Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə59/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   55   56   57   58   59   60   61   62   ...   209

İzahlı şəriət hökmləri

       159 

 

18- Təzə dünyaya gələn uşağa verilən qüsl; 



19-İstixarə namazının qüslü; yəni Allahdan xeyr istəmək. 

20-Yağış yaması üçün qüsl

21-Həzrət  imam  Hüseynin 

(ələyhis-səlam)

  ziyarətinin  qüslü; 

hətta uzaqdan olsa belə. 



Məsələ 652: Fəqihlər çoxlu müstəhəb qüsüllər qeyd ediblər, o 

cümlədən;  

1-Mübarək  Ramazan  ayının  tək  günlərinin  gecəsinin  qüslü. 

Sonuncu on günün gücələrinin qüslü. Həmçinin  müstəhəbdir ki, 

23-cü gecədə birinci qüsldən əlavə, gecənin axırında da bir qüsl 

etsin; 


2-Zil-Həccənin 24-ci gününün qüslü; 

3-  Novruz  bayramı,  şəbanın  15,  Rəbiül-əvvəlin  9  və  17  və 

Zilqədənin 25-i, Rəcəbin əvvəli, ortası və axırının qüslü; 

4- Ərindən başqası üçün ətir vuran qadının qüslü; 

5- Məstlik halında yatan insanın qüslü; 

6- Dara asılan şəxsə tamaşa etmək üçün gedən və onu görən 

şəxsin qüslü. Amma təsadüfən, yaxud naçarlıq üzündən gözü ona 

düşsə və ya misal olaraq, şəhadət vermək üçün getsə, qüsl alması 

müstəhəb deyil. 

7-  Peyğəmbərin 

(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  məscidinə 

daxil olmaq qüslü

8-Məsumları 

(ələyhimus-səlam)

  uzaqdan  və  yaxud  yaxından 

ziyarət  etmək  üçün  alınan  qüsl;  amma  ehtiyat  budur  ki  bu 

qüsülləri rəca ümüdü ilə yerinə yetirsinlər. 



Məsələ 653: İnsan özü üçün etdiyi müstəhəb qüsl ilə, ki, 651-

ci  məsələdə  qeyd  olundu  namaz  kimi  dəstəmaz  vacib  olan 

əməlləri  yerinə  yetirə  bilər.  Amma  rəca  ümüdü  ilə  yerinə 

yetirilən qüsüllər dəstəmaz üçün kifayət etməz.  



Məsələ  654:  Əgər  bir  şəxsə  bir  neçə  qüsl  müstəhəb  olsa, 

onların hamısının niyyəti ilə bir qüsl etsə, kifayətdir. 




160        

TƏYƏMMÜM 

 

TƏYƏMMÜM 

Yeddi yerdə dəstəmaz və qüsl əvəzi olaraq, gərək təyəmmüm 

edilsin. 

BİRİNCİ YER 

Dəstəmaz  və  qüsl  almaq  üçün  lazım  olan  qədər  suyu  tapmaq 

mümkün olmasa; 

Məsələ 655: Əgər insan abadlıq yerdə olsa, gərək dəstəmaz və 

qüsl  suyunu  tapmaq  üçün  o  qədər  axtarış  aparsın  ki,  daha  onu 

tapmağa ümüdü qalmasın. Əgər namazın əvvəl vaxtında axtarış 

aparmadan namazını qılsa, namazı batildir. Əgər qürbət qəsdi ilə 

qılsa  və  sonradan  da  məlum  olsun  ki  əgər  su  axtarsaydı  da  su 

tapılmazdı  belə  olan  surətdə  namazı  səhihdir.  Amma  çöldə, 

(biyabanda) olsa, eyni  zamanda  o  məntəqə eniş-yoxuşlu olsa və 

ya orada ağacların çox olması yol getməyi çətinləşdirərsə, gərək 

hər  dörd  tərəfə,  qədimdə  kamandan  atılan  bir  oxun  qət  etdiyi 

məsafə miqdarında suyu axtarmaq üçün getsin

1

. Amma yer, eniş-



yoxuşlu  deyilsə,  gərək  hər  tərəfə  (atilan  zaman)  iki  oxun  qət 

etdiyi məsafə miqdarında axtarış aparılsın. 



Məsələ  656:  Əgər  dörd  tərəfdən  bir  qismi  düzənlik,  digər 

yerlər  isə  eniş-yoxuşlu  olsa,  gərək  düzənlik  tərəflərdə  iki  ox, 

düzənlik olmayan tərəfdə isə bir ox miqdarda axtarış aparılsın. 

Məsələ  657:  Su  olmadığına  yəqin  etdiyi  hər  tərəfdə,  axtarış 

aparmaq lazım deyil. 



Məsələ  658:  Namazın  vaxtı  az  olmayan  və  su  əldə  etmək 

üçün  vaxtı  olan  bir  şəxs,  axtarması  gərəkli  olduğu  məkandan 

uzaq bir yerdə su olmasına yəqin etsə, bu halda məşəqqəti və ya 

                                              

1

 Mühəmməd  Təqi  Məclisi  “Mən  la  yəhzuruhul-fəqih”  adlı  kitabın 



şərhində  və  “Hədaiq”  kitabının  müəllifi  “Hədaiq”  kitabında  oxun  uçma 

miqdarını iki yüz addım təyin edib. 




İzahlı şəriət hökmləri

       161 

 

başqa  maneə  olmayan  surətdə,  gərək  su  tapmaq  üçün  getsin. 



Əgər suyun olmasına gümanı olmasa, o yerə getməsi lazım deyil.  

Məsələ 659: İnsanın özünün su axtarmaq üçün getməsi lazım 

deyil, sözünə etimad etdiyi başqa bir adamı da göndərə bilər. Bu 

halda bir nəfər, bir neçə nəfərin tərəfindən getsə, kifayətdir. 

Məsələ  660:  Əgər  səfər  yüklərinin  arasında,  ya  mənzilində, 

yaxud  da  karvanda,  su  olmasına  ehtimal  versə,  gərək  o  qədər 

axtarış aparsın ki, suyu tapmağa ümüdü qalmasın. 

Məsələ  661:  Əgər  namaz  vaxtı  daxil  olmamışdan  əvvəl 

axtarış  aparıb  su  tapmasa,  namaz  vaxtına  qədər  həmin  yerdə 

qalsa, əgər ehtimal versə ki, keçən axtarışdan sonra o ətrafda su 

əmələ  gəlib,  ehtiyat-vacib  budur  ki,  ikinci  dəfə  su  axtarmağa 

getsin. 

Məsələ  662:  Əgər  vaxt  daxil  olduqdan  sonra  axtarış  edib  su 

tapmasa,  növbəti  namazın  vaxtınadək  orada  qalsa,  keçmiş 

axtarışindan  sonra  o  ətrafda  su  yarandığına  ehtimal  versə, 

ehtiyat-vacib budur ki, yenidən su axtarmağa getsin. 



Məsələ  663:  Əgər  namaz  vaxtı  az  olsa  və  ya  yırtıcidan 

qorxarsa,  ya  suyun  axtarılması,  onun  üçün  dözülməz  dərəcədə 

çətin olarsa axtarmaq lazim deyil. 

Məsələ  664:  Əgər  namazın  vaxtı  qisalanadək  su  axtarmağa 

istər  su  tapacağını  və  ya  tapmayacağını  bilsədə  getməsə,  günah 

etmişdır, amma namazı təyəmmümlə səhihdir.  

Məsələ  665:  Su  tapmayacağına  yəqini  olan  bir  şəxs,  su 

axtarmaq üçün getməyib təyəmmümlə namaz qılsa və namazdan 

sonra axtarış aparacağı halda su tapacağını bilsə, namazı batildir. 

Məsələ  666:  Əgər  axtarış  apardıqdan  sonra,  su  tapmayıb 

təyəmmümlə  namazı  qılsa  və  sonradan  başa  düşsə  ki,  axtarış 

apardığı  yerdə  su  var  imiş,  vaxt  olduğu  halada  gərək  dəstəmaz 

alıb namazı yenidən qılsın. 



Məsələ 667: Namaz vaxtının qısalığına yəqini olan şəxs, əgər 

su  axtarmadan  təyəmmümlə  namaz  qılarsa  və  namazdan  sonra 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə