592
CİHAD
ABIR, CAN VƏ MALIN MÜDAFİƏSİ
Məsələ 2841: Bir şəxs başqa bir şəxsi haqsız yerə öldürmək
üçün hücum etsə, o şəxsə vacibdir ki, hər vasitə ilə olsa, hətta
hücum edəni öldürməyə məcbur olsa belə, özünü müdafiə etsin.
Həmçinin zalım bir şəxs başqa bir şəxsə zina, ləvat və ya başqa
istifadələr üçün hücum edərsə, eyni qayda ilə.
Məsələ 2842: Əgər bir şəxs başqa birini öldürmək üçün
hücum edərsə, o şəxsə təslim olmaq haramdır. Əgər təslim
olarsa, günahkardır. Əgər zalimə qarşı mübarizə edə bilməsə,
qaça bildiyi təqdirdə qaçması vacib və təslim olması isə
haramdır.
Məsələ 2843: Keçən iki məsələlərdə deyilən hökm, təkcə
insanın özünün ölüdürülməsi zamanı icra olumayır. Zalim, onun
övlad, həyat yoldaşı və xidmətçisini öldürmək üçün hücum etsə,
həmin hökm bunlara da aid olur.
Məsələ 2844: Əgər zalimdən müdafiə olunmaq ən asan yolla
olsa, yəni; məsələn: dillə həll etmək olarsa, sillə vurmaq olmaz.
Əgər sillə vurmaqla həll olsa, ona qarşı cinayət işlədə bilməz.
Deməli, həddini aşması haramdır və buna görə zamindir.
Məsələ 2845: Əgər bir zalım başqa birinin malını almaq
istəsə, (keçən məslələrdə açıqlandığı şəkildə) onu müdafiə edə
bilər. Amma malı ona verib müdafiə etməyə bilər.
Məsələ 2846: Əgər bir şəxs evin üstündən, deşikdən və ya
pəncərədən başqa bir şəxsin ailə üzvlərinə və ya onun övrətinə
baxsa, keçən məsələlərdə deyildiyi ən asan yollara riayət
etməklə, onu müdafiə etmək vacibdir.
İzahlı şəriət hökmləri
593
MÜZARİBƏNİN HÖKMLƏRİ
Məsələ 2847: Müzaribə, budur ki, insan (qeyd olunacaq
şərtlər daxilində) müəyyən bir malı ticarət etmək üçün digərinə
digərinə versin və gəlirini qərardada əsasən öz aralarında
bölsünlər. Mal sahibinə malik ticarət edən şəxsə isə amil deyilir.
Məsələ 2848: Müzaribənin səhih olmasında aşağadakı şərtlər
olmalıdır.
1. Sözləşmədə hər ikisi şəri həddi-büluğa çatmış, aqil və iki
tərəfin öz ixtiyarları ilə olsun və bir şəxs onları məcbur etməsin.
Sərmayə qoyan (malik) səfeh olmasın, yəni öz malından istifadə
edə bilməyən şəxslərdən olmasın.
2. Müzaribədə icab və qəbul lazımdır, istər söz ilə olsun
istərsədə hər hansı bir iş ilə, məsələn: malik malı müzaribə
niyyəti ilə amilə versin amil də almağı ilə qəbul etsin.
3. Malik və amilə çatacaq mənfəət müəyyən olmalıdır.
Məsələn: müəyyən etsinlər ki, gəlirin yarsı və ya üçdə biri amilin
olsun.
4. Gəlir yalnız malik ilə amil arasında bölünür. Digərini heç
bir iş görmədən gəlirdə pay etmək icazəli deyil.
5. Amilin ticarət etmək qüdrəti olsun.
6. Sərmayə yəni malikin amilə verdiyi pul mövcud olsun və
eyni zamanda xüsusiyyətləri də kamil şəkildə müəyyən olsun
7. Sərmayəni yalnız ticarətdə işlətsin başqa şeydə işlətmək
olmaz.
Məsələ 2849: Müzaribənin qızıl sikkə və gümüş ilə olması
lazım deyil. Dıgər pul vasitələri ilə də müzaribə səhihdir.
Məsələ 2850: Müzaribə əqdi icazəlidir, yəni malik və amil
(icraçı) hər vaxt istəsələr (istər müzaribədən qabaq olsun
istərsədə sonra) müamiləni poza bilərlər.
Məsələ 2851: Əgər malik ya amil ölsə müamilə pozulur.
594
MÜZARİBƏNİN HÖKMLƏRİ
Məsələ 2852: Əgər amil səhlənkarlıq etsə və sərmayə aradan
getsə və ya ona xəsarət dəysə zamindir. Əgər səhlənkarlıq
etməsə zamin deyil. Malik xəsarətin amilin öhdəsinə olmasını
şərt edə bilməz. Hətta bu şərt edilərsə müzaribə batildir. Amma
amil xəsarət dydiyi surətdə öz malından ödəyəcəyini şərt etsə
eybi yoxdur.
Məsələ 2853: Amilin səhlənkarlığı nəticəsində sərmayənin
aradan getdiyini yaxud ziyan dəydiyini malik iddia etsə, amildə
onun iddiasını inkar edərsə, amil gərək and içsin.
İzahlı şəriət hökmləri
595
GÜNDƏLİK ÜZLƏŞİLƏN MÜXTƏLİF
MƏSƏLƏLƏR
Məsələ 2854: Əgər qonşunun ağacının kökü yaxud budağı
insanın mülkünə keçərsə, onun qarşısını ala bilər. Əgər ağacın
kökündən ona zərər dəyərsə ağacın sahibindən onu ala bilər.
Məsələ 2855: Ata hədiyyə və razılaşma yolu ilə qızının
mülkünə keçirdiyi cehziyyəni geri ala bilməz. Amma onun
mülküyyətinə keçirməsə geri almağının eybi yoxdur.
Məsələ 2856: Əgər bir şəxs ölsə, onun həddi-büluğa çatan
vərəsəsi öz payından meyyitin matəm xərclərini verə bilər.
Amma kiçik olanların payından götürmək olmaz.
Məsələ 2857: Əgər bir şəxs bir müsəlmanın qeybətini etsə,
fəsad baş verməyənə qədər o müsləmandan xahiş etsin ki, onu
halal etsin. Əgər mümkün olmazsa Allahdan o, müsəlmanı
bağışlamasını istəsin. Əgər o, qeybət vasitəsi ilə müsəlmana
töhmət vurularsa, mümkün olan halda o, töhməti aradan
qaldırsın.
Məsələ 2858: İnsan şəri hakimin icazəsi olmadan xümsünü
verməyən bir şəxsin malından xümsünü götürüb şəri hakimə verə
bilməz.
Məsələ 2859: Ləhv məclislərinə aid olan avazlar və musiqilər
haramdır. Əgər nohə və ya rövzə yaxud Quranı da bu şəkildə
oxusalar haramdır. Amma onları ğina olmayan gözəl səs ilə
oxusalar eybi yoxdur.
Məsələ 2860: İnsana əziyyət edən və bir şəxsin malı olmayan
heyvanı öldürməyin eybi yoxdur.
Məsələ 2861: Əgər bir şeyi düzəlmək üçün sənətkara versələr,
sahibi onu aparmaq üçün gəlməsə, sənətkar onun sahibini axtarıb
və tapacağından ümüdsüz olsa gərək onu sahibi tərəfindən
sədəqə versin. Ehtiyat budur ki, şəri hakimdən icazə alsın.
Dostları ilə paylaş: |