İzahlı şəriət hökmləri
123
gün qandan paklansa, bu qadın gərək ayın birinci gününü özünün
heyz adəti günü hesab etsin.
2-Qandan pak olmayan qadın, iki ayın hər birində müəyyən
vaxta onda heyzin əlamətləri vardırsa (yəni qəliz, qara və isti
olub, təzyiqlə, yandırıcılıqla çölə çıxır) və onun qalan qanlarında
istihazə əlamətləri vardır. Heyzin əlamətləri olan günlərin sayı
hər iki ayda eyni deyil; məsələn: birinci ayda, ayın əvvəlindən
yeddisinə qədər, ikinci ayda isə ayın əvvəlindən səkkizinə qədər
qanında heyz, qalan günlərdə isə istihazə əlaməti var. Gərək bu
qadınlar da ayın əvvəlini öz adətinin əvvəli hesab etsinlər.
3-O qadınlardır ki,ardıcıl olaraq iki ayın hər birində müəyyən
vaxtda üç gün, yaxud daha artıq heyz qanı görüb, sonra pak
olurlar, sonra yenidən qan görürlər. Qan gördüyü günlərlə, pak
olduğu günlərin cəmi, on gündən keçmir. Amma ikinci ayda,
birinci aydan çox və ya az olur; məsələn: birinci ayda səkkiz
gün, ikinci ayda isə doqquz gün olsa, gərək bu qadın, ayın ilk
gününü heyz adətinin ilk günü hesab etsin.
Məsələ 494: Vəqtiyyə adəti olan qadın, əgər öz adətinin
vaxtında, yaxud iki-üç gün adətdən qabaq və ya iki-üç gün
adətindən sonra qan görsə, bu halda əgər ona “tez heyz olubdur”
və ya “təxirə düşübdür” desələr, o qanda heyzin əlamətləri
olmasa belə, gərək haiz qadınlar üçün deylən hökmlərə uyğun
olaraq əməl etsin. Amma sonradan heyz olmamasını başa düşsə;
məsələn: üç gündən tez dayansa, gərək yerinə yetirmədiyi
ibadətlərin qəzasını etsin.
Məsələ 495: Vəqtiyyə adəti olan qadın, əgər on gündən artıq
qan görsə və heyzi, onun öz əlamətləri vasitəsilə ayırd edə
bilməsə, gərək öz yaxınlarının adət günlərini, özü üçün heyz
hesab etsin. Onun yaxınlarının istər ata tərəfdən, yaxud ana
tərəfdən olmalarının, habelə diri və ya olü olmalarının bunda
fərqi yoxdur. Amma onların hamılıqla heyz olduqları günlərinin
sayı eyni olduğu təqdirdə, onların adət günlərini özü üçün heyz
124
VACİB QÜSLLƏR
vaxtı qəbul edə bilər. Əgər onların heyz olduqları günlərinin sayı
müxtəlif olarsa: məsələn: onlardan bəzilərinin adəti beş gün və
bəzilərinin də yeddi gün olarsa, onların adət vaxtlarını özünün
heyz adəti vaxtı kimi qəbul edə bilməz. Əgər onların adət
günlərinin sayı, bir-birlərindən sayılmayacaq dərəcədə çox az
fərqlənərsə, gərək onların arasında olan ən çox heyz günlərini
özü üçün heyz adət vaxtı götürsün.
Məsələ 496: Vəqtiyyə adəti olan və yaxınlarının adətini özü
üçün adət götürən qadın, gərək hər ayda, onun adətinin əvvəli
olan gününu özü üçün heyzin əvvəli hesab etsin; məsələn: əgər
bir qadın hər ayda ayın ilk günü qan görürdüsə və bəzi hallarda
yeddinci, bəzi hallarda isə səkkizinci gün pak olurdusa, bu halda
birinci ayda on iki gün qan görsə və onun yaxınlarının adəti
yeddi gün olsa, gərək əvvəlki ayın əvvəlinci yeddi günü heyz,
qalan günləri isə istihazə hesab etsin.
Məsələ 497: Öz yaxınlarının adətini öz heyz adəti götürməli
olan qadının yaxını olmasa və ya yaxınlarının adət günlərinin
sayı bir-biri ilə eyni olmasa, bu halda ixtiyarlıdır ki, hər ayda qan
gördüyü günlərdən yeddisini heyz, hesab etsin. Ehtiyata əsasən
heyzinin əvvəlini qanı gördüyü vaxtan hesab etsin.
3
-
ƏDƏDİYYƏ ADƏTİ OLAN QADINLAR
Məsələ 498: Ədədiyyə adəti olan qadınlar da üç qismdir:
1-Heyz günlərinin sayı ardıcıl olaraq iki ayın hər birində eyni
qədərdə olub, qan görməsi vaxtı hər iki ayda eyni olmayan
qadınlar. Bu halda neçə gün qan görsə, hamısı onun adəti sayılır;
məsələn: əgər birinci ay, ayın birindən beşinə qədər, ikinci ayda
isə on birindən on beşinə qədər qan görsə, onun adəti beş
gündür.
2-Qandan pak olmayan, amma ardıcıl olaraq iki ayın hər
birində bir neçə gün gördüyü qanlarda heyzin, yerdə qalanlarında
isə istihazənin əlamətləri olan qadınlardır. Belə ki, heyz
İzahlı şəriət hökmləri
125
əlamətləri olan günlərin sayı hər iki ayda eynidir, amma onların
vaxtları eyni deyildir. Belə olan halda, qanında heyz əlaməti olan
günlər onun adətidir; məsələn: əgər birinci ay, ayın birindən
beşinə qədər, sonrakı ay on birindən on beşinə qədər olan
günlərdə heyz, yerdə qalan günlərin qanında isə istihazə
əlamətləri olsa, onun adəti beş gündür.
3-Ardıcıl olaraq iki ayın hər birində üç gün, yaxud daha artıq
qan görən, arada bir gün, yaxud daha artıq pak olub yenidən qan
görən və qan gördüyü zamanın, birinci ayda ikinci aydakından
fərqlənən qadınlardır. Əgər qan gördüyü və arada pak olduqları
günlərin sayı üst-üstə toplandıqda on gündən çox olmazsa və
onun günlərinin sayı eynidirsə, qan gördüyü bütün günlər,
arasındakı pak olduğu günlərlə birlikdə onun heyz vaxtı sayılır.
Ehtiyata ğörə pak olduğu günlərdə haizin tərk etməli əməllərini
tərk edib, müstihazənin əməllərini yerinə yetirsin. (Bu deyilən
üçün) arada pak olduğu günlərin sayının hər iki ayda eyni olması
lazım deyil; məsələn: birinci ayda, ayın birindən üçünə qədər qan
görüb iki gün paklansa və yenidən üç gün qan görsə, ikinci ayda
da ayın on birindən on üçünə kimi qan görüb iki gün, yaxud az,
yaxud da çox paklansa və yenidən qan görsə və üst-üstə səkkiz
gündən çox olmasa, onun adəti səkkiz gündür. Mümükündür
başqa bir qism də belə təsəvvür olunsun; bu o qadın dır ki,
ardıcıl olaraq iki ay, say etibarı ilə bərabər qan görsün; məsələn:
səkkiz gün qanın görən günlərinin sayı olsun, amma birinci ayda
ardıcıl olaraq qan görsün və ikinci ay isə dörd gün qan
gördükdən sonra paklansın və yenidən qan görsün. Arada olan
pak günlərlə birlikdə deyilən günləri topladıqda səkkiz gün
olsun. Bu halda da onun adəti səkkiz gün olur.
Məsələ 499: Ədədiyyə adəti olan qadın, əgər öz adət
günlərindən çox qan görsə və onun sayı on gündən çox olsa, bu
halda gördüyü qanların hamısı eyni cür olsa, gərək qan gördüyü
gündən etibarən adət günlərinə qədər heyz, qalanlarını isə
Dostları ilə paylaş: |