Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə42/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   38   39   40   41   42   43   44   45   ...   209

114        

VACİB QÜSLLƏR 

 

Məsələ  454:  Əgər  qadın  heyz  və  ya  bakirəlik  qanı  olduğunu 

bilmədiyi  bir  qan  görsə,  özünü  yoxlamalıdır:  yəni  fərcinə  bir 

miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır, 

əgər pambığın ətrafı bulaşmışdırsa, bakirəlik qanı, əgər qan onun 

hər yerinə dəymiş olsa, heyz qanıdır. 

Məsələ 455: Əgər üç gündən az müddətdə qan görüb pak olsa 

və yenidən üç gündən sonra qan görsə, qanda adət və ya heyzin 

əlamətləri  olduğu  halda,  ikinci  qan  heyzdir.  Birinci  qan,  adət 

günlərində olduğuna baxmayaraq, heyz deyildir. 



HAİZİN HÖKMLƏRİ 

Məsələ 456: Haiz qadına bir neçə şey haramdır: 

1.  Namaz  kimi  dəstəmaz,  qüsl,  yaxud  təyəmmüm  ilə  yerinə 

yetirilməli  olan  ibadətlər;  amma  dəstəmaz,  qüsl  və  təyəmmüm 

lazım  olmadığı  ibadətləri  meyyit  namazı  kimi,  yerinə 

yetirməsinin eybi yoxdur. 

2.  Cünub  şəxsə  haram  olan  bütün  şeylər;  Cənabətin 

hökmlərində deyilib. 

3. Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək; həm kişi, həm də 

qadın üçün, hətta dəllək kəsən yerə qədər daxil olmasa və məni 

gəlməsə  də,  haramdır.  Ehtiyat-vacib  budur  ki,  dəllək  kəsən 

yerdən  az  da  daxil  etməsin  və  haiz  qadınla  arxadan  (anal 

dəliyindən) yaxınlıq etməsin. 



Məsələ  457:  Qadının  heyz  olduğu  qəti  olaraq  məlum 

olmadığı,  amma  şərən  özünü  heyzli  hesab  etməsi  lazım  olan 

günlərdə  də,  onunla  cima  etmək  haramdır.  O  halda  on  gündən 

çox  qan  görən  və  sonradan  açıqlanacaq  göstərişlərə  əməl  edən 

qadın  gərək  öz  qohumlarının  adət  günlərini  özünə  heyz  qərar 

versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz. 



Məsələ  458:  Əgər  qadının  heyz  günləri  üç  qismə  bölünsə  və 

kişi  onlardan  birinci  qismdə,  öz  qadını  ilə  öndən  cima  etsə, 

ehtiyat-müstəhəbbə  görə  gərək  on  səkkiz  noxud  qızıl,  fəqirə 



İzahlı şəriət hökmləri

       115 

 

kəffarə versin. Əgər ikinci qismdə cima etsə, doqquz noxud qızıl, 



üçüncü qismdə cima etsə, gərək dörd noxud  yarım qızıl, kəffarə 

versin; məsələn: altı gün heyz görən qadının əri, onun birinci və 

ikinci  gecəsi  və  ya  güdüzündə,  onunla  yaxınlıq  etsə,  gərək  on 

səkkiz  noxud  qızıl  versin.  Üçüncü  və  ya  dördüncü  gecəsi  və  ya 

güdüzündə,  yaxınlıq  etsə  doqquz  noxud,  beşinci  və  ya  altıncı 

gecəsi  və  gündüzündə,  gərək  dörd  noxud  yarım  qızıl  kəffarə 

versin. 

Məsələ  459:  Haiz  qadınla  yaxınlıqdan  başqa,  öpüşmək  və 

mazaqlaşmaq kimi, sair ləzzətlər almağın eybi yoxdur. 



Məsələ  460:  Ehtiyat-müstəhəb  budur  ki,  on  səkkiz  noxud 

kəffarəni qızıl sikkə versin, əgər mümkün olmsa onun qiymətini 

başqa puldan verə bilər. 

Məsələ  461:  Əgər  yaxınlıq  etdiyi  vaxtındakı  qızılın  qiyməti, 

kəffarəni  fəqirə  vermək  istədiyi  vaxtla  fərqlənsə,  gərək  fəqirə 

vermək istədiyi vaxtın qiyməti ilə hesab etsin. 

Məsələ  462:  Əgər  bir  şəxs  heyzin  həm  birinci,  həm  ikinci, 

həm  də  üçüncü  qismində,  öz  qadını  ilə  yaxınlıq  etsə,  gərək  hər 

üç kəffarəni versin ki, bu da 31,5 noxud qızıla bərabərdir. 

Məsələ  463:  Əgər  kişi  heyz  halında  qadını  ilə  bir  neçə  dəfə 

cima etsə daha yaxşı olar hər dəfə üçün kəffarə versin. 



Məsələ 464: Əgər kişi yaxınlıq halında qadının heyz olmasını 

başa düşsə, gərək dərhal ondan ayrılsın. Əgər ayrılmasa, ehtiyat-

müstəhəb budur ki, kəffarə versin. 

Məsələ  465:  Əgər  bir  kişi  heyz  halında  olan  naməhrəm 

qadınla,  öz  əyalı  olduğunu  güman  edərək  cima  etsə,  ehtiyat-

müstəhəb budur ki, kəffarə versin. 

Məsələ  466:  Əgər  bir  şəxs  bilməməzlik  və  ya  unutqanlıq 

üzündən qadın ilə heyz halında yaxınlıq etsə kəffarəsi yoxdur. 



Məsələ 467: Əgər kişi həyat yoldaşının haiz olduğunu güman 

edib  onunla  yaxınlıq  etsə,  sonradan  haiz  olmadığı  bilinsə 

kəffarəsi yoxdur. 



116        

VACİB QÜSLLƏR 

 

Məsələ  468:  Heyz  halında  ikən  qadına  təlaq  vermək  təlaq 

hökmlərində izah olunacağı kimi, batildir. 



Məsələ  469:  Əgər  qadın  “heyzəm”  və  ya  “heyzdən  pak 

olmuşam” desə, gərək onun sözü qəbul edilsin. 



Məsələ  470:  Əgər  qadın  namaz  əsnasında  haiz  olsa,  namazı 

batildir.  



Məsələ  471:  Əgər  qadın  namaz  əsnasında  haiz  olub-

olmamasında  şəkk  edərsə,  namazı  səhihdir.  Amma  namazdan 

sonra,  namaz  əsnasında  haiz  olduğunu  başa  düşərsə,  qıldığı 

namaz batildir. 



Məsələ  472:  Qadının,  heyz  qanından  pak  olduqdan  sonra 

namaz,  dəstəmaz  və  ya  qüsllə,  yaxud  təyəmmüm  ilə  yerinə 

yetirilən  digər  ibadətlər  üçün  qüsl  etməsi  vacibdir.  Heyz  qüslü 

eynilə  cənabət  qüslü  kimi  yerinə  yetirilir.  Qüsldən  qabaq 

dəstəmaz da alması daha yaxşıdır. 

Məsələ 473: Qadın heyzdən pak olandan sonra, qüsl etməmiş 

olsa  da  təlaq  vermək  səhihdir,  əri  də  onunla  yaxınlıq  edə  bilər. 

Amma  ehtiyat-müstəhəb  budur  ki,  qüsldən  qabaq  onunla 

yaxınlıq  etməkdən  çəkinsin;  Amma  heyz  vaxtında  ona  haram 

olan şeylər (məsciddə dayanmaq, Quranın yazısına əl vurmaq və 

s.) isə qüsl etməyincə ona halal deyil. 



Məsələ 474: Əgər suyun miqdarı, qüsl və dəstəmazın hər ikisi 

üçün  kifayət  deyilsə,  qüsl  və  ya  dəstəmazdan  birini  yerinə 

yetirəcək miqdarda olsa, gərək qüsl etsin və dəstəmazın əvəzində 

isə  təyəmmüm  etsin.  Əgər  təkcə  dəstamaza  kifayət  edərsə  və 

qüsl  alacaq  miqdarda  olmazsa,  gərək  dəstəmaz  alsın,  qüsl 

əvəzində  isə  təyəmmüm  etsin.  Əgər bunlardan  heç  biri üçün  su 

olmasa, gərək iki təyəmmüm etsin; biri qüsl əvəzində, digəri isə 

dəstəmaz əvəzində. 



Məsələ  475:  Qadının  heyz  halında  qılmadığı  gündəlik 

namazların  qəzası  yoxdur.  Amma,  gərək  vacibi  orucların 

qəzasını tutsun. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə