612
QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR
Məsələ 2909: Əgər ribalı müamilədə artıq verən tərəf malı
möhtərəm olmayan kafir olsa, artıq hissəni almaq müsəlman
üçün icazəlidir. Deməli belə ribalı müamilələrin icrası ilə
əlaqədar bank işləri bölməsində işləmək icazəlidir.
Məsələ 2910: Dövlət banklarında, olan əmlak dövlətin malıdır
və məchulul-malik hökmündə deyil. Onlardan istifadə etmək
üçün şəriət hakimindən icazə almaq lazım deyil. Bu banklarda
işləməyin də heç bir iradı yoxdur.
BANK MÜZARİBƏSİ
Banklarda geniş şəkildə yayılmış qərardadlardn biri də
müzaribədir. Belə ki, bank əmanət qoyan ilə müzaribə ünvanında
həlik yaxud mərhələli müəyyən şəkildə olunmuş məbləğ
müqabilində qərardad bağlayır, əmanət qoyanın əmanəti aid olur.
Məsələ 2911: Belə müzaribələr müxtəlif cəhətlərdən
işkallıdırlar. Onları qeyd edirik.
1. Müzaribədə xəsarət gərək mal sahibindən olsun. Lakin
bank müzaribəsində bu mövcud deyil. Hətta heç vaxt mal sahibi
dəyən xəsarətləri bankdan qəbul etmir. Buna əsasən bu cür
müzaribələr riba borcuna qayıdır və onun gəliri haramdır. Əgər
bank şərt etsə dəymiş ziyanı özü aradan qaldırsın bu hal
istisnadır.
2. Müzaribədə gəlirin işlədən ilə nisbət etibarı ilə bölünməsi
şərtdir. Məsələn: desin gəlir yarı-yarıya mal sahibi ilə işlədən
arasında bölünəcək. Lakin bank müamilələrində məsələn belə
deyilir: qoyulan pula nisbətən on səkkiz faiz mal sahibinindir,
buda işkallıdır. Hətta riba kimidir. Başqa söz ilə desək, şəri
müzaribədə gəlir işçi ilə mal sahibi arasında bölünür, ancaq bank
müzaribəsində ələ gələn gəlirin əslinə əsasən deyil, gəlir pulun
əslinə əsasən ödənilir.
3. Banklar camaatın pulu ilə ticarət etmirlər, pulu üçüncü bir
adama verirlər və onun ilə müzaribə edirlər, məsələn:camaatın
İzahlı şəriət hökmləri
613
pulunun bir miqdarını müəyyən gəlir ilə mərkəzi banka verirlər,
lakin bu iş düzgün deyil. Həmçinin kimin pulu üçüncü şəxsə
verildiyi məlum deyil və onun gəliri necə bütün müştərilər
arasında bölünür. Əgər bütün müştərilərin pulunun üçüncü şəxsə
verildiyi deyilsə, bu təsəvvür olunası deyil və həqiqəti də
yoxdur.
4. Bamklar həməşə müştərilərin pulu ilə ticarət etmirlər. Çox
vaxt tikinti işləri görürlər yaxud pulu müxtəlif layihələrə
sərmayə qoyurlar. Məlumdur müzaribədə bu cür sərmayə
qoymaq düzgün deyil.
5. Bütün banklarda qanun belədir ki, təxir edildiyinə görə
artıq mənfəət alırlar, bu iş də düzgün deyil, hətta riba
hökmündədir.
6. Çox hallarda banklar, əkin tarlaları və bağlar üçün kiredit
verirlər və mənfəət alırlar. Bu işin bağ sahiblərindən pul ilə
almaq, ünvanında olduğu məlum deyil, yaxud müzariə, müsaqat
və ya digər ünvanında olduğu məlum deyil, hər biri olsa
işkallıdır. Çünki müzariə və müsaqat ticarət deyil və alış da
yoxdur. Müzaribənin gəlirlərini banklarda düzə çıxartmaq
həqiqətən çətin məsələdir, qeyd olunan iradlar və başqa iradların
mövcud olması ilə, banklara əmanət qoymağın düzgün olması
istər uzun müddətli olsun istərsədə qısa müddətli çətin məsələdir.
Əqdlərdə inşa qəsdi lazımdır. Lakin adətən tərəflər müzaribə
əqdini niyyət etmirlər. Adətən banklara pul qoyan şəxslər
müzaribənin nə olduğunu bilmirlər.
Qeyd olunanlara əsasən bankların verdikləri mənfəəti,
müzaribə ünvanında düzəltməyin həqiqəti yoxdur.
Diqqət: Mənə təqlid edənlər, bank müzaribəsində bu
məsələnin düzgün olmasını deyən camiuş-şərait digər müctəhidə
müraciə edə bilərlər.
614
QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR
SIĞORTA MÜQAVİLƏSİ
Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs
söz verir ki, aylıq, illik, və s... müəyyən bir məbləği sığorta
edənə versin və onun müqabilində sığorta edən şəxs də öhdəsinə
götürür ki, sığortaya üzv olan şəxsə, yaxud qərardadda müəyyən
olunan üçüncü şəxsə zərər dəyəndə və yaxud hadisə baş verən
zaman müəyyə məbləği ödəsin.
Sığortanın bir neçə növü vardır:
1. Şəxsin ölüm, xəstəlik və sair hadisələr müqabilində
sığortası.
2. Əmlakın sığortası, məsələn: avtomobil, təyyarə və
maqazada olan mallar kimi, şeylərin yanğın, aşmaq, oğurluq və
sair kimi işlər müqabilində sığortası.
Məsələ 2912: Sığorta müqaviləsinin bir neçə şərti vardır:
1-2. Sığorta edən və sığorta olunan şəxs icab və qəbulu
desinlər ya yazsınlar yaxud onlara dəlalət edən hər hansı bir iş
etsinlər.
3. Sığorta hansı barədə olsa, istər şəxs, istərsə də mal-dövlət
barəsində növü təyin edilməlidir.
4. Sığorta müqaviləsinin əvvəli və sona çatma müddəti qeyd
olunsun və həmçinin ödəniş və (əgər ödəniş aylıq olarsa) aylıq
ödənişin miqdarı müəyyən olsun.
5. Sığortanın hansı hadisə müqabilində olması (məsələn:
yanğın, oğurluq, suda batmaq, xəstəlik və digərləri kimi)
müəyyən olsun,
Məsələ 2913: Sığorta müqaviləsindəki tərəflər həddi-büluğa
çatmış, ağıllı olmalı və ixtiyar üzərindən bu müqaviləni
bağlamalıdırlar, onların səfehlik, yaxud müflisləşmə nəticəsində
məhcur olmamaları (mal-dövlətindən istifadə etməkdən məhrum
edilməmələri) şərtdir. Deməli həddi-büluğa çatmayan, dəli,
Dostları ilə paylaş: |