlamətləri olan qan üç gündən az 

və ya on gündən çox olmasa, bütünlüklə o heyzdir. Amma heyz 

əlamətləri  olan  qandan  on  gün  keçməmişdən  qabaq,  yenidən 

heyzin  əlamətləri  olan  qan  görsə;  məsələn:  beş  gün  qara  qan 

sonra  isə  doqquz  gün  sarı  qan,  daha  sonra  beş  gün  qara  qan 

görsə,  gərək  birinci  gördüyü  və  heyzin  əlamətləri  olan  qanı, 

əvvəlindən  yaxınlarının  adət  günlərinə  uyğun  heyz  hesab  edib, 

qalanlarını istihazə hesab etməlidir. 



Məsələ  504:  Mübtədiə  on  gündən  çox  qan  görsə  və  onun  bir 

neçə günündə heyzin, bir neçə günündə isə istihazənin əlamətləri 

olsa, bu halda heyzin əlamətləri olan qan üç gündən az, yaxud on 

gündən  çox  olsa,  gərək  heyz  günlərinin  sayını,  öz  yaxınlarının 

adət  günlərinin  sayını  özü  üçün  heyz  qalan  günləri  isə  istihazə 

hesab  etsin.  əgər  yaxınları  olmasa  və  ya  onların  adət  günlərinin 

sayı  müxtəlif  olsa  və  gördüyü  qanlar  hamısı  eyni  olsa,  500-ci 

məsələdə qeyd olunduğu kimi gərək hər aydan yeddi günü  heyz 

və  digər  günləri  sə  istihazə  hesab  etsin.  Mübtədiənin  bütün 

hökmləri bu məsələnin müxtəlif surətlərində müztəribə kimidir. 




128        

VACİB QÜSLLƏR 

 



-

 

NASİYƏ 

Məsələ  505:  Nasiyə,  öz  adətini  unudan  qadına  deyilir.  Belə 

qadın  əgər  on  gündən  artıq  qan  görsə,  gərək  qanın  heyz 

əlamətləri  olduğu  günləri,  heyz  hesab  etsin.  Amma  heyzin, 

əlamətləri  vasitəsilə  ayırd  edə  bilməsə,  gərək  ilk  yeddi  günü 

heyz, qalanını isə istihazə hesab etsin.  

HEYZİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 

Məsələ  506: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi 

olan qadınlar, əgər heyzin nişanələri olan bir qan görsələr, gərək 

haizin 

vəzifəsinə 



əməl  etsinlər.  Əgər  sonradan  heyz 

olmadıqlarını  başa  düşsələr,  gərək  yerinə  yetirmədikləri  vacib 

ibadətlərini  qəza  etsinlər.  Əgər  heyzin  əlamətləri  olmasa  gərək 

istihazənin vəzifəsinə əməl etsinlər. 



Məsələ 507: Heyzində adəti olan qadın, istər heyzin vaxtında, 

istərsə  də  heyzin  günlərinin  sayında,  yaxud  həm  vaxt,  həm  də 

sayında adəti olarsa, əgər ardıcıl iki ayın hər birində öz adətinin 

əksinə  olaraq  qan  görsə  və  onun  vaxtı,  yaxud  günlərinin  sayı, 

yaxud  həm  sayı,  həm  də  vaxtı  eyni  olsa,  adəti  bu  iki  ayda 

gördüyünə  qayıdır;  məsələn:  əvvəlki  ayın  birindən  yeddisinə 

qədər  qan  görüb  pak  olurdusa,  bu  halda  ikinci  ayın  onundan  on 

yeddisinə  qədər  qan  görüb  pak  olsa,  bu  halda  ayın  onundan  on 

yeddisinə qədər onun adətidir. 

Məsələ 508: Bir aydan məqsəd, ayın əvvəlindən axırına qədər 

deyil,  qanın  görünməyə  başlamasından  otuz  gün  keçənə 

qədərdir. 

Məsələ  509:  Adətən  ayda  bir  dəfə  qan  görən  qadın,  əgər  bir 

ayda  iki  dəfə  qan  görsə  və  onda  heyzin  əlamətləri  olsa,  onda 

arada pak olduğu günlərin sayı on gündən az olmasa, gərək hər 

ikisini heyz hesab etsin.  



Məsələ  510:  Əgər  üç  gün,  yaxud  üç  gündən  artıq  heyzin 

əlamətləri  olan  qan  görüb,  sonra  on  gün,  yaxud  daha  artıq 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə