Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə48/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   44   45   46   47   48   49   50   51   ...   209

132        

VACİB QÜSLLƏR 

 

qanı olacaqdır. On gün keçdikdən sonra, əgər gördüyü qan aylıq 



adət  günlərində  olarsa,  heyz  sayılacaqdır.  İstər  heyz  qanının 

əlamətləri  onda  olsun,  istərsədə  olmasın,  həmçinin,  əgər  aylıq 

adət günlərində olmasa, amma heyz qanının əlamətləri onda olsa. 

Əgər  nifas  qurtardıqdan  on  gün  sonra  gördüyü  qan,  aylıq  adət 

günlərində  olmaya  və  heyz  qanının  əlamətləri  onda  olmasa, 

istihazə hesab olunacaqdır. 



Məsələ  526:  Heyzdə  adət  müddəti  olmayan  bir  qadın,  əgər 

azad  olduqdan  sonra  bir  ay  və  ya  bir  aydan  çox  qan  görərsə, 

onun  birinci  on  günü  nifas,  ikinci  on  günü  istihazə  və  ondan 

sonra  gördüyü  qan,  əgər  heyz  qanının  əlamətləri  olarsa  heyz 

sayılar. Əks təqdirdə, istihazə hesab olunacaqdır. 

 



İzahlı şəriət hökmləri

       133 

 

MƏSS-MEYYİT QÜSLÜ 

Məsələ  527:  Bir  şəxs  ölmüş  bir  insanın  soyumuş  və  qüsl 

edilməmiş  bədəninə  məss  edərsə,  yəni  bədəninin  bir  yerini  ona 

toxundurarsa,  istər  yuxuda  olsun,  istərsə  ayıqlıqda,  istər  ixtiyari 

olsun,  istərsə  qeyri-ixtiyari,  hətta  əgər  onun  dırnaq  və  ya 

sümüyünün bir yeri meyyitin dırnaq və ya sümüyünə toxunarsa, 

məssi-meyyit (meyyitə toxunmaq) qüslü etməlidir. Amma ölmüş 

bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir. 

Məsələ 528: Bədəni tamamilə soyumamış ölüyə məss etdikdə

hətta  bədəninin  soyumuş  hissələrinə  məss  etsə  də,  qüsl  vacib 

deyildir. 

Məsələ  529:  Əgər  öz  tükünü  meyyitin  bədəninə  toxundursa, 

yaxud öz əlini meyyitin tükünə vursa ehtiyat-vacib budur ki, qüsl 

etsin. 

Məsələ  530:  Ölmüş  uşağa,  hətta  dörd  ayı  tamam  olan  siqt 

olunmuş uşağa məss etdikdə, məss-meyyit qüslü vacibdir. Buna 

əsasən,  əgər  dörd  aylıq  uşaq  ölü  halda  dünyaya  gəlsə,  əgər 

meyyit  soyuduqdan  sonra  anasının  bədənin  zahirinə  toxunarsa 

anası gərək məss-meyyit qüslü etsin.  

Məsələ  531:  Anası  öləndən  və  ananın  bədəni  soyuduqdan 

sonra dünyaya gələn uşaq, həddi-büluğa çatdıqdan sonra ehtiyata 

əsasən məss-meyyit qüslü alsın. Əgər həddi-büluğa çatmamışdan 

qabaq,  qüslün  hökmlərini  başa  düşüb  qüsl  etsə,  onun  qüslü 

səhihdir, yenidən qüsl etməsi lazım deyil. 

Məsələ  532:  Əgər  bir  adam,  üç  qüslü  tamamilə  verilmiş 

meyyitə  məss  etsə,  ona  qüsl  vacib  deyil,  amma  üçüncü  qüsl 

tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o yerdə 

üçüncü  qüsl  tamam  olmuş  olsa  da,  gərək  məss-meyyit  qüslü 

etsin. 

Məsələ  533:  Əgər  dəli  və  ya  baliğ  olmayan  uşaq  meyyitə 

toxunsa, o dəli ağıllandıqdan sonra və uşaq baliğ olandan sonra, 




134        

MƏSS-MEYYİT QÜSLÜ 

 

gərək məss-meyyit qüslü etsin. Əgər uşaq müməyyiz olsa, qüslü 



səhihdir, yenidən qüsl etməsi lazım deyil. 

Məsələ 534: Əgər ölü insanın bədənindən ayrımış bir hissəyə 

istər sümüyü olsun və ya olmasın qüsl verilməzdən qabaq insan 

məss etsə, gərək məss-meyyit qüslü etsin. Həmçinin diri insanın 

bədənindən,  ayrılan  hissənin  sümüyü  olsa  məss  etdikdə  məss-

meyyit qüslü verilməlidir. 

Məsələ  535:  Əti  olmayan  və  qüsl  verilməmiş  sümük,  istər 

ölüdən ayrılsın və ya diri insandan məss edilərsə ehtiyata əsasən 

gərək  qüsl  edilsin.  Həmçinin,  qüslü  verilməmiş  meyyitdən 

ayrılan dişə məss edildiyi təqdirdə də eyni qayda ilə; amma diri 

insandan  ayrılan  əti  olmayan  və  ya  əti  çox  az  olan  dişə  məss 

etdikdə, qüsl almaq vacib deyil. 



Məsələ  536:  Məss-meyyit  qüslü,  gərək  eynilə  cənabət  qüslü 

kimi  alınsın.  Amma  məss-meyyit  qüslü  alan  bir  şəxs  namaz 

qılmaq  istəsə,  ehtiyat-müstəhəbbə  əsasən  gərək  dəstəmaz  da 

alsın. 


