40
TƏHARƏTİN HÖKMLƏRİ
Məsələ 48: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə
nəcasət dəysə, nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin
üzərinə tökülərsə və ya aşağıdan yuxarı təziq ilə gedərsə nəcis
şeyə dəyən hissəsi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül
suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ
yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.
Məsələ 49: Əgər nəcis olan muzaf su, kürr yaxud axar su ilə,
daha ona muzaf su deyilməyəcək şəkildə qarışsa, pak olar.
Məsələ 50: Mütləq olan bir suyun sonradan muzaf olub-
olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı
kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun
da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir,
yəni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də
batildir.
Məsələ 51: Mütləq və ya muzaf olduğu bəlli olmayan bir
suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu məlum
olmazsa, nəcasəti paklamadığı kimi, onunla dəstəmaz və qüsl də
batildir. Ona bir nəcasət dəyərsə və su, kürr miqdarından az olsa
nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, nəcis
ona dəyərsə, nəcis olmasına hökm etmək olmaz. Amma nəcasəti
pak etmir.
Məsələ 52: Qan və sidik kimi nəcasətin dəyməsi ilə bir suyun
iyi, rəng və ya dadı dəyişərsə, kürr və ya axar su olsa belə, nəcis
olur. Əgər suyun iyi, rəng və ya dadı onun xaricində olan bir
nəcasət vasitəsilə dəyişərsə, məsələn; suyun kənarında olan
murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, nəcis
olmur.
Məsələ 53: Qan və sidik kimi eyni nəcisin tökülməsi
nəticəsində iyi, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya
axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı
ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan
İzahlı şəriət hökmləri
41
onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi
yox olarsa, həmən su pak olar.
Məsələ 54: Əgər nəcis bir şeyi kürr, yaxud axar suda suya
çəksələr, onu çölə çıxartdıqdan sonra ondan tökülən su pakdır.
Məsələ 55: Pak olan bir suyun, sonra nəcis olub-olmadığı
bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı
bilinməzsə, nəcisdir.
Məsələ 56: İt, donuz və kafirin yeməyindən qalan artığ nəcis
və onun yeyilməsi haramdır. Amma əti haram olan heyvanların
artığı pak, yeyilməsi isə məkruhdur.
42
TƏXƏLLİNİN HÖKMLƏRİ
TƏXƏLLİNİN HÖKMLƏRİ
Məsələ 57: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz
övrətini
1
yetkinlik yaşına çatmış adamlardan, hətta ona məhrəm
olan ana və bacısından, dəlidən, yaxşını pisdən seçən uşaqdan
gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən
gizlətmək lazım deyil.
Məsələ 58: İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib
deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.
Məsələ 59: Təxəlli zamanı bədənin ön tərəfi, yəni qarın və
sinə yaxud arxası qibləyə olmasın.
Məsələ 60: Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa
tərəfi qibləyə tərəf olan bir şəxs, yalnız övrətini qiblədən çevirsə,
kifayət etməz. Əgər üzü və ya arxası qibləyə olmasa ehtiyat-
vacib budur ki, təxəlli vaxtında övrətini üzü və ya arxası qibləyə
çevirməsin.
Məsələ 61: Ehtiyat-müstəhəb budur ki, bədənin qabaq tərəfi
(hökmləri sonradan açıqlanan) istibrada, həmçinin sidik və ğaitin
məxrəci yuyularkən üz və arxa, qibləyə tərəf olmasın.
Məsələ 62: Əgər insan, (ər və arvaddan başqa) həddi-büluğa
çatan və həddi-büluğa çatmayan yaxşı ilə pisi anlayan bir adamın
onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək
şəkildə oturmağa məcburdursa üzü və ya arxası qibləyə otura
bilər. Həmçinin, əgər başqa səbəblər üzündən də üzü, yaxud
1
Övrət kişilərdə arxa və qabaq və xayalar, qadınlarda isə göbəkdən dizə
qədərdir.
İzahlı şəriət hökmləri
43
arxası qibləyə oturmağa məcbur olsa, üzü və ya arxası qibləyə
otura bilər.
Məsələ 63: Ehtiyat-vacibə görə, uşağı təxəlli halında üzü,
yaxud arxası qibləyə oturtmasınlar. Amma uşağın özü otursa,
qarşısını almaq vacib deyil.
Məsələ 64: Dörd yerdə təxəlli etmək haramdır:
1. Sahibləri icazə verməyən bağlı küçələrdə (dalanlarda);
2. Təxəlliyə icazə verilməyən mülkdə.
3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bəzi
mədrəsələrdə.
4. Möminin qəbri üzərində ona hörmətsizlik olarsa; həmçinin
hər yerdə ki, din və məzhəb müqəddəslərinin hörmətinin aradan
getməsinə səbəb olsa, haramdır.
Məsələ 65: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir:
1-Qaitlə birlikdə başqa nəcasət (qan kimi) çölə gələrsə.
2-Kənardan bir nəcasət ğaitin məxrəcinə dəymişdirsə.
3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa.
Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula
bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara
bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha
yaxşıdır.
Məsələ 66: Bövlün məxrəci sudan başqa şeylə paklanmır.
Əgər bövl aradan getdikdən sonra kürr və axar su ilə bir dəfə
yuyulsa, kifayətdir. Amma az su ilə ehtiyat-vacibə əsasən iki
dəfə yuyulsun. Daha yaxşı olar üç dəfə yuyulsun.
Məsələ 67: Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada
ğait qalmamalıdır. Amma rənginin və iyinin qalmasında heç bir
maneə yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə
belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.
Məsələ 68: Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez
parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə təsir
Dostları ilə paylaş: |