Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə40/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   36   37   38   39   40   41   42   43   ...   209

108        

VACİB QÜSLLƏR 

 

qəlilə  istihazəsinin  işlərini  yerinə  yetirsin.  Əgər  mütəvəssitə  və 



ya  kəsirə  olduğunu  bilməsə,  gərək  mütəvəssitə  istihazəsinin 

işlərini  yerinə  yetirsin.  Amma  qabaqcadan  bu  üç  növdən 

hansının olduğunu bilsə, gərək onun vəzifəsinə uyğun əməl etsin. 

Məsələ  413:  Əgər  istihazə  qanı  batində  olsa,  qadın  bir  az 

panbıq övrətinin içinə  qoyub gözləsin sonra  çıxarsın,  əgər qana 

bulaşmazsa qüsl və dəstəmazı olduğu təqdirdə batil olmaz. Əgər 

qana bulaşarsa, az miqdarda qıraqa çıxsa hətta iynənin ucu qədər 

də olsa belə gərək istihazəli qadının əməllərini yerinə yetirsin. 

Məsələ 414: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa 

və  qan  görməsə,  yenə  qan  gələcəyini  bilsə  belə,  aldığı 

dəstəmazla namaz qıla bilər. 

Məsələ  415:  Əgər  müstəhazə  qadın  dəstəmaz  və  ya  qüslə 

başladığı andan etibarən özündən qan gəlmədiyini bilərsə, o qüsl 

və dəstəmaz ilə namaz qıla bilər. 

Məsələ  416:  Əgər  müstəhazə  qadın,  namaz  vaxtı  keçməzdən 

qabaq  tamamilə  pak  olacağını  və  ya  namaz  qıla  biləcəyi  bir 

vaxtda  qanın  dayanacağını  bilərsə,  ehtiyat-vacibə  əsasən  səbr 

edib, qan dayandıqdan sonra  əgər kəsirə və  ya mütəvəssitədirsə 

qüsl edib və dəstəmaz alsın pak olduğu vaxt namazını qılsın. 

Məsələ  417:  Əgər  dəstəmaz  və  qüsldən  sonra  zahirdə  qan 

kəsilsə,  istihazəli  olan  qadın  namazını  təxirə  salmaqla  qüsl, 

dəstəmaz  və  namazı  yerinə  yetirəcək  qədər  tam  pak  olacağını 

bilərsə,  namazını  təxirə  salmalı,  tamamilə  pak  olduğu  zaman, 

yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır.  

Məsələ  418:  Kəsirə  və  mütəvəssitə  istihazəsi  olan  qadın, 

qandan  tamamilə  paklandıqda,  gərək  qüsl  etsin.  Amma  qabaqkı 

namaz  üçün,  qüsl  etdiyi  vaxtdan  (sonra)  ondan  qan  gəlmədiyini 

bilsə, yenidən qüsl alması lazım deyil 



Məsələ  419:  Qəlilə istihazəsi olan  qadın, dəstəmazdan sonra, 

kəsirə  və  mütəvəssitə  istihazəsi  olan  qadın  isə  qüsl  və 

dəstəmazdan sonra, gərək dərhal namaza başlasın. Amma, azanı 



İzahlı şəriət hökmləri

       109 

 

və  iqaməni  deməyin  və  namazdan  əvvəl  olan  duaları  oxumağın 



eybi  yoxdur.  Namazda  qunut  və  s.  kimi  müstəhəb  işləri  yerinə 

yetirə bilər. 



Məsələ 420: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında 

fasilə  salmamaq  olan  müstəhazəli  qadın,  əgər  vəzifəsinə  əməl 

etməsə,  gərək  yenidən  dəstəmaz  alıb  və  ya  qüsl  edib,  dərhal 

namaza başlasın. 



Məsələ  421:  İstihazəli  qadının  dəstəmaz  və  qüsüldən  sonra 

panbıq və ya başqa bir şeyin vasitəsi ilə qanın qıraqa gəlməsinin 

qarşısını alsın. Əgər səhlənkarlıq etsə və qan qıraqa şıxsa namazı 

qıldığı  təqdirdə  gərək  özünü  pak  edəndən  sonra  yenidən  qılsın. 

Amma ikinci dəfə qüsl etməsi lazım deyil. 

Məsələ 422: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. 

Amma  qüsl  əsnasında  mütəvəssitə  istihazə  kəsirəyə  çevrilsə, 

gərək qüslü əvvəldən başlasın. 

Məsələ  423: Ehtiyat-müstəhəb budur ki, istihazəli olan qadın 

orucdursa,  bütün  gün  ərzində  bacardığı  qədər  qanın  gəlməsinin 

qarşısını alsın. 

Məsələ 424: İstihazəli qadının tutacağı oruc o zaman səhihdir 

ki,  gündəlik  qüsülləri  yerinə  yetirsin.  Amma  məğrib  və  işa 

namazlarının qüslü o günün orucunun səhih olmasında şərt deyil. 

Amma  sabahı  günün  orucunun  səhih  olmasında  şərtdir.  Gərək 

sübh namazından qabaq qüsl etsin. 

Məsələ 425: Əgər qadın əsr namazından sonra müstəhazə olsa 

və axşam çağına kimi qüsl etməsə, orucu səhihdir. 



Məsələ  426:  Əgər  qadının  qəlilə  istihazəsi  namazdan  əvvəl 

mütəvəssitə,  yaxud  kəsirə  olsa,  gərək  mütəvəssitə,  yaxud  kəsirə 

üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə istihazə 

kəsirə  olsa,  gərək  kəsirə  istihazənin  əməllərini  yerinə  yetirsin. 

Əgər mütəvəssitə istihazə üçün qüsl etmiş olsa, faydası  yoxdur, 

gərək ikinci dəfə kəsirə üçün qüsl etsin. 




110        

VACİB QÜSLLƏR 

 

Məsələ  427:  Əgər  namaz  əsnasında  qadının  mütəvəssitə 

istihazəsi  kəsirəyə  çevrilsə,  namazı  pozmalı,  kəsirə  istihazəsi 

üçün  qüsl  edib  dəstəmaz  almalı  və  onun  sair  işlərini  yerinə 

yetirib  həmin  namazı  qılmalıdır.  Əgər  qüsl  və  dəstəmazdan  heç 

biri  üçün  vaxt  olmasa,  gərək  iki  təyəmmüm  etsin;  biri  qüsl 

əvəzində, digəri isə dəstəmaz əvəzində. Əgər bunlardan biri üçün 

vaxt  olmasa,  gərək  onun  əvəzində  təyəmmüm  etsin,  digərini  də 

yerinə  yetirsin. Amma təyəmmüm üçün də vaxt olmasa, namazı 

poza  bilməz;  gərək  namazı  tamam  etsin,  ehtiyat-vacibə  görə 

qəzasını  qılsın.  Həmçinin  əgər  namaz  əsnasında  onun  qəlilə 

istihazəsi  mütəvəssitəyə,  yaxud  kəsirəyə  çevrilsə,  (bu  qaydaya 

əməl etsin). 



Məsələ  428:  Əgər  namaz  əsnasında  istihazəsi  olan  qadının 

qanı  dayansa  və  onun  batinində  də  dayanıb-dayanmadığını 

bilməsə,  bu  halda  namazdan  sonra  (batinində  də)  dayandığını 

bilsə, gərək dəstəmaz, qüsl və namazı yenidən yerinə yetirsin. 



Məsələ  429:  Əgər  qadının  kəsirə  istihazəsi  mütəvəssitə  olsa, 

gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar 

üçün  mütəvəssitənin əməlini  yerinə  yetirsin.  Məsələn, əgər zöhr 

namazından  əvvəl  kəsirə  istihazə  mütəvəssitə  olsa,  gərək  zöhr 

namazı  üçün  qüsl  etsin  və  əsr,  məğrib  və  işa  namazları  üçün 

yalnız dəstəmaz alsın. Amma əgər zöhr namazı üçün qüsl etməsə 

və  yalnız  əsr  namazını  qılmaq  miqdarında  vaxtı  olsa,  gərək  əsr 

namazı üçün qüsl etsin; və əgər əsr namazı üçün də qüsl etməsə, 

gərək məğrib namazı üçün qüsl etsin; və əgər onun üçün də qüsl 

etməsə  və  yalnız  işa  namazını  qılmaq  miqdarında  vaxtı  olsa, 

gərək işa namazı üçün qüsl etsin. 

Məsələ  430:  Əgər  hər  namazdan  əvvəl  qadının  kəsirə 

istihazəsi kəsilsə və ikinci dəfə gəlsə, hər namaz üçün gərək bir 

qüsl etsin. 

Məsələ  431:  Əgər  kəsirə  istihazə  qəliləyə  çevrilsə,  gərək 

birinci  namaz  üçün  kəsirə,  sonrakı  namazlar  üçün  qəlilə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə