588
YAXŞILIQLARA ƏMR ETMƏK VƏ ...
özünüzdən böyüklərə ehtiram edin, haram mala tərəf əl
uzatmayın.”
Yenə buyurur:
“Verdiyiniz vədəyə vəfa edin. Bir-birinizə zülm
etməyin, biri sizə zülm etsə onu bağışlayın ki, Allah təala
qiyamət günündə sizin günahlarınızı bağışlasın.”
Buyurur:
“Müsəlman olan şəxs məkr və hiylə etmir və
müsəlmanları bir-birindən uzaqlaşdırmır ki, şeytan bu işdən çox
şad olur.
Yenədə buyurur:
“Allahdan başqasına pənah aparan şəxs
ümidsiz olar. İzzət və ehtiyacsız olmaq Allaha təvəkkül
etməkdədir.”
Həmçinin buyurur:
“Hər kəs haramdan qorunsa Allah təala onu
camaat arasında əziz edər. Hər kəs təvazö etsə Allah təala onu
ucaldar.”
Yenədə buyurur:
“Allah-təaladan elə qorxun ki, əgər bütün
ömrünüzü ibadətlə keçirsəniz yenə onun haqqında tənbəllik
etmisiniz və Allah təalaya elə ümidli olun ki, əgər bütün
ömrünüzü günahda keçirsəniz sizi bağışlaya bilər. Allah təala
haqqında zənniniz yaxşı olsun;”
Yenə buyurur: “Günahlardan uzaq olun, onların mühümmü
böyük günahlardır ki, aşağıdakılardan ibarətdir:
1. Allah təalaya şərik qoşmaq;
2. Peyğəmbərlərə nazil olanları inkar etmək;
3. Allahın rəhmətindən ümidsiz olmaq;
4. Allahın əzabından amanda olmaq;
5. Allah və onun peyğəmbərləri və ya peyğəmbərlərin
(səlləllahu ələyi və alihi və səlləm)
vəsilərinin adına yalan demək;
6. Allah övliyaları ilə müharibə etmək;
7. Haqsız yerə öldürmək;
8. Aq valideyin olmaq;
9.Qeyri şəri yolla yetimin malını yemək;
10. İffətli qadına zina böhtanı atmaq;
İzahlı şəriət
hökmləri
589
11. Qohumluq əlaqəsini kəsmək;
12. Sehr etmək (dostluq üçün olsa belə;)
13. Zina etmək;
14. Ləvat etmək;
15. Yalan danışmaq;
16. Oğurluq etmək;
17. Yalandan Allaha and içmək;
18. Camaatın arasında fitnə salmaq;
19. Ləhv və ləibə aid olan avazları oxuyub və qulaq asmaq;
20. Ləhv və ləəb məclislərinə aid olan mahnıları oxuyub və
onlara qulaq asmaq;
21. Yalandan şəhadət vermək;
22. Şəhadət verəndə həqiqəti gizlətmək;
23. Vəsiyyət edəndə həqqə riayət etməyib zülm etmək;
24. Şərab içmək;
25. Rüşvət;
26. Qumar;
27. Haram yemək;
28. Ölü heyvanı yemək;
29. Qan içmək;
30. Donuz əti yemək;
31. Məcbur olmayan halda şəri yolla kəsilməmiş heyvanın
ətini yemək;
32.Az satmaq (tərəzidə aldatmaq);
33. Təkəbbür etmək;
34. Riya (geniş şəkildə 955-cu məsələdə şərh verildi);
35. Heç bir şəri üzrü olmadan xüms; zəkat və başqa vacib
hüquqları verməmək;
36. İsraf;
37. Xəyanət etmək;
38. Qeybət etmək;
39. Xəbərçilik etmək;
590
YAXŞILIQLARA ƏMR ETMƏK VƏ ...
40. Həcci yüngül saymaq;
41. Namazı tərk etmək;
42. Kiçik günahları təkrar etmək;
43. Zalimlərə zülmlərində kömək etmək;
Bundan başqa böyük günahlar barədə başqa kitablarda geniş
şəkildə şərh verilmişdir.
Həmçinin buyurub; Əmr bil-məruf və nəhy ənil-münkərin ən
yüksək dərəcəsi odur ki, müsəlmanlar müqəddəs şəriətin
göstərişləri ilə rəftar etsinlər. Xüsusən insanların hidayəti üçün
çalışanlar; məsələn: elm və mənbər əhli olanların hamsına
vacibdir ki, insanları müqəddəs islam şəriətinə, Quran və
məsumların
(ələyhimus-səlam)
göstərişlərinə əməli şəkildə dəvət
etsinlər. Təkcə sözlə dəvət etməklə kifayətlənməsinlər.
İzahlı şəriət hökmləri
591
CİHAD
Behiştin qapılarından birinin adı “Babül-mücahidindir.” Yəni,
o qapı Allah yolunda ölənlərə məxsusdur, onlardan başqa heç
kəs o qapıdan behiştə daxil ola bilməz. Şəhidin birinci damcı
qanı Allah yolunda yerə töküləndə göylərin qapısı açılan və
duanın qəbul olan vaxtlardan biridir. Həzrət imam Sadiq
(ələyhis-
səlam)
buyurdu: “Yer üzündə olan hər bir məscid bir şəhidin bir
damcı qanının üstündə tikilib.”
Məsələ 2837: Cihad iki qismdir:
Birinci; Allah yolunda ölmək; bu gərək məsum imamın
göstərişi ilə olsun. Məsum imamdan
(ələyhis-səlam)
başqasının
göstərişinə əməl etmək olmaz.
Məsələ 2838: Əgər kafirlər islamın kökünü kəsmək üçün
islama (müsəlmanlara) hücum etsələr, bütün müsəlmanlara, hətta
bütün insanlar vacibdir ki, islamı müdafiə edib kafirləri məhv
etsinlər. Bu yolda ölən müsəlman Allah yolunda ölmüşdür.
Məsələ 2839: Döyüş meydanında Allah yolunda ölənlərə qusl
və kəfən etmək olmaz, öldükləri halda və əyinlərində olan
paltarla dəfn etsinlər.
İkinci; Cihadi əkbər: (böyük cihad) həzrət Peyğəmbər
(səlləllahu ələyhi və alihi və səlləm)
bir qoşunu kafırlərlə döyüşə
göndərir. Döyüşdə qalib olub qayıdandan sonra həzrət
Peyğəmbər
(səlləllahu ələyhi və alihi və səlləm)
onlara buyurdu:-
“Afərin! Kiçik cihadda qalib gələnlərə, qaldı böyük cihad.”
Dedilər: ya Rəsuləllah! Böyük cihad nədir?! buyurdu:- “nəfslə
cihad etmək!”
Məsələ 2840: Müqəddəs Quran və məsumların
(ələyhimus-
səlam)
hədislərində, nəfslə mübarizə etmək haqqında çoxlu tövsiə
və təkidlər vardır. Nəfslə döyüşmək, yəni nəfs günah etmək
istəyəndə insan, ağıl qüvvəsini nəfslə mübarizəyə yönəldir və
ona qalib gələrək günah etməsin.