Məsələ  537:  Əgər  bir  neçə  meyyitə  toxunsa,  yaxud  bir 

meyyitə neçə dəfə məss etsə, bir qüsl kifayətdir. 



Məsələ 538: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin 

məsciddə  dayanması,  qadınla  yaxınlıq  etməsi  və  səcdəsi  vacib 

olan  ayələri  oxumasının  eybi  yoxdur.  Amma  namaz  və  bu  kimi 

əməllər üçün ehtiyat-vacibə görə qüsl etməlidir. 



CAN VERƏNİN HÖKMLƏRİ 

Məsələ  539: Möhtəzir, yəni can verən halda olan müsəlmanı, 

istər  kişi  olsun,  istərsə  də  qadın,  istər  böyük  olsun  istərsə  də 

kiçik,  ehtiyat-lazıma  görə,  gərək  arxası  üstə  elə  uzatsınlar  ki, 

ayaqlarının  altı  qiblə  tərəfə  olsun.  Əgər  onu  tamamilə  bu 

qaydada uzatmaq mümkün olmasa, gərək mümkün olan qədər bu 

göstərişə əməl edilsin. Əgər onu, qeyd olunan kimi ümumiyyətlə 

uzatmaq  mümkün  olmazsa,  üzü  qibləyə  əyləşdirməlidlər.  Bu  da 



İzahlı şəriət hökmləri

       135 

 

mümkün  olmasa  onu  sağ,  yaxud  sol  böyrü  üstə  üzü  qibləyə 



uzatmalıdırlar. 

Məsələ  540:  Ehtiyat-vacib  budur  ki,  nə  qədər  ki,  meyyitin 

qüslü  tamam  olmayıb,  onu  üzü  qibləyə  uzatsınlar.  Ehtiyat-

müstəhəb  budur  ki,  qüs  tamam  olmayana  qədər  qüsl  halında  da 

onu  üzü  qibləyə  uzatsınlar.  Amma  qüslü  tamam  olandan  sonra, 

yaxşı  olar  ki,  onu,  meyyit  namazı  qılınan  vaxtdakı  kimi 

uzatsınlar. 



Məsələ  541:  Ehtiyata  əsasən  can  verən  insanı  üzü  qibləyə 

çevirmək  hər  bir  müsəlmana  vacibdir.  Ehtiyata  əsasən  onun 

qəyyumundan icazə alsınlar. 

Məsələ  542:  Müstəhəbdir ki, can verən halda olan hər şəxsə, 

iki  şəhadət  kəlmələrini  (kəlmeyi  şəhadəti),  on  iki  İmamın 



(ələyhis-səlam)  adlarını  və  digər  haqq  əqidələrini,  elə  təlqin 

etsinlər ki, başa düşsün. Həmçinin, müstəhəbdir ki, qeyd olunan 

əməllləri öldüyü ana qədər təkrar etsinlər. 

Məsələ 543: Müstəhəbdir bu duanı can verən şəxsə elə təlqin 

etsinlər ki, başa düşsün: 

 

ْ

ل َب



ْ

قا

َ



و 

َ

كي ّصا



َ

ع

َ



م 

ْ

ن ّم



َ

ري ّث


َ

ك

ْ



لا 

َ

ي ّل



ْ

ر ّف


ْ

غا 


َّ

م

ُ



ه

َّ

لل



َ

أ

 



ِّ

ن ّم 


  ّس

َي

ْ



لا  ي

 

ْ



ن ّم 

َ

ري



 

َ

ك



ْ

لا 


ْ

ن

َ



ع 

ُ

ف



ْ

ع

َ



ي

َ

و 



َ

ري ّس


َي

ْ

لا 



ُ

ل َب


ْ

ق

َ



ي 

ْ

ن



َ

م ا


َ

ي 

َ



ك ّت

َ

عا



َ

ط

 ّإ ريّث



 ّم 

ْ

ل َب



ْ

ق

 



ِّ

ن

 



َ

ري ّس


َي

ْ

لا ي



 

ُ

ف



َ

غ

ْ



لا 

ُّ

و



ُ

ف

َ



ع

ْ

لا 



َ

ت

ْ



ن

َ

أ 



َ

ك

َّ



ن ّإ 

َ

ري ّث



َ

ك

ْ



لا  ي

ِّ

ن



َ

ع 

ُ



ف

ْ

عا



َ

و

 



َ

أ 

ُ



رو

ا 

َّ



م

ُ

هلل



 ي ّن

ْ

م



َ

ح

ْ



ر

.مي ّح


َ

ر 

َ



ك

َّ

ن ّإ



َ

ف

 



Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min 

taətikə  ya  mən  yəqbəlul-yəsir,  və  yə`fu  ənil-kəsir,  iqbəl  minnil-

yəsir 

və`fu 

ənnil-kəsir, 

innəkə 

əntəl-əfuvvul-ğəfur. 

Əllahummərhəmni fəinnəkə rəhim. 

Məsələ  544:  Müstəhəbdir  ki,  çətin  can  verən  insanı  narahat 

olmadığı halda, namaz qıldığı yerə aparsınlar. 



Məsələ  545:  Müstəhəbdir  ki,  can  verənin  rahat  olması  üçün 

başının üstündə  mübarək “Yasin”,  “Saffat”, “Əhzab”  surələrini, 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə