Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə43/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   39   40   41   42   43   44   45   46   ...   209

İzahlı şəriət hökmləri

       117 

 

Məsələ  476:  Əgər  namazın  vaxtı  daxil  olsa  və  namazı  təxirə 

salsa, heyz olacağını bilsə, gərək dərhal namazını qılsın. 



Məsələ 477: Əgər qadın, namazını təxirə salsa, namazın əvvəl 

vaxtından bir namaz qılmaq miqdarında vaxt keçsə və sonra haiz 

olsa,  o  namazın  qəzası  ona  vacibdir.  Amma  namazın  tez  və  ya 

gec  qılmasında  və  s.  işlərdə  gərək  öz  halına  diqqət  etsin; 

məsələn:  səfərə  çıxan  olmayan  bir  qadın,  zöhrün  əvvəlində 

namazını qılmasa, onun qəzası o halda vacib olur ki, dörd rəkət 

namaz  qılmaq  miqdarında  zöhrün  əvvəlindən  vaxt  keçsin  və  o 

qadın da haiz olsun. Səfərdə olan qadın üçün isə iki rəkət namaz 

qılmaq  miqdarında  vaxt  kifayətdir.  Hətta  namazın  müqəddimə 

işlərinə  hazır  olduğu  halda  məsələn  dəstəmazının  olduğu  halda 

heyz olsa, əgər bir namaz qılmaq müddətində vaxtı olarsa gərək 

onun qəzasını qılsın. 



Məsələ  478:  Əgər  qadın  namazın  axır  vaxtında  qandan 

paklansa, qüsl, dəstəmaz və namazın ibtidai işlərini görüb (paltar 

hazırlamaq,  yaxud onu suya çəkmək kimi) və bir rəkət və daha 

artıq  namaz  qılmaq  üçün  vaxtı  olsa,  gərək  namazı  qılsın.  Əgər 

qılmasa, qəzasını yerinə yetirməlidir. 

Məsələ 479: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək 

qədər  vaxtı  olmasa,  amma  təyəmmüm  ilə  namazı  vaxtında  qıla 

bilərsə,  ehtiyat-vacib  budur  ki,  o  namazı  təyəmmüm  ilə  qılsın. 

Əgər təyəmmüm ilə  qılmasa qəza  etməlidir.  Amma  əgər  vaxtın 

darlığından  digər  bir  səbəbə  görə,  vəzifəsi  təyəmmüm  etmək 

olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı 

qılmalıdır.  

Məsələ  480:  Əgər  qadın  heyzdən  pak  olandan  sonra,  namaz 

üçün vaxt olub-olmamasında şəkk etsə, gərək namazı qılsın. 



Məsələ  481:  Əgər  namazın  müqəddimatı  işlərini  hazırlayıb 

bir  rəkət  namaz  qılmaq  üçün  vaxt  olmadığını  güman  edərək, 

namaz  qılmasa  və  sonradan  vaxt  olduğunu  başa  düşsə,  gərək  o 

namazın qəzasını yerinə yetirsin. 




118        

VACİB QÜSLLƏR 

 

Məsələ  482:  Müstəhəbdir  ki,  heyzli  qadın  namaz  vaxtında 

qanlarını  təmizləsin,  pambığı  və  dəstmalı  dəyişsin,  dəstəmaz 

alsın,  əgər  dəstəmaz  ala  bilmirsə  təyəmmüm  etsin  və  namaz 

qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin. 



Məsələ 483: Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin 

hər  hansı  yerini  onun  yazılarının  arasına  vurmaq  və  həmçinin 

həna və s. kimi şeylərlə rənglənmək, haiz qadına məkruhdur. 

HAİZ QADINLARIN NÖVLƏRİ 

Məsələ 484: Haiz qadınlar altı qismdir: 

1-Vəqtiyyə  və  ədədiyyə  adət  sahibi  olan  qadın; o qadındır 

ki,  ardıcıl  olaraq  iki  ayda,  hər  ayın  müəyyən  vaxtlarında  heyz 

görsün,  heyz  olduğu  günlərin  sayı  da,  hər  iki  ayda  bir-birinə 

bərabər  olsun;  məsələn:  iki  ay  ardıcıl  olaraq,  hər  birində,  ayın 

əvvəlindən yeddisinə qədər qan görsün. 

2-Vəqtiyyə  adət  sahibi  olan  qadın;  o  qadındır  ki,  ardıcıl 

olaraq,  iki  ayın  müəyyən  günlərində  heyz  qanı  görsün.  Amma 

hər  iki  ayda  heyz  gördüyü  günlərin  sayı  bir-birinə  bərabər 

olmasın;  məsələn:  ardıcıl  olaraq  iki  ayda,  hər  ayın  əvvəlindən 

qan  görsün.  amma  birinci  ayda  yeddinci  gün,  ikinci  ayda  isə 

səkkizinci gün qandan paklansın. 



3-Ədədiyyə  adət  sahibi  olan  qadın;  o  qadındır  ki,  heyz 

günlərinin sayı, ardıcıl olan iki ayda, bərabər olsun, amma o iki 

qanın  görünmə  vaxtı  eyni  olmasın;  məsələn:  birinci  ayda,  ayın 

beşindən  onuna  qədər,  ikinci  ayda  isə  on  ikisindən  on 

yeddisinədək qan görsün. 

4-Müztəribə; o qadındır ki, bir neçə ayda qan görsün, amma 

müəyyən  bir  adəti  olmasın,  yaxud  adəti  pozulusun  və  təzə  bir 

adət də tapmamış olsun. 

5-Mübtədiə; o qadındır ki, ilk dəfə olaraq qan görsün. 

6-Nasiyə; o qadındır ki, öz adətini unutmuş olsun. 



İzahlı şəriət hökmləri

       119 

 

Bunların hər birinin özünə məxsus hökmləri vardır ki, gələcək 



məsələlərdə deyiləcək. 



-

 

VƏQTİYYƏ VƏ ƏDƏDİYYƏ ADƏT SAHİBLƏRİ OLAN 

QADINLAR 

Məsələ  485:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadınlar  üç 

qismdir: 

1-  İki  ayda  ardıcıl  olaraq  eyni  vaxtda  heyz  qanı  görüb,  eyni 

vaxtda  da  pak  olanlar;  məsələn:  iki  ayda,  hər  ayın  birinci  günü 

qan  görüb,  yeddinci  günü  pak  olsa,  onun  heyz  adəti  hər  ayın 

birindən yeddisinə qədərdir. 

2-  O  qadınlardır  ki,  qandan  pak  olmur,  amma  iki  ay  ardıcıl 

olaraq  müəyyən  günlərdə;  məsələn:  ayın  əvvəlindən  səkkizinə 

qədər  gördüyü  qanda  heyzin  əlamətləri  vardır.  Yəni  qəliz,  qara 

və  istidir,  təziqlə,  yandırıcılıqla  çölə  çıxır.  Onun  qanının 

qalanında  isə  istihazənin  əlamətləri  vardırsa,  adəti  ayın 

əvvəlindən səkkizinə qədərdir. 

3- O qadınlardır ki, iki ay ardıcıl olaraq müəyyən vaxtda heyz 

qanı görsün və üç gün, yaxud daha artıq qan görüb, sonra bir və 

ya bir neçə gün pak olsun və  yenidən qan görsün. Bu halda qan 

gördüyü  günlərlə  arada  pak  olduğu  günlərin  cəmi  on  gündən 

keçməsə  və  iki  ayda  qan  gördüyü  günlərlə  pak  olduğu  günlərin 

sayı üst-üstə eyni olsa, belə qadının adəti, qan gördüyü günlərlə 

arada pak olduğu günlərin cəminə bərabərdir. Arada pak olduğu 

günlərin  hər  iki  ayda  sayı  bərabər  olması  lazım  deyil;  məsələn: 

əgər  birinci  ayda  ayın  birindən  üçünə  kimi  qan  görüb  arada  üç 

gün pak olsa və yenidən üç gün qan görsə, ikinci ayda da yenə üç 

gün  qan  görüb,  sonra  üç  gündən  artıq  və  ya  az  pak  olsa  və 

yenidən qan görsə, üst-üstə doqquz gündən çox olmasa, bütün bu 

günlərdə heyzdir və o qadının adəti, doqquz gündür. 

Məsələ 486: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adəti 

dövründə, yaxud iki-üç gün əvvəl, yaxud da sonra qan görsə, bu 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə